5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

ABŞ-la münasibətlərimiz müsbətdir - Şeynbaum

6 May 2025 10:05
ABŞ-la münasibətlərimiz müsbətdir - Şeynbaum

BAKI,AzerVoice

“Prezident Trampla yaxşı ünsiyyətimiz var.”

AzerVoice xəbər verir ki, Meksika Prezidenti Klaudiya Şeynbaum ABŞ Prezidenti Donald Trampla yaxşı dialoq qurulduğunu bildirib və iki ölkə arasında münasibətlərin qarşılıqlı hörmət çərçivəsində davam etdiyini vurğulayıb.

Milli Sarayda keçirilən mətbuat konfransında çıxış edən Şeynbaum, Trampın “Meksika kartellərindən qorxur” fikrinə birbaşa münasibət bildirməkdən yayınıb. O, ABŞ-Meksika münasibətlərinin media üzərindən deyil, rəsmi kanallar vasitəsilə aparılmasının vacibliyini qeyd edib.

“Biz Prezident Trampla yaxşı və səlis ünsiyyət qururuq. Bir çox razılaşmalar əldə olunub və dialoq müsbət istiqamətdə davam edir. Mövcud fikir ayrılıqları isə birbaşa təmaslar vasitəsilə həll olunur. Bu səbəbdən də məsələlərin mediada müzakirə olunması doğru deyil” – deyə Şeynbaum bildirib.

O, iki ölkə arasında miqrasiya və təhlükəsizlik məsələləri üzrə konstruktiv əməkdaşlıq qurulduğunu, rəsmi razılaşmalara sadiq qaldıqlarını da əlavə edib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp dünənki açıqlamasında, Meksika rəhbərliyinin ölkəyə qoşun göndərmək təklifini qəbul etmədiyini bildirib və Prezident Şeynbaumun “kartellərdən qorxduğunu” iddia edib. Şeynbaum isə həmin təklifi rədd etdiyini təsdiqləyib, lakin iddialara cavab verməyib.

Məqalədə: #ABŞ #Meksika #Donald Tramp #Tramp administrasiyası #Trampın fərmanları #ABŞ-Meksika sərhəd təhlükəsizliyi #Meksika prezidenti Claudia Sheinbaum

Mövzu üzrə digər xəbərlər

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib

4 Sentyabr 22:24
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
Texnologiya

ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır

4 Sentyabr 21:42
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
Digər Dövlətlər

Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib

4 Sentyabr 21:23
Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib
Livan

Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib

4 Sentyabr 21:20

Son Xəbərlər

Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
4 Sentyabr 21:32
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.