4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Portuqaliya 18 minə yaxın qanunsuz immiqrantı deportasiya edir

6 May 2025 11:25
Portuqaliya 18 minə yaxın qanunsuz immiqrantı deportasiya edir

BAKI, AzerVoice

Portuqaliya 18 min əcnəbini deportasiya etmək üçün rəsmi prosedura start verib.

AzerVoice xəbər verir ki, Portuqaliya hökuməti ölkədə qanunsuz şəkildə yaşayan 18 minə yaxın əcnəbi vətəndaşın deportasiyası ilə bağlı rəsmi bildirişlər göndərməyə başlayıb.

Proses mayın 18-də keçiriləcək növbədənkənar parlament seçkiləri ərəfəsində elan edilsə də, rəsmi şəxslər bunun seçkilərlə əlaqəli olmadığını bəyan ediblər.

Nazirlər Şurasının rəhbəri António Leitão Amaro bildirib ki, ilk mərhələdə 4500 nəfərə 20 gün ərzində ölkəni könüllü şəkildə tərk etmələri üçün bildirişlər göndəriləcək. Qanuni tələblərə əməl etməyən şəxslərə qarşı isə deportasiya tədbirləri görüləcək. Bu prosesə İmmiqrasiya və Sığınacaq Agentliyi (AIMA) nəzarət edəcək.

Portuqaliyanın Baş naziri Luis Monteneqro bu tədbirləri ABŞ-ın keçmiş prezidenti Donald Trampın siyasətinə bənzətməklə bağlı müxalif tənqidləri rədd edib. O, bunun "çıxarılma deyil, qanuni bildiriş" prosesi olduğunu, qərarın isə immiqrasiya qanunvericiliyindəki dəyişikliklərə əsaslandığını vurğulayıb.

Qeyd edək ki, ölkədə immiqrasiya ilə bağlı ictimai narahatlıq artmaqda davam edir. Sərt anti-immiqrasiya ritorikası ilə tanınan ifrat sağçı Chega Partiyasının son seçkilərdə üçüncü gücə çevrilməsi də bu prosesə təsir edən əsas amillərdən biri kimi qiymətləndirilir. Son illərdə Lissabonda mənzil qiymətlərinin 30 faiz artması, immiqrantların sayının artması ilə birgə sosial gərginliyi artırıb.

Hazırda Portuqaliyada təxminən 1,5 milyon immiqrant yaşayır. Onların əksəriyyəti Braziliya, Cape Verde, Anqola və Hindistan kimi ölkələrdən gəlib. Rəsmi məlumatlara görə, immiqrantlar 2022-ci ildə ölkə iqtisadiyyatına 1,6 milyard avro töhfə versələr də, sosial yardım xərcləri 257 milyon avro təşkil edib.

Məqalədə: #ABŞ #Portuqaliya #miqrasiya #miqrant problemi #qeyri-qanuni immiqrasiya #miqrant kvotası #Deportasiya siyasəti #Miqrantların qaytarılması #Miqrant qaçaqçılığı ilə mübarizə

Mövzu üzrə digər xəbərlər

ABŞ-də dizel yanacağının qiyməti rekord həddə çatıb
Digər Xəbərlər

ABŞ-də dizel yanacağının qiyməti rekord həddə çatıb

20:43
Livan prezidenti İsraildə saxlanılan vətəndaşların azad edilməsinə görə təşəkkür edib
Livan

Livan prezidenti İsraildə saxlanılan vətəndaşların azad edilməsinə görə təşəkkür edib

18:19
Skott Bessentin Aİ açıqlaması Brüsseldə suallar yaradıb
Digər Dövlətlər

Skott Bessentin Aİ açıqlaması Brüsseldə suallar yaradıb

17:41
İran və İordaniya arasında diplomatik gərginlik artır
İordaniya

İran və İordaniya arasında diplomatik gərginlik artır

17:14

Son Xəbərlər

ABŞ-də dizel yanacağının qiyməti rekord həddə çatıb
ABŞ-də dizel yanacağının qiyməti rekord həddə çatıb
20:43
Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib
Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib
20:41
ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb
ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb
20:30
Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib
Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib
20:26
Avropa İttifaqı Qəzzadan fələstinlilərin çıxarılması planlarına qarşı çıxıb
Avropa İttifaqı Qəzzadan fələstinlilərin çıxarılması planlarına qarşı çıxıb
20:23
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.