10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

İsrailin Qəzzadakı planları beynəlxalq hüququ pozur - Beynəlxalq Əfv Təşkilatı

7 May 2025 15:42
İsrailin Qəzzadakı planları beynəlxalq hüququ pozur - Beynəlxalq Əfv Təşkilatı

BAKI, AzerVoice

Beynəlxalq Əfv Təşkilatı İsraili Qəzzada hərbi əməliyyatları genişləndirməkdən çəkinməyə çağırır.

AzerVoice xəbər verir ki, Beynəlxalq Əfv Təşkilatı İsrail hökumətini Qəzzada hərbi əməliyyatları genişləndirmək, bölgəni işğal etmək və fələstinliləri zorla köçürmək planlarından dərhal imtina etməyə çağırıb.

Təşkilatın yaydığı bəyanatda İsrailin Qəzzada həyata keçirdiyi hərbi əməliyyatların beynəlxalq hüququn pozulması olduğu vurğulanıb. "İsrail hökuməti işğal olunmuş və blokada altındakı Qəzzada hərbi əməliyyatların genişləndirilməsi ilə bağlı elan etdiyi bütün planlardan, o cümlədən fələstinlilərin zorla köçürülməsi və torpaqların ilhaqı planlarından dərhal imtina etməlidir" - deyə bildirilib.

Bəyanatda qeyd olunub ki, Qəzzaya edilən hücumlar bölgədəki fələstinlilərə bərpası mümkün olmayan zərərlər verib və onların yerindən qovulması müharibə cinayəti hesab olunur. Eyni zamanda, mülki şəxslərə qarşı sistematik hücumların insanlığa qarşı cinayət olduğu bildirilib və Qəzzədə məcburi köçkünləşmə hallarının artıq əhalinin 70 faizindən çoxunu əhatə etdiyi qeyd edilib.

Təşkilat Qəzzaya humanitar yardımın İsrail tərəfindən nəzarətdə saxlanılması və seçici şəkildə paylanmasını da tənqid edərək bunun "müstəqil və ayrı-seçkilik etməyən humanitar yardım prinsipinə zidd olduğunu" bəyan edib. Həmçinin bu yanaşma "kollektiv cəza" kimi qiymətləndirilib və beynəlxalq humanitar hüququn pozuntusu olduğu bildirilib.

Beynəlxalq Əfv Təşkilatının direktoru Erikanes Rosas İsrailin son planlarının Qəzzada aylarla sağ qalmaq uğrunda mübarizə aparan əhalini daha da çətin vəziyyətə saldığını vurğulayıb.

Rosas, humanitar yardımdan silah kimi istifadə olunmasının, ayrı-seçkilikli yardım bölgüsünün və məcburi köçkünlərin təminatı vasitəsi kimi təqdim edilməsinin beynəlxalq hüququn açıq şəkildə pozulması olduğunu qeyd edib. O, beynəlxalq ictimaiyyəti bu planları qətiyyətlə rədd etməyə çağıraraq İsrail hökumətini hərbi əməliyyatlara dərhal son verməyə dəvət edib.

Məqalədə: #İsrail #Qəzza zolağı #Beynəlxalq Amnistiya Təşkilatı #Qəzza münaqişəsi #Humanitar fəlakət Qəzza #Qəzzada aclıq və səfalət #Qəzzə və İsrail arasındakı gərginlik #Amnesty İnternational #Qəzzada soyqırım iddiaları

Mövzu üzrə digər xəbərlər

BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
İran

BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi

9 Sentyabr 22:13
BAEA İdarə Heyəti İranın nüvə məsələsinin BMT TŞ-yə çıxarılmasına dair qətnaməni təsdiqləyib
Digər Xəbərlər

BAEA İdarə Heyəti İranın nüvə məsələsinin BMT TŞ-yə çıxarılmasına dair qətnaməni təsdiqləyib

9 Sentyabr 21:24
İran ABŞ-ın dəniz blokadasına qarşı hərbi reaksiyanı genişləndirir
İran

İran ABŞ-ın dəniz blokadasına qarşı hərbi reaksiyanı genişləndirir

9 Sentyabr 21:09
Avropada qazın qiyməti 2023-cü ildən bəri ən yüksək səviyyəyə yüksəlib
Digər Xəbərlər

Avropada qazın qiyməti 2023-cü ildən bəri ən yüksək səviyyəyə yüksəlib

9 Sentyabr 20:51

Son Xəbərlər

Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
00:21
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
00:03
Tarixdə bu gün – 10 Sentyabr
Tarixdə bu gün – 10 Sentyabr
00:01
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
9 Sentyabr 23:03
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
9 Sentyabr 22:13
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.