6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Robert F. Kennediyə sui-qəsdlə bağlı arxivlər açılır

8 May 2025 12:10
Robert F. Kennediyə sui-qəsdlə bağlı arxivlər açılır

BAKI, AzerVoice

Robert F. Kennedinin qətli ilə bağlı ABŞ-da daha 60 min sənəd açıqlanıb.

AzerVoice xəbər verir ki, ABŞ Milli Kəşfiyyat direktoru Tulsi Qabbard keçmiş prezident Con Kennedinin qardaşı Robert F. Kennedinin qətli ilə bağlı əlavə 60 min sənədin ictimaiyyətə təqdim olunduğunu açıqlayıb.

Qabbard sosial şəbəkə platforması “X”-də paylaşım edərək, bu addımı “şəffaflığa və həqiqətin üzə çıxmasına doğru mühüm irəliləyiş” kimi qiymətləndirib. Onun sözlərinə görə, sözügedən sənədlər onilliklər boyunca federal arxivlərdə saxlanılıb, lakin indiyədək rəqəmsal formada ictimaiyyətə təqdim edilməyib.

“Biz FTB və Mərkəzi Kəşfiyyat İdarəsinin arxivlərində daha əvvəl Milli Arxivə təqdim olunmamış sənədləri araşdırdıq. Nəticədə 60 minə yaxın sənəd tapıldı, məxfiliyi aradan qaldırıldı və rəqəmsallaşdırılaraq ictimaiyyətə təqdim edildi”, – deyə Qabbard bildirib.

Qeyd edək ki, Robert Kennedinin qətli ilə bağlı ilk 10 min səhifəlik sənəd 18 aprel tarixində dərc olunub. Lakin amerikalı analitiklər bildiriblər ki, sənədlərdə qətli əhatəli şəkildə izah edən yeni məlumatların olması ehtimalı azdır.

Daha öncə yanvarın 23-də prezident Donald Tramp Robert və Con Kennedilərin, həmçinin Martin Lüter Kinqin qətlinə dair sənədlərin ictimaiyyətə açıqlanmasını tələb edən fərman imzalamışdı.

Məqalədə: #ABŞ #Robert F. Kennedy #ABŞ Milli Kəşfiyyat İdarəsi #Robert Kennedi #Robert Kennedy sənədləri #Robert Kennedy sui-qəsdi araşdırması #Siyasi qətllər ABŞ

Mövzu üzrə digər xəbərlər

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib

5 Sentyabr 22:09
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45
İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset
Digər Dövlətlər

İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset

5 Sentyabr 20:47
İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib
İran

İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib

5 Sentyabr 19:56

Son Xəbərlər

Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
21:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
20:56
Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
20:41
Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
19:34
Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib
Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib
19:02
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.