4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Pakistan ordusu Hindistanın PUA hücumunu dəf etdiyini açıqlayıb

8 May 2025 12:15
Pakistan ordusu Hindistanın PUA hücumunu dəf etdiyini açıqlayıb

BAKI, AzerVoice

Pakistan Hindistanın 12 pilotsuz uçuş aparatını zərərsizləşdirdiyini açıqlayıb.

AzerVoice xəbər verir ki, Pakistan Ordusu Hindistanın Harop tipli 12 pilotsuz uçuş aparatının (PUA) zərərsizləşdirildiyini bəyan edib.

“Dawn” qəzetinin yaydığı məlumata əsasən, Pakistan Ordusunun İctimaiyyətlə Əlaqələr Departamentinin baş direktoru general-leytenant Əhməd Şərif Çaudri Hindistan-Pakistan xəttindəki son gərginliklə bağlı çıxış edərək bildirib ki, Hindistan gecə saatlarından etibarən Pakistandakı bir sıra ərazilərə Harop tipli silahlı PUA-lar göndərib.

Çaudri qeyd edib ki, Pakistan ordusu tam hazırlıq və yüksək sayıqlıq vəziyyətindədir və bu vaxtadək 12 ədəd Hindistana məxsus PUA zərərsizləşdirilib.

Qeyd edək ki, Hindistan aprelin 22-də Pahalqam rayonunda baş verən və 26 nəfərin ölümünə səbəb olan terror aktına cavab olaraq mayın 6-da Pakistanın və Azad Kəşmirin müxtəlif nöqtələrinə raket zərbələri endirib. Hindistan tərəfi hücumlarda “terror strukturlarını” hədəf aldığını desə də, Pakistan hökuməti 6 mülki ərazinin vurulduğunu və 26 nəfərin həyatını itirdiyini açıqlayıb.

Pakistan ordusu Hindistanın hücumu zamanı 5 döyüş təyyarəsinin vurulduğunu iddia etsə də, bu məlumat Yeni Dehli tərəfindən təsdiqlənməyib. Hindistanın baş naziri Narendra Modi həmin hücumlara “Sindoor əməliyyatı” adını verib və əməliyyatı “qürur anı” kimi dəyərləndirib. “Sindoor” hind mədəniyyətində evli qadınların alnına çəkdiyi qırmızı toz mənasını verir.

Məqalədə: #Pakistan #Hindistan #PUA hücumu #Hindistan-Pakistan əlaqələri #Hindistanın diplomatik və hərbi tədbirləri #Hindistan və Pakistan orduları arasında atışma #Hindistan Pakistan gərginliyi #Hindistan-Pakistan sərhəd gərginliyi

Mövzu üzrə digər xəbərlər

Qətər və Pakistan əməkdaşlığı əmək və insan resursları sahəsində genişləndirəcək
Qətər

Qətər və Pakistan əməkdaşlığı əmək və insan resursları sahəsində genişləndirəcək

3 Sentyabr 15:43
Küveyt İranın raket və PUA hücumunun qarşısını alıb
Küveyt

Küveyt İranın raket və PUA hücumunun qarşısını alıb

3 Sentyabr 09:09
İran ABŞ-nin mülki şəxsləri hədəfə almadığı barədə açıqlamasını rədd edib
İran

İran ABŞ-nin mülki şəxsləri hədəfə almadığı barədə açıqlamasını rədd edib

2 Sentyabr 19:33
Səudiyyə Ərəbistanı və Pakistan kibertəhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirir
Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanı və Pakistan kibertəhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirir

2 Sentyabr 09:41

Son Xəbərlər

Misir funtu dollar qarşısında həftəni 51 funt səviyyəsində başa vurub
Misir funtu dollar qarşısında həftəni 51 funt səviyyəsində başa vurub
15:57
Səudiyyə Ərəbistanında istehlak xərcləri 11,5 faiz artıb
Səudiyyə Ərəbistanında istehlak xərcləri 11,5 faiz artıb
15:44
Səudiyyə Media Akademiyasının iştirakçıları Londonda rəqəmsal transformasiyanı araşdırıb
Səudiyyə Media Akademiyasının iştirakçıları Londonda rəqəmsal transformasiyanı araşdırıb
15:30
Prezident İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib
Prezident İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib
15:21
Suriyada 308 məcburi köçkün ailə İdlib düşərgələrindən evlərinə qayıdıb
Suriyada 308 məcburi köçkün ailə İdlib düşərgələrindən evlərinə qayıdıb
15:19
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.