7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Keşmirdə Qəzza ssenarisi

9 May 2025 09:22
Keşmirdə Qəzza ssenarisi

BAKI, AzerVoice

İsrail-Hindistan ittifaqının hədəfində Pakistan və Türkiyə var.

AzerVoice xəbər verir ki, İsrailin Hindistanı Pakistanla qarşıdurmaya təşviq etməsi, bölgədəki güc balansına təsir göstərir. Ekspertlərə görə bu strategiyanın məqsədi Pakistanı zəiflətmək və Türkiyəni potensial nüvə dəstəyindən məhrum etməkdir.

MÜSİAD-ın bölgə nümayəndəsi və Pakistan üzrə mütəxəssis Halit Uğurlunun sözlərinə görə, İsrail və Hindistanın birgə hərəkətləri, Türkiyə-Pakistan əlaqələrini hədəf alır. Uğurlu bildirib ki, İsrail gələcəkdə Türkiyə ilə qarşıdurmanı mümkün hesab edir və bu ehtimala qarşı önləyici tədbirlər görür: “Pakistanın neytrallaşdırılması, Türkiyənin regional dəstəksiz qalması Sionist planların əsas elementidir”, – deyə o vurğulayıb.

CPEC layihəsi çərçivəsində Çin, Pakistan və Türkiyə arasında formalaşan ticarət dəhlizinin də bu qarşıdurmanı dərinləşdirdiyini bildirən Uğurlu, Qvadar limanından Türkiyə üzərindən Avropaya uzanan xəttin İsrail və Hindistanı narahat etdiyini qeyd edib.

Qlobal və Strateji Araşdırmalar Mərkəzinin (GASAM) rəhbəri Cemal Demir də bölgədə yaşanan gərginliklərin təsadüfi olmadığını bildirib. Onun sözlərinə görə, Hindistan “Sindoor” adlandırılan hərbi əməliyyatla Azad Keşmiri hədəf alaraq, Pahalgam hadisəsini bəhanə edib. Demir, bu hücumların arxasında siyasi və enerji maraqları, habelə regional güc mübarizəsinin dayandığını vurğulayıb.

O əlavə edib ki, Hindistanın Pakistan üzərindəki hərbi üstünlüyü əhali və ordu sayına əsaslansa da, bu, keyfiyyət baxımından fərqli mənzərə yaradır. Demir, Hindistan daxilindəki 330 milyon müsəlmanın potensial təsirinin də nəzərə alınmalı olduğunu deyib. “Onlar camiləri və mülki obyektləri hədəf alaraq faktiki olaraq Qəzza modelini tətbiq edir. Pakistan isə yalnız mülki itkilər verir”, – deyə Demir bildirib.

Qeyd edək ki, son günlərdə Hindistanla Pakistan arasında nəzarət xətti boyunca artan hərbi toqquşmalar zamanı Pakistan ordusunun verdiyi məlumata görə, iki gün ərzində sərhədin müxtəlif hissələrində İsrail istehsalı olan 25 Hindistan PUA-sı vurulub. Sərhəd bölgəsində həm yüngül silah, həm də artilleriya ilə qarşılıqlı atışmalar davam edir.

Məqalədə: #Türkiyə #İsrail #Pakistan #Hindistan #Pakistan Hindistan sərhədi #Pakistan Hindistan gərginliyi 2025 #Hindistan Pakistan qarşıdurması #PUA hücumları Pakistan Hindistan

Mövzu üzrə digər xəbərlər

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
Livan

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub

5 Sentyabr 22:32
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45
İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib
Livan

İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib

5 Sentyabr 21:43
Qəzza şəhərinin Zeytun məhəlləsində dağıntılar altından 106 insan qalığı çıxarılıb
Yaxın Şərq

Qəzza şəhərinin Zeytun məhəlləsində dağıntılar altından 106 insan qalığı çıxarılıb

5 Sentyabr 21:41

Son Xəbərlər

Səudiyyə Ərəbistanı və Almaniya strateji əməkdaşlığı genişləndirir
Səudiyyə Ərəbistanı və Almaniya strateji əməkdaşlığı genişləndirir
09:21
Liviyada neft obyektlərinə dron hücumları ilə bağlı 5 nəfər saxlanılıb
Liviyada neft obyektlərinə dron hücumları ilə bağlı 5 nəfər saxlanılıb
09:15
Fransız mətbəxi necə siyasi silaha çevrildi?
Fransız mətbəxi necə siyasi silaha çevrildi?
09:00
Simone İnzaqinin qələbə seriyası davam edəcəkmi?  - "Kingdom Arena"da böyük matç
Simone İnzaqinin qələbə seriyası davam edəcəkmi? - "Kingdom Arena"da böyük matç
08:07
Səudiyyə fond bazarında 3 milyard riyallıq dövriyyə: Günün qazananları və itirənləri
Səudiyyə fond bazarında 3 milyard riyallıq dövriyyə: Günün qazananları və itirənləri
07:20
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.