6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Makron, Trampın Rusiya-Ukrayna arasında atəşkəs çağırışına dəstək verdi

9 May 2025 16:32
Makron, Trampın Rusiya-Ukrayna arasında atəşkəs çağırışına dəstək verdi

BAKI, AzerVoice

Fransa Prezidenti Emmanuel Makron, ABŞ Prezidenti Donald Trampın Rusiya və Ukrayna arasında 30 günlük “şərtsiz” atəşkəs elan olunması ilə bağlı verdiyi təklifi dəstəklədiyini bildirib.

AzerVoice xəbər verir ki, Makron dünən Trampla bir neçə dəfə telefonla danışdıqlarını qeyd edib: “Dünən gecə Prezident Trampla bir neçə dəfə əlaqə saxladım. Bu səhər britaniyalı və skandinaviyalı tərəfdaşlarımızın da etdiyi kimi, onun 30 günlük şərtsiz atəşkəslə bağlı verdiyi aydın çağırışı məmnuniyyətlə qarşılayıram.”

Makron, Fransanın münaqişənin dayandırılması üçün üzərinə düşən öhdəlikləri yerinə yetirməyə hazır olduğunu vurğulayıb: “Hamımız təxirə salmadan, aldatmadan və ya vaxtı uzatmadan bu istiqamətdə hərəkət etməliyik. Ukrayna artıq demək olar ki, iki aydır atəşkəsi qəbul etmiş vəziyyətdədir. İndi Rusiyanın da eyni addımı atmasını gözləyirəm. Əks təqdirdə, Avropa ölkələri və ABŞ-la sıx məsləhətləşmələr apararaq sərt reaksiya verməyə hazır olacağıq,” – deyə o qeyd edib.

Qeyd edək ki, ABŞ-ın sabiq prezidenti Donald Tramp Rusiya ilə Ukrayna arasında 30 günlük qeyd-şərtsiz atəşkəsin elan olunması üçün çağırış edib və atəşkəsə əməl olunmayacağı təqdirdə daha sərt sanksiyalar tətbiq olunacağı barədə xəbərdarlıq edib.

Tramp “Truth Social” platformasında etdiyi paylaşımda bildirib ki, Rusiya-Ukrayna münaqişəsi ilə bağlı danışıqlar davam edir və Vaşinqton qısa müddətli, lakin qeyd-şərtsiz bir atəşkəsin sülh prosesinə keçid üçün vacib addım olduğunu düşünür. Onun sözlərinə görə, hər iki tərəf bu təşəbbüsə hörmətlə yanaşmalıdır. “Əgər atəşkəs pozularsa, ABŞ və tərəfdaşları daha geniş sanksiyalar tətbiq edəcək”- deyə o bildirib.

Tramp həmçinin qeyd edib ki, bu addım davamlı sülh yaratmaq üçün əhəmiyyətli fürsət ola bilər və bütün prosesin “qısa müddətdə” həyata keçirilməsi mümkündür.

Məqalədə: #Rusiya #ABŞ #Fransa #Donald Tramp #Ukrayna #Emmanuel Makron #atəşkəs razılaşması

Mövzu üzrə digər xəbərlər

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib

5 Sentyabr 22:09
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45
İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset
Digər Dövlətlər

İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset

5 Sentyabr 20:47
İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib
İran

İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib

5 Sentyabr 19:56

Son Xəbərlər

Səudiyyə Ərəbistanında kütləvi reydlər-bir həftədə 12 mindən çox miqrant deportasiya edildi
Səudiyyə Ərəbistanında kütləvi reydlər-bir həftədə 12 mindən çox miqrant deportasiya edildi
11:30
Xarəzm elmi mühitində yetişmiş azərbaycanlı alim: Fəxrəddin əl-Arrani
Xarəzm elmi mühitində yetişmiş azərbaycanlı alim: Fəxrəddin əl-Arrani
11:07
Sudanda müharibə səbəbilə elektrik böhranı dərinləşir
Sudanda müharibə səbəbilə elektrik böhranı dərinləşir
11:02
Səhrada mühəndislik möcüzəsi: Mərib səddi necə tikildi və niyə dağıldı?
Səhrada mühəndislik möcüzəsi: Mərib səddi necə tikildi və niyə dağıldı?
11:00
Omanda nəqliyyat və logistika sektorunda  yaşıl hidrogen dövrü başlayır
Omanda nəqliyyat və logistika sektorunda yaşıl hidrogen dövrü başlayır
10:54
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.