4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Çin, beş Latın Amerikası ölkəsinə vizasız səyahət imkanı verəcək

15 May 2025 13:01
Çin, beş Latın Amerikası ölkəsinə vizasız səyahət imkanı verəcək

BAKI, AzerVoice

Çin hökuməti, COVID-19 pandemiyasından sonra ölkəyə xarici turist axınını artırmaq məqsədilə tətbiq etdiyi birtərəfli viza azadlığı proqramına beş Latın Amerikası ölkəsini əlavə edəcəyini açıqlayıb.

AzerVoice xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Cien-in verdiyi məlumata görə, Braziliya, Argentina, Çili, Peru və Uruqvay vətəndaşları 12 iyun 2025-ci ildən 31 may 2026-cı ilədək Çinə 30 günədək vizasız səfər edə biləcəklər. Bu viza azadlığı yalnız işgüzar, turizm, ailə ziyarəti və tranzit məqsədli səfərləri əhatə edəcək.

Bu qərarla birlikdə Çin tərəfindən birtərəfli viza azadlığı təqdim olunan ölkələrin sayı 43-ə çatıb. Yeni addım, 13 may 2025-ci ildə Pekində keçirilmiş Çin–Latın Amerikası və Karib Ölkələri Birliyi (CELAC) Forumunun IV Nazirlər Konfransından sonra atılıb.

Pekin rəhbərliyi, pandemiya ilə kəsintiyə uğramış beynəlxalq səyahətləri canlandırmaq üçün müxtəlif ölkələrlə viza azadlığı təşəbbüsləri həyata keçirir. 1 dekabr 2023-dən etibarən Fransa, Almaniya, Niderland, İtaliya, İspaniya və Malayziya vətəndaşlarına 15 gün müddətinə birtərəfli viza azadlığı tətbiq olunub. 2024-cü ilin yanvarında isə Sinqapurla 30 günlük, Tailandla isə müddətsiz qarşılıqlı viza azadlığı sazişi imzalanıb.

Mart və noyabr aylarında İsveçrə, İrlandiya, Macarıstan, Avstriya, Belçika, Lüksemburq, Bolqarıstan, Rumıniya, Xorvatiya, Monteneqro, Şimali Makedoniya, Malta, Estoniya, Latviya və Yaponiya da viza azadlığı proqramına daxil edilib.

Bundan əlavə, Çin 54 ölkənin vətəndaşlarına tranzit zamanı ölkədə vizasız qalma müddətini 10 günə qədər uzadıb. Hazırda Çin 18 ölkənin adi pasport sahibləri ilə qarşılıqlı viza azadlığı tətbiq edir. Türkiyə də daxil olmaqla bir çox ölkənin diplomatik, xidməti və xüsusi pasport sahibləri üçün qarşılıqlı viza azadlığı mövcuddur.

Məqalədə: #Almaniya #Fransa #Macarıstan #Niderland #İtaliya #İspaniya #Belçika #Çin #COVİD-19 #Malayziya #Xorvatiya #Latın Amerikası #Avstriya #Viza azadlığı #Birtərəfli viza rejimi #Çin-Latın Amerikası əməkdaşlığı #Çin xarici siyasəti #Pekin qərarları

Mövzu üzrə digər xəbərlər

İordaniya və Avstriya Suriyanın bərpasına dəstəyin davam etdirilməsini istəyib
Siyasət

İordaniya və Avstriya Suriyanın bərpasına dəstəyin davam etdirilməsini istəyib

13:52
Qətərin ilk qadın boksçusunun hekayəsi - Əfaf Əl-Qarni kimdir?
Ərəb idmançılar

Qətərin ilk qadın boksçusunun hekayəsi - Əfaf Əl-Qarni kimdir?

13:00
Suriya Almaniya şirkətlərinin investisiyalarına hazırdır
Suriya

Suriya Almaniya şirkətlərinin investisiyalarına hazırdır

11:31
ABŞ avtomobil istehsalçıları Çin maşınlarının ölkəyə girişinin qadağan edilməsini istəyir
Avto İcmal və Testlər

ABŞ avtomobil istehsalçıları Çin maşınlarının ölkəyə girişinin qadağan edilməsini istəyir

3 Sentyabr 21:37

Son Xəbərlər

Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırıldı
Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırıldı
18:03
İsrail ordusu Handa Yunisdə HƏMAS komandirinin öldürüldüyünü açıqlayıb
İsrail ordusu Handa Yunisdə HƏMAS komandirinin öldürüldüyünü açıqlayıb
17:46
Skott Bessentin Aİ açıqlaması Brüsseldə suallar yaradıb
Skott Bessentin Aİ açıqlaması Brüsseldə suallar yaradıb
17:41
İran hava hücumundan müdafiə qüvvələri - “İstənilən qarşıdurmaya hazırıq”
İran hava hücumundan müdafiə qüvvələri - “İstənilən qarşıdurmaya hazırıq”
17:33
İran və İordaniya arasında diplomatik gərginlik artır
İran və İordaniya arasında diplomatik gərginlik artır
17:14
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.