6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Qəzzada aclıq riski kritik mərhələdədir - BMT

16 May 2025 15:22
Qəzzada aclıq riski kritik mərhələdədir - BMT

BAKI, AzerVoice

BMT Qəzzada ərzaq təhlükəsizliyinin aclıq fəlakəti mərhələsinə çatdığını bildirib.

AzerVoice xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Ümumdünya Ərzaq Proqramının (WFP) açıqladığı Qlobal Qida Böhranı Hesabatında Qəzza zolağında kəskin ərzaq çatışmazlığının ən son və ən təhlükəli mərhələyə – fəlakətli aclıq səviyyəsinə çatdığı vurğulanıb.

Hesabat humanitar yardımların dayandırılması fonunda hazırlanıb.

Qeyd edək ki, FAO və WFP-nin Avropa İttifaqı və digər tərəfdaşlarla birlikdə yaratdığı Ərzaq Böhranına Qarşı Qlobal Şəbəkə (GNAFC) tərəfindən hazırlanan hesabatda 2024-cü ildə 65 ölkə və ya ərazidən 53-də 295 milyondan çox insanın yüksək səviyyəli ərzaq çatışmazlığı ilə üzləşəcəyi bildirilib. Bu göstərici ötən illə müqayisədə 13,7 milyon nəfər artım deməkdir.

Hesabatda kəskin ərzaq böhranının əsas səbəbləri sırasında silahlı münaqişələr (140 milyon insan), iqtisadi sarsıntılar (59 milyon insan) və ekstremal hava hadisələri (96 milyon insan) qeyd olunub. Əfqanıstan, Keniya və Ukrayna da daxil olmaqla 15 ölkədə isə müəyyən yaxşılaşma müşahidə edilib.

Ən ağır vəziyyətin yaşandığı Qəzza və Sudanda əhalinin 5-ci mərhələ – “fəlakət/aclıq” səviyyəsində olduğu, bu kateqoriyada olan insanların 95 faizindən çoxunun bu iki ərazidə yaşadığı vurğulanır. Hesabatda Qəzzaya mart ayının əvvəlindən bəri heç bir ərzaq, tibbi yardım və yanacağın daxil ola bilmədiyi, bölgədə kütləvi köç və ölüm halları ilə müşayiət olunan humanitar fəlakətin davam etdiyi qeyd olunur.

Məqalədə: #Qəzza #BMT #BMT Ümumdünya Ərzaq Proqramı #humanitar yardım #Qəzzada humanitar böhran #Humanitar yardım təşəbbüsləri #Fələstin humanitar yardımı #Qəzzada ərzaq çatışmazlığı #Qəzzada aclıq və resurs çatışmazlığı

Mövzu üzrə digər xəbərlər

Qəzza şəhərinin Zeytun məhəlləsində dağıntılar altından 106 insan qalığı çıxarılıb
Yaxın Şərq

Qəzza şəhərinin Zeytun məhəlləsində dağıntılar altından 106 insan qalığı çıxarılıb

5 Sentyabr 21:41
Qəzzada dağıntılar altından 11 meyit çıxarılıb
Yaxın Şərq

Qəzzada dağıntılar altından 11 meyit çıxarılıb

5 Sentyabr 20:34
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər

Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib

4 Sentyabr 22:00
Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib
Yaxın Şərq

Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib

4 Sentyabr 20:41

Son Xəbərlər

Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
00:10
Tarixdə bu gün - 6 Sentyabr
Tarixdə bu gün - 6 Sentyabr
00:01
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
5 Sentyabr 22:32
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
5 Sentyabr 22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
5 Sentyabr 22:14
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.