10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Co Baydenə xərçəng diaqnozu qoyulub

19 May 2025 09:25
Co Baydenə xərçəng diaqnozu qoyulub

BAKI, AzerVoice

ABŞ-ın keçmiş prezidenti Co Baydenə "aqressiv" prostat xərçəngi diaqnozu qoyulub.

AzerVoice xəbər verir ki, Baydenin ofisi onun səhhəti ilə bağlı yazılı açıqlama yayıb.

Sənəddə keçmiş prezidentin mayın 16-da həkimlər tərəfindən prostat xərçəngi diaqnozu aldığı və xəstəliyin "aqressiv" xarakter daşıdığı qeyd olunub.

Məlumata görə, Baydenin xərçənginin Gleason balı 9 olaraq müəyyən edilib. Bu bal 1-dən 10-a qədər olan miqyasda xərçəng hüceyrələrinin nə qədər aqressiv olduğunu göstərir və yüksək riskli formaya işarə edir. Hazırda Bayden ailəsi ilə birgə müalicə planını müzakirə edir və yaxın günlərdə prosedurlara start veriləcəyi gözlənilir.

Digər tərəfdən, ABŞ-ın sabiq prezidenti və Respublikaçılar Partiyasının liderlərindən biri Donald Tramp Truth Social platformasında Baydenə keçmiş siyasi rəqib kimi deyil, insani münasibətlə yanaşaraq tezliklə sağalmasını arzulayıb.

“Melaniya və mən Co Baydenin son tibbi diaqnozunu eşidəndə çox kədərləndik. Onun ailəsinə ən səmimi və ən xoş arzularımızı çatdırırıq və Coya tezliklə sağalmağı arzulayırıq” – deyə Tramp açıqlamasında bildirib.

Qeyd edək ki, Co Bayden 2021–2024-ci illər ərzində ABŞ prezidenti kimi fəaliyyət göstərib. Onun səhhəti ilə bağlı xəbərlər son illərdə medianın diqqət mərkəzində olub. Prostat xərçəngi ABŞ-da kişilər arasında ən çox rast gəlinən xərçəng növlərindən biri sayılır və erkən diaqnozla müalicə şansı yüksək olur.

Məqalədə: #ABŞ #Donald Tramp #Co Bayden #Xərçəng xəstəliyi #Respublikaçılar və Tramp dəstəyi #Xərçəng riski #sosial media platforması Truth

Mövzu üzrə digər xəbərlər

BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
İran

BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi

9 Sentyabr 22:13
BAEA İdarə Heyəti İranın nüvə məsələsinin BMT TŞ-yə çıxarılmasına dair qətnaməni təsdiqləyib
Digər Xəbərlər

BAEA İdarə Heyəti İranın nüvə məsələsinin BMT TŞ-yə çıxarılmasına dair qətnaməni təsdiqləyib

9 Sentyabr 21:24
İran ABŞ-ın dəniz blokadasına qarşı hərbi reaksiyanı genişləndirir
İran

İran ABŞ-ın dəniz blokadasına qarşı hərbi reaksiyanı genişləndirir

9 Sentyabr 21:09
Avropada qazın qiyməti 2023-cü ildən bəri ən yüksək səviyyəyə yüksəlib
Digər Xəbərlər

Avropada qazın qiyməti 2023-cü ildən bəri ən yüksək səviyyəyə yüksəlib

9 Sentyabr 20:51

Son Xəbərlər

Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
00:21
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
00:03
Tarixdə bu gün – 10 Sentyabr
Tarixdə bu gün – 10 Sentyabr
00:01
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
9 Sentyabr 23:03
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
9 Sentyabr 22:13
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.