Tramp deyir ki, Yaxın Şərqdə böyük nailiyyətlər əldə etmək üçün real imkan var
Tramp “Truth Social” platformasında paylaşım edərək yazıb:“Yaxın Şərqdə böyük nailiyyətlər əldə etmək üçün real imkanımız var. Hamı xüsusi bir şey üçün hazırdır, tarixdə ilk dəfə... Biz bunu həyata keçirəcəyik”.
Tramp deyir ki, Əfqanıstan Baqram bazasını ABŞ-a qaytarmasa, pis şeylər olacaq
Baqram bazası Əfqanıstanda yerləşən ən böyük hava bazası olub və 2001-ci ilin 11 sentyabr hücumlarından sonra ABŞ-ın Taliban əleyhinə apardığı müharibənin əsas dayaqlarından biri sayılıb.
İsrailin Qətərə hücumu Trampı çətin vəziyyətə saldı - Netanyahu qərarı əsaslandırır
Hücumdan öncə Vaşinqtonun vasitəçiliyi ilə əldə olunan son razılaşmaya görə, “HƏMAS” 2023-cü ilin 7 oktyabr hücumları zamanı əsir götürülən bütün şəxsləri – diri və ya ölü – azad etməli, əvəzində isə İsrail yüzlərlə fələstinlini sərbəst buraxmalı idi. Bu prosesin ardınca tərəflərin daimi həll yolunu müzakirə etməsi nəzərdə tutulurdu. Lakin Netanyahu hökumətinin vaxt udmaq üçün prosesi ləngitdiyinə dair Vaşinqtonda narahatlıqlar mövcud idi.
Trampın öldüyü barədə şayiələr... İnsanların bu qənaətə gəlməsinə səbəb olan əsas amillər
Şayiələr onun Əmək bayramı (1 sentyabr) ilə bağlı istirahət günlərində ictimaiyyət qarşısına çıxmaması ilə başladı. Əksər prezidentlər həmin günlərdə iştirak edirdilər: məsələn, Co Bayden ötən il Kamala Harris kampaniyasında çıxış etmiş, əvvəlki il isə Filadelfiyada tədbirdə söz demişdi. Trampın sonuncu görünməsi isə həmin həftənin çərşənbə günü nazirlər kabinetinin iclasında olmuşdu. Görünməməsi sosial şəbəkələrdə söz-söhbətə səbəb oldu.
Tramp Vaşinqtonda evsizlərə qarşı genişmiqyaslı əməliyyat başladır
Tramp “Truth Social” hesabında paylaşdığı mesajda 120 FTB agentinin polis və digər federal qurumlarla birlikdə işləyəcəyini bildirib. Onun sözlərinə görə, əməliyyat çərçivəsində şəhərin evsiz əhalisinin küçələrdən təmizlənməsi və təhlükəsizliyin bərpa edilməsi nəzərdə tutulur. "Vaşinqton bu gün azad olunacaq. Cinayət, vəhşilik, çirkab yox olacaq. Paytaxtımızı yenidən möhtəşəm edəcəyəm", — deyə Tramp vurğulayıb.
İbrahim razılaşmaları Yaxın Şərqdə sabitliyin açarıdır - Tramp
Tramp Truth sosial media platformasında paylaşdığı mesajda, “İndi İranın istehsal etdiyi nüvə arsenalı tamamilə ləğv edildiyi üçün bütün Yaxın Şərq ölkələrinin İbrahim razılaşmalarına qoşulması mənim üçün çox vacibdir.” - deyə bildirib. O, İbrahim razılaşmalarının regionda sülhün təmin olunmasında önəmli rol oynayacağını iddia edib.
Tramp CBS News-a qarşı iddiada qalib gəlib
Donald Tramp Paramount Global-ın CBS News-a qarşı qaldırdığı məhkəmə iddiasındakı razılaşmadan sonra media şirkəti ona 16 milyon dollar ödəyib.
Tramp Kanadaya 35% tarif tətbiq edəcək
ABŞ prezidenti Donald Tramp avqustun 1-dən etibarən Kanadadan idxal edilən mallara sektor tariflərindən əlavə olaraq 35% dəyərində xüsusi rüsum tətbiq ediləcəyini elan edib.
İrana heç nə təklif etmədik - Tramp
ABŞ Prezidenti Donald Tramp İrana qarşı həyata keçirilən hava hücumları ilə bağlı yeni açıqlama verib.
İran rəhbərliyi dəyişməlidir - Tramp
Tramp İran rəhbərliyinin ölkənin inkişafına mane olduğunu bildirib və “rejim dəyişikliyi” ideyasını açıq şəkildə gündəmə gətirib.