4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Tramp deyir ki, Yaxın Şərqdə böyük nailiyyətlər əldə etmək üçün real imkan var

Tramp “Truth Social” platformasında paylaşım edərək yazıb:“Yaxın Şərqdə böyük nailiyyətlər əldə etmək üçün real imkanımız var. Hamı xüsusi bir şey üçün hazırdır, tarixdə ilk dəfə... Biz bunu həyata keçirəcəyik”.

28 Sentyabr 2025 20:01
Tramp deyir ki, Yaxın Şərqdə böyük nailiyyətlər əldə etmək üçün real imkan var

BAKI, AzerVoice

ABŞ Prezidenti Donald Tramp bazar günü bəyan edib ki, “Yaxın Şərqdə böyük nailiyyətlər əldə etmək üçün real imkan var”. O, konkret detallar açıqlamasa da, bir neçə gün öncə Qəzza müharibəsini bitirmək üzrə olduğunu söyləmişdi.

Tramp “Truth Social” platformasında paylaşım edərək yazıb:“Yaxın Şərqdə böyük nailiyyətlər əldə etmək üçün real imkanımız var. Hamı xüsusi bir şey üçün hazırdır, tarixdə ilk dəfə... Biz bunu həyata keçirəcəyik”.

ABŞ administrasiyası rəsmilərinin məlumatına görə, Tramp sabah – bazar ertəsi – İsrailin baş naziri Benyamin Netanyahu ilə Ağ Evdə görüşəcək. Görüşün məqsədi razılaşma üçün əsas çərçivə planı hazırlamaqdır.

Tramp cümə günü də açıqlamışdı ki, Qəzza ilə bağlı Yaxın Şərq ölkələri ilə intensiv danışıqlar aparılır, İsrail və HƏMAS bu müzakirələrdən xəbərdardır və proses lazım olduğu müddətcə davam edəcək.

ABŞ vitse-prezidenti C.D. Vens isə bazar günü “Fox News” kanalına müsahibəsində bildirib ki, Qəzzadakı müharibəni bitirəcək razılaşmaya “indiyədək heç vaxt olmadığı qədər” ümidlidir. Onun sözlərinə görə, plan üç əsas elementi əhatə edir: bütün girovların azad edilməsi, HƏMASın İsrail üçün yaratdığı təhlükənin aradan qaldırılması və Qəzzaya humanitar yardımların artırılması.

“Bu üç hədəfə nail olmağa çox yaxın olduğumuza inanıram”-deyə Vens vurğulayıb.

BMT Baş Assambleyası çərçivəsində ötən həftə dünya liderlərinin Nyu-Yorkda görüşü zamanı ABŞ Yaxın Şərqdə sülh üçün 21 maddəlik planını təqdim edib. Plan Qəzzada iki ilə yaxın davam edən müharibənin sona çatdırılmasını nəzərdə tutur.

Ağ Ev rəsmisinin sözlərinə görə, sənəd bütün girovların – həm sağ, həm də cəsədlərin – geri qaytarılmasını, İsrailin Qətərə qarşı yeni hücumlarının dayandırılmasını və İsrail-Fələstin arasında “dinc yanaşı yaşamaq” üçün yeni dialoqun başlanmasını ehtiva edir.

Qeyd edək ki, İsrail sentyabrın 9-da Dohada HƏMAS hədəflərinə hava zərbəsi endirmiş və bu, Qətərin sərt reaksiyasına səbəb olmuşdu.

HƏMAS nümayəndəsi isə şənbə günü bildirib ki, ABŞ-ın təqdim etdiyi plan hərəkatın diqqətinə rəsmi olaraq çatdırılmayıb.

Məqalədə: #Qəzza zolağı #Donald Tramp #Qəzza hücumu #Qəzza böhranı və ərəb mövqeyi #Qəzzada humanitar böhran #Qəzza sakinlərinin köçü #Qəzza və Livanda AI texnologiyaları #Qəzzanın bərpası 2025 #Misir və Səudiyyə Qəzza planı #Qəzzada müharibədən sonrakı vəziyyət #Qəzza böhranı və Qərbin mövqeyi #sosial media platforması Truth #Truth Social

Mövzu üzrə digər xəbərlər

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb
Siyasət

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb

11:45
İtamar Ben-Qvir Qəzzadan fələstinlilərin məcburi çıxarılması planını açıqlayıb
Fələstin

İtamar Ben-Qvir Qəzzadan fələstinlilərin məcburi çıxarılması planını açıqlayıb

3 Sentyabr 20:59
Tramp ABŞ-nin silah ehtiyatlarının azaldığı barədə məlumatları təkzib edib
Digər Dövlətlər

Tramp ABŞ-nin silah ehtiyatlarının azaldığı barədə məlumatları təkzib edib

3 Sentyabr 20:17
Hörmüz boğazından neft daşınması müharibədən əvvəlki səviyyəyə yaxınlaşıb - Tramp
Digər Dövlətlər

Hörmüz boğazından neft daşınması müharibədən əvvəlki səviyyəyə yaxınlaşıb - Tramp

3 Sentyabr 20:06

Son Xəbərlər

Daman Əmirlik Qadınlar Gününə həsr olunan aylıq proqram başladıb
Daman Əmirlik Qadınlar Gününə həsr olunan aylıq proqram başladıb
17:00
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
16:38
Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
16:30
Fatih Sultan Mehmed xristianlığa meyil edibmi? - Tarixi faktlar nə deyir?
Fatih Sultan Mehmed xristianlığa meyil edibmi? - Tarixi faktlar nə deyir?
16:17
Misir funtu 1 dollar üçün 51 funt səviyyəsinə düşüb
Misir funtu 1 dollar üçün 51 funt səviyyəsinə düşüb
15:57
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.