5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

İran Yəmənə silah embarqosunu pozmaqla bağlı ittihamları rədd edib

21 May 2025 16:22
İran Yəmənə silah embarqosunu pozmaqla bağlı ittihamları rədd edib

BAKI, AzerVoice

İranın BMT-dəki səfiri Əmir-Səid İravani, İslam Respublikasının BMT-nin Yəmənə tətbiq etdiyi silah embarqosunu pozduğu ilə bağlı iddiaları tamamilə əsassız adlandırıb.

AzerVoice xəbər verir ki, bu barədə İravani, Nyu-Yorkda keçirilən BMT Təhlükəsizlik Şurasının “Beynəlxalq Əməkdaşlıqla Dəniz Təhlükəsizliyinin Gücləndirilməsi və Qlobal Sabitlik” mövzusunda açıq iclasında çıxışı zamanı bildirib.

Diplomat bəyan edib ki, İran heç vaxt BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozacaq hər hansı fəaliyyətlə məşğul olmayıb. O, həmçinin, İranın Beynəlxalq dəniz hüququna tam riayət etdiyini və dəniz təhlükəsizliyinə töhfə verdiyini vurğulayıb.

İravani bildirib ki, İran Hürmüz boğazı, Bab əl-Məndəb və Hind okeanının şimalında ticarət və neft gəmilərinin təhlükəsiz keçidini təmin etməklə regional və beynəlxalq sabitliyə töhfə verir.

Səfir çıxışında ABŞ tərəfindən tətbiq edilən birtərəfli sanksiyaları tənqid edərək bildirib ki, bu qeyri-qanuni addımlar qanuni ticarət əlaqələrini pozur, İranın neft yükünün qanunsuz müsadirəsinə səbəb olur və BMT Nizamnaməsi ilə ziddiyyət təşkil edir.

İravani dəniz təhlükəsizliyinin siyasi məqsədlərlə manipulyasiya olunmasının qəbuledilməz olduğunu bildirib və bu məsələdə beynəlxalq hüquq, ayrı-seçkiliyə yol verməmə və dövlətlərin suverenliyinə hörmət prinsiplərinin əsas götürülməsinin vacibliyini qeyd edib.

Çıxışının sonunda İravani ABŞ və İsrail nümayəndələrinin İrana qarşı səsləndirdiyi ittihamları qətiyyətlə rədd etdiklərini bildirib. O, bu iddiaların regiondakı reallıqları təhrif etməyə və Qırmızı dənizdəki qeyri-sabitliyin əsas səbəblərindən diqqəti yayındırmağa xidmət etdiyini deyib.

Sonda İravani vurğulayıb ki, bu reallıqlar dezinformasiya ilə ört-basdır edilə bilməz və BMT Təhlükəsizlik Şurası regionda sabitliyi təmin etmək üçün bu əsas səbəbləri nəzərə almalı və beynəlxalq hüququn üstünlüyünü qorumalıdır.

Məqalədə: #İsrail #İran #BMT #ABŞ #Yəmən #BMT Təhlükəsizlik Şurası #BMT Təhlükəsizlik Şurası və İran

Mövzu üzrə digər xəbərlər

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib

4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər

Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib

4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
Texnologiya

ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır

4 Sentyabr 21:42
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
Livan

İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır

4 Sentyabr 21:32

Son Xəbərlər

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.