5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Trampın yeni Qızıl Kart proqramı təqdim olunur

22 May 2025 16:01
Trampın yeni Qızıl Kart proqramı təqdim olunur

BAKI, AzerVoice

ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə "Qızıl Kart" proqramı yaxın günlərdə istifadəyə veriləcək.

AzerVoice xəbər verir ki, ABŞ-ın ticarət naziri Hovard Lutnik Donald Trampın təşəbbüsü ilə yaradılan “Trump Card” adlı xüsusi rezidensiya proqramının yaxın zamanda ictimaiyyətə təqdim olunacağını açıqlayıb.

Onun sözlərinə görə, proqram çərçivəsində ABŞ-da 5 milyon dollar investisiya edən əcnəbilərə daimi yaşamaq hüququ verilməsi nəzərdə tutulur.

Lutnik bildirib ki, bu məqsədlə yaradılan TrumpCard.gov vebsaytı bir həftə ərzində fəaliyyətə başlayacaq və həmin platforma vasitəsilə ilkin qeydiyyat prosesinə start veriləcək.

Donald Tramp bu təşəbbüsü ilk dəfə fevral ayında açıqlamış və “Qızıl Kart” proqramının xarici vətəndaşlara yaşıl kartın təmin etdiyi hüquqlardan daha geniş imkanlar təqdim edəcəyini bildirmişdi. O, aprel ayında kartın qızılı rəngdə fiziki versiyasını nümayiş etdirərək, “Bu kart 5 milyon dollara sizin ola bilər,” deyə jurnalistlərə təqdim etmişdi.

Kartın üzərində Trampın fotosu və “Trump Card” yazısı yer alır. Proqramdan əldə ediləcək gəlirlə ABŞ-ın dövlət borcunun bir hissəsinin maliyyələşdirilməsi planlaşdırılır.

Bununla belə, ekspertlər bu proqramın hüquqi əsaslarını və Konqresin təsdiqi olmadan icraya verilib-verilə bilməyəcəyini müzakirə edir. ABŞ qanunvericiliyi çərçivəsində belə bir təşəbbüsün nə dərəcədə hüquqi qüvvəyə malik olacağı ilə bağlı hələlik aydınlıq yoxdur.

Qeyd edək ki, ABŞ-da əvvəllər də investisiya əsaslı yaşamaq hüququ verən proqramlar tətbiq olunub. Lakin Trampın "Qızıl Kart" təşəbbüsü həm təqdimat forması, həm də ictimai maraq baxımından fərqlənir

Məqalədə: #ABŞ #Donald Tramp #Qızıl Kart proqramı #ABŞ-da 5 milyon dollara yaşamaq hüququ #ABŞ rezident proqramı 2025 #Tramp immiqrasiya planı #Əcnəbilər üçün ABŞ-da yaşamaq hüququ #yeni immiqrasiya təşəbbüsü

Mövzu üzrə digər xəbərlər

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib

4 Sentyabr 22:24
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
Texnologiya

ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır

4 Sentyabr 21:42
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
Digər Dövlətlər

Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib

4 Sentyabr 21:23
Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib
Livan

Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib

4 Sentyabr 21:20

Son Xəbərlər

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.