14 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Trampın Cənubi Afrika iddiaları saxta çıxıb

23 May 2025 11:54
Trampın Cənubi Afrika iddiaları saxta çıxıb

BAKI, AzerVoice

Trampın Cənubi Afrika fermerlərinə dair “soyqırım” görüntüləri saxta çıxıb.

AzerVoice xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Cənubi Afrikada ağdərili fermerlərə qarşı zorakılığı sübut etmək üçün Ağ Evdə Cənubi Afrika Prezidenti Siril Ramafosaya göstərdiyi görüntülərin əslində Konqo Demokratik Respublikasında çəkilmiş videoya aid olduğu üzə çıxıb.

Tramp “soyqırım” iddiasını təsdiq etmək üçün nümayiş etdirdiyi ekran görüntüləri Britaniyanın Reuters agentliyinin müxbiri Djaffar Al Katanty tərəfindən fevralın 3-də yayımlanmış və Qoma şəhərində M23 üsyançı qruplaşması ilə toqquşma sonrası keçirilən kütləvi dəfn mərasimindən lentə alınmış görüntülər olub.

Görüntülərdə cəsəd çantaları daşıyan humanitar işçilərin yer aldığı bildirilib.

Tramp isə görüş zamanı bu görüntüləri göstərərək “Bunların hamısı dəfn edilən ağ fermerlərdir” iddia etmiş, həmçinin "Əgər bu soyqırımdırsa, bu insanları ölkəmizə aparmalıyıq" demişdi.

Lakin Cənubi Afrika Prezidenti Ramafosa bu videoları əvvəllər görmədiyini qeyd edərək, “Bu görüntülərin harada çəkildiyini əvvəlcədən bilmək istərdim. Cənubi Afrikada baş verənlər irqi soyqırım deyil, geniş yayılmış cinayət problemidir. Qurbanlar yalnız ağdərililər deyil, əsasən qaradərililərdir” açıqlamasını verib.

Amerikalı milyarder İlon Mask Tramp, "Elon Cənubi Afrikadandır. O, nə baş verdiyini çox yaxşı bilir" - deyə qeyd edib.

Məqalədə: #ABŞ #Donald Tramp #Cənubi Afrika #Ağ Ev #Elon Mask #Cənubi Afrika soyqırımı #Ağ fermerlərə hücum iddiası #Donald Tramp Cənubi Afrika görüşü #Tramp və Ramafosa görüşü

Mövzu üzrə digər xəbərlər

İran Yəməndəki müharibəyə müdaxilə etmədiyini açıqlayıb
İran

İran Yəməndəki müharibəyə müdaxilə etmədiyini açıqlayıb

13:27
İraq İranla üç sərhəd-keçid məntəqəsini yenidən açıb
İran

İraq İranla üç sərhəd-keçid məntəqəsini yenidən açıb

11:38
İslamabad Ər-Riyadla tam həmrəyliyini bəyan etdi
Səudiyyə Ərəbistanı

İslamabad Ər-Riyadla tam həmrəyliyini bəyan etdi

07:26
İraq və İran Səudiyyə Ərəbistanına hücumu müzakirə edib
İran

İraq və İran Səudiyyə Ərəbistanına hücumu müzakirə edib

13 Sentyabr 19:40

Son Xəbərlər

İordaniya Ərəb Əmək Konfransına sədrlik edir
İordaniya Ərəb Əmək Konfransına sədrlik edir
13:40
İran Yəməndəki müharibəyə müdaxilə etmədiyini açıqlayıb
İran Yəməndəki müharibəyə müdaxilə etmədiyini açıqlayıb
13:27
"Naza" filminin müəllifləri vətənə xəyanətdə ittiham olunur
"Naza" filminin müəllifləri vətənə xəyanətdə ittiham olunur
13:12
Küveyt və Səudiyyə Ərəbistanı hərbi dəniz əməkdaşlığını gücləndirir
Küveyt və Səudiyyə Ərəbistanı hərbi dəniz əməkdaşlığını gücləndirir
13:07
Küveyt Dubayda turizm imkanlarını nümayiş etdirir
Küveyt Dubayda turizm imkanlarını nümayiş etdirir
13:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.