5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Fransa, Britaniya və Kanada HƏMAS-ı təşviq edir - Netanyahu

23 May 2025 16:14
Fransa, Britaniya və Kanada HƏMAS-ı təşviq edir - Netanyahu

BAKI,AzerVoice

İsrail Baş naziri Benyamin Netanyahu, Fransa Prezidenti Emmanuel Makronu, Britaniya müxalifət lideri Kir Starmeri və Kanada Baş naziri Mark Karnini İsrailin hərbi əməliyyatlarını dayandırmağa çağırdıqları üçün sərt şəkildə tənqid edib.

AzerVoice xəbər verir ki, bu barədə Netanyahu X sosial media hesabında paylaşım edib.

“HƏMAS yəhudi dövlətini məhv etmək və xalqını qırmaq istəyir. Bu həqiqəti Qərb liderlərinin anlamaması inanılmazdır. Əgər sizi qatil, təcavüzkar, uşaq qatilləri və girovçular tərifləyirsə, deməli siz ədalətin, insanlığın və tarixin səhv tərəfindəsiniz”- deyə paylaşımda qeyd olunub.

Fransa, Britaniya və Kanada liderləri bu həftə yayımladıqları birgə bəyanatda İsrailin Qəzzadakı əməliyyatlarını “dəhşətli” adlandıraraq, hücumların dayandırılması və humanitar yardımın qarşısındakı məhdudiyyətlərin aradan qaldırılması çağırışı ediblər.

Netanyahu isə bu çağırışların sülhü təşviq etmədiyini, əksinə, HƏMAS-ın müharibəni davam etdirməsinə yol açdığını iddia edib.

Qeyd edək ki, İsrail ordusu son 24 saat ərzində Qəzza zolağının müxtəlif bölgələrinə 75-dən çox hava zərbəsi endirib. Ordunun sözçüsü Kapitan Eyla bildirib ki, bu hücumlar əsasən raket buraxılış məntəqələrinə, hərbi obyektlərə və silah anbarlarına qarşı həyata keçirilib.

Fələstin tərəfinin məlumatına görə, hücumlar nəticəsində ən azı 28 nəfər həlak olub. Qəzza Mülki Müdafiə İdarəsi isə 16 nəfərin öldüyünü, onlarla insanın yaralandığını təsdiqləyib. İdarənin tibbi təminat müdiri Məhəmməd əl-Muğir, hücumların Qəzzanın mərkəzi və cənub bölgələrindəki yaşayış evlərini hədəf aldığını bildirib.

Məqalədə: #İsrail #Benyamin Netanyahu #Fələstin #Kanada #Fransa #Böyük Britaniya #HƏMAS #Emmanuel Makron #Yaxın Şərq #Kir Starmer #Mark Karni

Mövzu üzrə digər xəbərlər

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
Tarixdə bu gün

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?

03:00
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib

4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər

Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib

4 Sentyabr 22:00
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
Livan

İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır

4 Sentyabr 21:32

Son Xəbərlər

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.