5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Avropa Komissiyası Trampın tarif təklifinə etiraz edir

24 May 2025 10:33
Avropa Komissiyası Trampın tarif təklifinə etiraz edir

BAKI, AzerVoice

Avropa İttifaqı (Aİ) Komissiyasının ticarət üzrə məsul üzvü Maros Şefçoviç, Avropa İttifaqı ilə Amerika Birləşmiş Ştatları (ABŞ) arasında aparılan ticarət danışıqlarının təhdidlərə deyil, qarşılıqlı hörmətə əsaslanmalı olduğunu bildirib.

AzerVoice xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın Avropa İttifaqına qarşı 50 faiz tarif tətbiqini təklif etməsindən sonra açıqlama yayan Šefčovič, sosial media hesabında bu məsələyə münasibət bildirib. O, ABŞ Ticarət naziri Hovard Lutnik və Ticarət nümayəndəsi Cemison Qrir ilə görüş keçirdiyini qeyd edib.

“Avropa İttifaqı hər iki tərəfin maraqlarına xidmət edən bir ticarət razılaşması əldə etməkdə qərarlıdır. Aİ-ABŞ ticarət əlaqələri unikal xarakter daşıyır və təhdidlər deyil, qarşılıqlı hörmətlə yönləndirilməlidir,” – deyə o bildirib.

Şefçoviç, Avropa Komissiyasının danışıqlarda xoşniyyətli şəkildə iştirak etməyə hazır olduğunu və "maraqlarını qorumağa da tam hazır olduğunu" vurğulayıb.

ABŞ Prezidenti Tramp isə "Truth Social" platformasında paylaşdığı açıqlamada, Aİ ilə aparılan ticarət danışıqlarının nəticə vermədiyini ifadə edərək, 1 iyundan etibarən Avropa İttifaqından gətirilən məhsullara 50 faiz birbaşa tarif tətbiqini təklif etdiyini bildirib. Tramp qeyd edib ki, məhsul ABŞ-da istehsal olunubsa, bu tarif tətbiq edilməyəcək.

Bundan əlavə, ABŞ Maliyyə naziri Skott Bessent, Trampın Aİ-nin təkliflərini digər əsas ticarət tərəfdaşlarının təklifləri ilə müqayisədə “keyfiyyət baxımından geri qaldığını” düşündüyünü və tətbiq edilən tarif təkliflərinin Avropa İttifaqını hərəkətə keçirməsini ümid etdiyini bildirib.

Məqalədə: #ABŞ #Avropa İttifaqı (Aİ) #Donald Tramp #Avropa Komissiyası #Trampın siyasətləri #Trampın fərmanları #Trampın Avropa siyasəti #Avropa liderlərinin Trampa reaksiyası #Donald Tramp 2025 siyasəti

Mövzu üzrə digər xəbərlər

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib

4 Sentyabr 22:24
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
Texnologiya

ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır

4 Sentyabr 21:42
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
Digər Dövlətlər

Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib

4 Sentyabr 21:23
Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib
Livan

Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib

4 Sentyabr 21:20

Son Xəbərlər

İordaniyada daxili  turizmi  təşviq etmək üçün pulsuz turlar təşkil edilir
İordaniyada daxili turizmi təşviq etmək üçün pulsuz turlar təşkil edilir
15:53
İraqın Basra neft markaları həftə ərzində 10 faizdən çox bahalaşıb
İraqın Basra neft markaları həftə ərzində 10 faizdən çox bahalaşıb
15:52
İraq buğda və xurma istehsalında tam özünütəminata nail olub
İraq buğda və xurma istehsalında tam özünütəminata nail olub
15:42
Şarja İrs İnstitutunun direktoru ADIHEX 2026 sərgisini ziyarət edib
Şarja İrs İnstitutunun direktoru ADIHEX 2026 sərgisini ziyarət edib
14:57
BƏƏ və Lesoto ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
BƏƏ və Lesoto ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
14:26
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.