8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

ABŞ Cənubi Koreyadan qoşunlarını çıxarmayacaq - Pentaqon

24 May 2025 13:42
ABŞ Cənubi Koreyadan qoşunlarını çıxarmayacaq - Pentaqon

BAKI, AzerVoice

Pentaqondan ABŞ-ın Cənubi Koreyadakı qoşunlarını geri çəkməsı haqqında rəsmi məlumat verib.

AzerVoicee xəbər verir ki, ABŞ Müdafiə Nazirliyi Cənubi Koreyadakı Amerika əsgərlərinin geri çəkilməsi ilə bağlı iddiaları inkar edib.

Wall Street Journal qəzetinin ABŞ-ın Cənubi Koreyada yerləşdirilmiş minlərlə əsgəri geri çəkməyi nəzərdən keçirdiyinə dair xəbəri Pentaqon tərəfindən rədd olunub. Nazirliyin sözçüsü Şon Parnell X sosial media platformasında yayımladığı bəyanatda bu məlumatların həqiqətə uyğun olmadığını bildirib.

“Müdafiə Nazirliyinin Cənubi Koreyadakı ABŞ hərbi mövcudiyyətini azaltmaq niyyəti yoxdur. ABŞ-Cənubi Koreya ittifaqı möhkəmdir və tərəfdaşlığımız təhlükəsizlik sahəsində davam edir,” – deyə Parnell vurğulayıb.

Cənubi Koreya Müdafiə Nazirliyi də Vaşinqtonla qoşunların çıxarılması ilə bağlı heç bir danışıqların aparılmadığını açıqlayıb.

Xatırladaq ki, WSJ-in xəbərində Tramp administrasiyasının 4500 əsgərin bölgədən çıxarılmasını və onların Hind-Sakit okean regionundakı digər strateji nöqtələrə, xüsusilə də Quam adasına göndərilməsini nəzərdən keçirdiyi iddia olunmuşdu.

ABŞ və Cənubi Koreya arasında 2024-cü ildən etibarən qüvvəyə minən beşillik müdafiə xərclərinin bölüşdürülməsi planı mövcuddur. Donald Tramp isə ABŞ əsgərlərinin bölgədəki xərclərinin daha böyük hissəsinin Seul tərəfindən qarşılanmasını dəstəkləmiş və ticarət danışıqları zamanı bu məsələni gündəmə gətirmişdi.

Qeyd edək ki, hazırda Cənubi Koreyada təxminən 28.500 ABŞ əsgəri xidmət edir və bu hərbi mövcudluq bölgədəki sabitlik üçün vacib sayılır.

Məqalədə: #ABŞ #Cənubi Koreya #Pentaqon #Vaşinqton #Tramp administrasiyası #Cənubi Koreya və ABŞ birgə təlimləri #ABŞ-Cənubi Koreya hərbi əlaqələri #Cənubi Koreya və ABŞ münasibətləri

Mövzu üzrə digər xəbərlər

Tramp Nyu-Meksiko ştatının adının “Yeni Amerika” adlandırılmasını dəstəkləyib
Digər Dövlətlər

Tramp Nyu-Meksiko ştatının adının “Yeni Amerika” adlandırılmasını dəstəkləyib

7 Sentyabr 21:41
Küveyt və Pakistan XİN rəhbərləri Yaxın Şərqdə sülh səylərini müzakirə edib
Küveyt

Küveyt və Pakistan XİN rəhbərləri Yaxın Şərqdə sülh səylərini müzakirə edib

7 Sentyabr 21:38
Hörmüz boğazı tam açıqdır və ABŞ Hərbi Dəniz Qüvvələrinin nəzarətindədir - ABŞ
Digər Dövlətlər

Hörmüz boğazı tam açıqdır və ABŞ Hərbi Dəniz Qüvvələrinin nəzarətindədir - ABŞ

7 Sentyabr 21:32
İran hərbi texnika istehsalını və döyüş taktikasını genişləndirir
İran

İran hərbi texnika istehsalını və döyüş taktikasını genişləndirir

7 Sentyabr 18:52

Son Xəbərlər

İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
00:10
Tarixdə bu gün - 8 Sentyabr
Tarixdə bu gün - 8 Sentyabr
00:01
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
7 Sentyabr 22:28
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
7 Sentyabr 22:07
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
7 Sentyabr 22:04
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.