10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Texas 18 yaşdan aşağı şəxslərə sosial medianı qadağan edir

26 May 2025 16:57
Texas 18 yaşdan aşağı şəxslərə sosial medianı qadağan edir

BAKI, AzerVoice

Texas ştatı 18 yaşdan kiçiklər üçün sosial mediaya qadağa tətbiq etməyə hazırlaşır.

AzerVoice xəbər verir ki, Texasda təqdim olunan yeni qanun layihəsi 18 yaşadək şəxslərin sosial media platformalarına girişini tamamilə qadağan etməyi nəzərdə tutur.

Layihəyə əsasən, sosial media şirkətləri istifadəçilərin yaşını yoxlamaqla yanaşı, valideynlərə uşaqlarının hesablarını bağlamaq hüququ verməlidirlər.

Qanun qüvvəyə minərsə, platformalar bu tələbləri yerinə yetirmədikdə "aldadıcı kommersiya praktikası" pozuntusu kimi cinayət məsuliyyəti daşıyacaq. Texas Baş Prokurorluğu bu halda həm cərimə tətbiq edə, həm də məhkəmə yolu ilə kompensasiya tələb edə biləcək.

Xatırladaq ki, son iki ildə Florida, Corciya, Tennessi və Luiziana kimi digər ştatlar da sosial mediadan istifadəyə valideyn icazəsi tələb edən qanunlar qəbul edib. Benzer qanunvericilik Nebraska və Konnektikutda da təsdiqlənib. 2023-cü ildə Utahda qəbul edilən sərt sosial media məhdudiyyətləri isə hüquqi mübahisələrdən sonra qismən yumşaldılıb.

Texas qubernatoru Qreq Abbottun sözçüsü Endryu Mahaleris bildirib ki, uşaqların rəqəmsal təhlükəsizliyi qubernator üçün prioritetdir və o, qanun layihəsini diqqətlə dəyərləndirəcək.

Texnologiya şirkətləri isə bu cür məhdudiyyətlərə qarşı çıxır. Meta, TikTok və X-in üzv olduğu NetChoice lobbisi bu tip qanun layihələrini "onlayn təhlükəsizlik adı altında senzura rejimi" adlandıraraq bir neçə ştatda məhkəmə iddiaları qaldırıb.

Qeyd edək ki, texnoloji şirkətlər də müəyyən məhdudlaşdırıcı tədbirlər görür. Məsələn, Meta və TikTok azyaşlı istifadəçilər üçün ekran vaxtını məhdudlaşdırıb və məzmun filtrləri tətbiq edib.

ABŞ Senatında da uşaqların sosial mediaya çıxışını məhdudlaşdıran qanun təşəbbüsləri gündəmdədir. Demokrat senator Brian Schatz 13 yaşdan kiçiklər üçün sosial media hesablarının tamamilə qadağan edilməsini təklif edib. Respublikaçı Tom Kotton və Demokrat Tim Kaine isə məktəblərdə mobil telefon istifadəsini məhdudlaşdırmaq üçün yeni təşəbbüslərlə çıxış ediblər.

Məqalədə: #ABŞ #Meta #Texas #TikTok #Facebook #sosial media qadağası #Valideyn nəzarəti sosial media #Uşaqlar üçün sosial media təhlükəsi #TikTok yaş məhdudiyyəti

Mövzu üzrə digər xəbərlər

Soyuq müharibəni qazanan əfqan - Əhməd Şah Məsudun 25 il əvvəlki qətli və əldən çıxan tarixi fürsət
ArabAZ analitika: Geosiyasi təhlillər

Soyuq müharibəni qazanan əfqan - Əhməd Şah Məsudun 25 il əvvəlki qətli və əldən çıxan tarixi fürsət

09:00
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
İran

BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi

9 Sentyabr 22:13
BAEA İdarə Heyəti İranın nüvə məsələsinin BMT TŞ-yə çıxarılmasına dair qətnaməni təsdiqləyib
Digər Xəbərlər

BAEA İdarə Heyəti İranın nüvə məsələsinin BMT TŞ-yə çıxarılmasına dair qətnaməni təsdiqləyib

9 Sentyabr 21:24
İran ABŞ-ın dəniz blokadasına qarşı hərbi reaksiyanı genişləndirir
İran

İran ABŞ-ın dəniz blokadasına qarşı hərbi reaksiyanı genişləndirir

9 Sentyabr 21:09

Son Xəbərlər

İsraildə seçkilər başlayır - təxribat riski artıb - Rufiz Hafizoğlu
İsraildə seçkilər başlayır - təxribat riski artıb - Rufiz Hafizoğlu
15:56
Əlcəzair BƏƏ ilə diplomatik əlaqələri kəsdiyini elan etdi
Əlcəzair BƏƏ ilə diplomatik əlaqələri kəsdiyini elan etdi
15:24
Türkiyədə 16 milyondan çox insan xərçəng müayinəsindən keçirilib - 36 min nəfərdə xəstəlik erkən aşkarlanıb
Türkiyədə 16 milyondan çox insan xərçəng müayinəsindən keçirilib - 36 min nəfərdə xəstəlik erkən aşkarlanıb
15:12
BƏƏ "Əl-İttihad" Fondundan humanist addım - Filippində aztəminatlılar üçün yeni massiv istifadəyə verildi
BƏƏ "Əl-İttihad" Fondundan humanist addım - Filippində aztəminatlılar üçün yeni massiv istifadəyə verildi
14:53
İraq Türkiyəyə "su qarşılığında neft" nəqlini azaltdı - Gündəlik limit 33 min barelə endirildi
İraq Türkiyəyə "su qarşılığında neft" nəqlini azaltdı - Gündəlik limit 33 min barelə endirildi
14:02
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.