4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Trampa hədiyyə edilən təyyarənin modernizasiyası dəyərindən baha başa gələcək

29 May 2025 20:30
Trampa hədiyyə edilən təyyarənin modernizasiyası dəyərindən baha başa gələcək

BAKI, AzerVoice

Qətər tərəfindən ABŞ Prezidenti Donald Trampa hədiyyə edilən Boeing 747-8 təyyarəsinin prezident səviyyəsində istifadəyə uyğunlaşdırılması təxminən 1,5 milyard dollara başa gələcək.

AzerVoice xəbər verir ki, bu barədə "The Washington Post" qəzeti ABŞ Hərbi Hava Qüvvələrindəki mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, təyyarəyə texniki baxış keçirən ABŞ hərbi mütəxəssisləri onun “çox pis vəziyyətdə saxlanıldığını” və hazırda prezident səviyyəsində istifadəyə yararlı olmadığını bildiriblər. Təyyarənin bütün təhlükəsizlik, rabitə və müdafiə sistemləri ilə təchiz edilməsi üçün Texas ştatındakı L3Harris Technologies hərbi-sənaye zavoduna yönləndirilməsi planlaşdırılıb.

İlkin hesablamalara görə, modernizasiya işləri təxminən 1,5 milyard dollar təşkil edir.

Bununla yanaşı, rəsmi sənədlərdə hələlik təyyarənin ABŞ-a tam şəkildə təhvil verilməsi rəsmiləşdirilməyib. Tramp əvvəllər bu təyyarənin Qətər tərəfindən ABŞ-a hədiyyə edildiyini desə də, Qətər tərəfi sonradan bildirmişdi ki, təyyarənin alınması Tramp administrasiyasının təşəbbüsü ilə baş verib və monarxiya bu təyyarənin gələcək istifadəsinə görə məsuliyyət daşımır.

Nəşr yazır ki, ABŞ administrasiyası bu təyyarənin alınmasını təklif etdikdən sonra Qətər onu simvolik olaraq ABŞ-a təmənnasız təqdim etməyə razılaşıb. Təyyarə artıq bir aydan çoxdur ki, Texasın San-Antonio hava limanında saxlanılır. ABŞ mətbuatında bu təyyarə “uçan saray” kimi təsvir olunur və ABŞ-ın xarici dövlətdən aldığı ən bahalı hədiyyələrdən biri hesab edilə bilər.

Məqalədə: #ABŞ #Qətər #Donald Tramp #Boeing #təyyarə

Mövzu üzrə digər xəbərlər

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib

22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər

Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib

22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
Texnologiya

ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır

21:42
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
Digər Dövlətlər

Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib

21:23

Son Xəbərlər

İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
21:32
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
21:23
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.