7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

ABŞ vitse-prezidenti Qəzzadakı uşaqların əzabından kədərləndiyini bildirib

9 İyun 2025 21:02
ABŞ vitse-prezidenti Qəzzadakı uşaqların əzabından kədərləndiyini bildirib

BAKI, AzerVoice

ABŞ vitse-prezidenti Cey Di Vens, Qəzza zolağındakı münaqişə zamanı vətəndaşların, xüsusən də uşaqların çəkdiyi əzabdan kədərləndiyini bildirib.

AzerVoice xəbər verir ki, bunu Vens komik Teo Fon ilə bir podkastda müsahibə verərkən deyib.

"Bu videoları və şəkilləri görürəm, həqiqətən ürək dağlayan şəkillərdir" - deyə, o Fonun Qəzzadakı uşaqların videoları haqqında dediklərinə cavab verib.

Vens, İsrailin Fələstin bölgəsində soyqırımı törətmədiyini inkar edib. O, eyni zamanda bildirib ki, ABŞ administrasiyası iki problemi həll etməyə çalışır: bir tərəfdən, günahsız Fələstin vətəndaşları və HƏMAS tərəfindən girov götürülmüş israillilər, digər tərəfdən isə İsrailin "terror təşkilatlarından" gələn hücumlarla qarşılaşması.

"Bəziləri unudur ki, bu müharibəyə səbəb olan şey qanlı bir terror hücumu oldu və bu hücumda çox sayda israilli mülki vətəndaş həyatını itirdi" - deyə, o əlavə edib.

Teo Fonun Qəzzadakı hadisələri soyqırımı kimi təsvir etməsinə cavab olaraq Vens bildirib: "İsrailin bütün fələstinliləri öldürməyə çalışdığını düşünmürəm. Məncə, onlar hücuma məruz qaldılar və indi terror təşkilatını məhv etməyə çalışırlar. Müharibə cəhənnəmdir."

Vens, ABŞ administrasiyasının münaqişəni sona çatdırmaq və humanitar yardımlar göndərmək üçün səylərini davam etdirdiyini təsdiqləyib və eyni zamanda İsrailin tərəfdarı olan bəzi Respublikaçı şəxsləri tənqid edərək, ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Uitkoffun "İsraili kifayət qədər dəstəkləməməkdə" ittiham edildiyini bildirib.

Məqalədə: #İsrail #Qəzza zolağı #ABŞ #HƏMAS #Cey Di Vens

Mövzu üzrə digər xəbərlər

Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
Fələstin

Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib

6 Sentyabr 20:41
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
Livan

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub

5 Sentyabr 22:32
İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib

5 Sentyabr 22:09
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45

Son Xəbərlər

İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək
İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək
15:58
Səudiyyə Ərəbistanı Yəməndə 863 mina və partlayıcı qurğunu zərərsizləşdirib
Səudiyyə Ərəbistanı Yəməndə 863 mina və partlayıcı qurğunu zərərsizləşdirib
15:55
"44" bədii filminin premyerasının vaxtı məlum olub
"44" bədii filminin premyerasının vaxtı məlum olub
15:47
Səudiyyə Ərəbistanı Əl-Xəfci şəhərində yeni sahil layihəsi həyata keçirəcək
Səudiyyə Ərəbistanı Əl-Xəfci şəhərində yeni sahil layihəsi həyata keçirəcək
15:34
Səudiyyə Ərəbistanı Keniyada din xadimləri üçün təlim kursu keçirib
Səudiyyə Ərəbistanı Keniyada din xadimləri üçün təlim kursu keçirib
15:27
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.