7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

İranın əleyhinə səs verməyimiz üçün bizə təzyiq edilib - Pakistan

İsrailin İrana hücumlarından əvvəl bəzi ölkələr Pakistandan MAQATE-də İranın nüvə proqramı ilə bağlı təqdim edilən qətnamənin lehinə səs verməsini istəyib.

17 İyun 2025 16:09
İranın əleyhinə səs verməyimiz üçün bizə təzyiq edilib - Pakistan

BAKI, AzerVoice

İsrailin İrana hücumlarından əvvəl bəzi ölkələr Pakistandan MAQATE-də İranın nüvə proqramı ilə bağlı təqdim edilən qətnamənin lehinə səs verməsini istəyib.

AzerVoice xəbər verir ki, Pakistanın baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar bəyan edib ki, İsrailin İrana hücumlarından əvvəl bəzi ölkələr Pakistandan MAQATE-də İranın nüvə proqramı ilə bağlı təqdim edilən qətnamənin lehinə səs verməsini istəyib.

İshaq Dar bu açıqlamanı İsrail və İran arasında başlayan qarşıdurmadan sonra “Geo News” telekanalına müsahibəsində verib. Onun sözlərinə görə, 12 iyun tarixində keçirilən Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) Direktorlar Şurasının iclasında bəzi ölkələr Pakistanla əlaqə saxlayaraq İran əleyhinə mövqe nümayiş etdirməyə çağırıblar. Lakin rəsmi İslamabad bu çağırışlara müsbət cavab verməyib və İranın əleyhinə səs verməkdən imtina edib.

Qeyd edək ki, MAQATE-nin qəbul etdiyi qətnamədə İranın nüvə materiallarının bəyan edilməsi və əməkdaşlıq öhdəliklərini yetərincə yerinə yetirmədiyi tənqid olunub.

İsrailin növbəti gün – iyunun 13-də İranın müxtəlif şəhərlərindəki nüvə obyektlərinə və hərbi rəhbərliyə qarşı başlatdığı genişmiqyaslı hücum nəticəsində yüksək rütbəli komandirlər, 9 nüvə alimi və 224 mülki şəxs həyatını itirib. İran isə cavab olaraq İsrailə ballistik raketlərlə zərbələr endirib, nəticədə 24 nəfər ölüb, 500-dən çox insan yaralanıb.

Məqalədə: #İsrail #İran #Pakistan #Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) #İsrail və İran münasibətləri #İran İsrail münasibətləri #İran və İsrail kəşfiyyat savaşı #İran-İsrail münaqişəsi #İsrailin İran hücum planı #İsrail İran hücumu 2025

Mövzu üzrə digər xəbərlər

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
Livan

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub

5 Sentyabr 22:32
İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib

5 Sentyabr 22:09
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45
İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib
Livan

İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib

5 Sentyabr 21:43

Son Xəbərlər

Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
00:15
Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün – 7 Sentyabr
00:01
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
6 Sentyabr 23:00
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
6 Sentyabr 21:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
6 Sentyabr 20:56
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.