4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Hizbullah İsrail-İran qarşıdurmasına qarışsa, məhv olacaq - Katz

İsrailin müdafiə naziri Yisrael Kats, İranla İsrail arasında artan gərginlik fonunda Hizbullahı açıq şəkildə hədələyib. O bildirib ki, Hizbullah Tel-Əviv ilə Tehran arasında gedən qarşıdurmaya qarışarsa, İsrail bu təşkilatı məhv edəcək.

20 İyun 2025 11:11
Hizbullah İsrail-İran qarşıdurmasına qarışsa, məhv olacaq - Katz

BAKI, AzerVoice

İsrailin müdafiə naziri İsrael Katz, İranla İsrail arasında artan gərginlik fonunda Hizbullahı açıq şəkildə hədələyib. O bildirib ki, Hizbullah Tel-Əviv ilə Tehran arasında gedən qarşıdurmaya qarışarsa, İsrail bu təşkilatı məhv edəcək.

AzerVoice xəbər verir ki,Katz bu açıqlamanı Hizbullahın baş katibi Naim Qasımın son bəyanatına cavab olaraq sosial media hesabında paylaşıb. Qasım, İsrailin İrana qarşı hücumlarına münasibət bildirərək Təbrizin tərəfində olduqlarını və bu vəziyyətdə neytral qalmayacaqlarını demişdi.

İsrail naziri keçmiş Hizbullah liderləri Həsən Nasrullah və Haşim Safiyuddinə qarşı həyata keçirilmiş sui-qəsdləri xatırladaraq bildirib:
“Hizbullahın baş katibi sələflərindən dərs çıxarmayıb.”

Katz iddia edib ki, Naim Qasım İranın göstərişləri əsasında İsraili hədələyir və bu səbəbdən Hizbullahın ehtiyatlı davranmalı olduğunu, əks halda İsrailin artıq səbir nümayiş etdirməyəcəyini qeyd edib.

O, açıq şəkildə bildirib ki, əgər Hizbullah İranla İsrail arasındakı qarşıdurmaya qoşulsa və hücumlar həyata keçirsə, İsrail bu təşkilatı tamamilə məhv etmək üçün hərbi gücündən istifadə edəcək.

Xatırladaq ki, dünən Hizbullah lideri Naim Qasım bəyan edib ki, İsrailin İran əleyhinə hücumları qarşısında Təbranın yanında olmaq onların vəzifəsidir. Hizbullahın rəsmi açıqlamasında da İranın ali lideri Əli Hamaneyə qarşı hər hansı sui-qəsdin ağır nəticələrə yol aça biləcəyi vurğulanıb.

Qeyd edək ki, iyunun 13-də İsrail İranın müxtəlif şəhərlərindəki nüvə obyektlərini, eləcə də ordunun yüksək komandanlığını hədəf alan irimiqyaslı hücumlara başlayıb.

Hücumlarda İranın Baş Qərargah rəisi, İnqilab Keşikçiləri Korpusunun Baş Komandanı, bəzi yüksək səviyyəli komandirlər və 9 nüvə alimi həlak olduğu halda, mülki itkilərin ümumi sayının 224 olduğu açıqlanıb.

İran ordusunun İsrailə ballistik raketlərlə cavab verməsi nəticəsində 25 nəfərin öldüyü, 500-dən çox insanın yaralandığı bildirilib.

İran Səhiyyə Nazirliyinin iyunun 15-də verdiyi açıqlamaya görə, İsrailin İrana qarşı hücumları nəticəsində azı 224 nəfər ölüb, 1277-dən çox adam yaralanıb.

Başda Türkiyə olmaqla bir çox ölkə İsraili qınayıb.

Məqalədə: #Tel-Əviv #İsrael Katz #İsrail və İran münasibətləri #İsrail-İran münaqişəsi #İran İsrail münasibətləri #İsrail İran hücumu #İsrail İran hücumu 2025 #İsrail İran əməliyyatı 2025

Mövzu üzrə digər xəbərlər

Qəzzada kağız çərpələnglər gərginlik mövzusuna çevrildi
Fələstin

Qəzzada kağız çərpələnglər gərginlik mövzusuna çevrildi

26 Avqust 11:02
İsrailin müdafiə naziri işğal edilmiş Qolan təpələrinə gedib
Fələstin

İsrailin müdafiə naziri işğal edilmiş Qolan təpələrinə gedib

25 Avqust 19:08
İsrail-Suriya gərginliyini həm də İsrail-Türkiyə problemi kimi oxumaq lazımdır - Rufiz Hafizoğlu
Rəy

İsrail-Suriya gərginliyini həm də İsrail-Türkiyə problemi kimi oxumaq lazımdır - Rufiz Hafizoğlu

25 Avqust 14:56
İsrail rəsmilərinin Türkiyəyə qarşı açıqlamaları İsrail müxalifətini narahat edib
Fələstin

İsrail rəsmilərinin Türkiyəyə qarşı açıqlamaları İsrail müxalifətini narahat edib

20 Avqust 14:13

Son Xəbərlər

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
16:38
Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
16:30
Fatih Sultan Mehmed xristianlığa meyil edibmi? - Tarixi faktlar nə deyir?
Fatih Sultan Mehmed xristianlığa meyil edibmi? - Tarixi faktlar nə deyir?
16:17
Misir funtu 1 dollar üçün 51 funt səviyyəsinə düşüb
Misir funtu 1 dollar üçün 51 funt səviyyəsinə düşüb
15:57
Səudiyyə Ərəbistanında istehlak xərcləri 11,5 faiz artıb
Səudiyyə Ərəbistanında istehlak xərcləri 11,5 faiz artıb
15:44
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.