6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

ABŞ-ın inşa etdiyi İran nüvə infrastrukturu indi ona qarşı çevrilir

İranın nüvə proqramına qarşı çıxan ABŞ 58 il əvvəl bu ölkənin ilk nüvə reaktorunu hədiyyə edərək Tehran rejiminin nüvə infrastrukturunun təməlini qoyub.

21 İyun 2025 09:17
ABŞ-ın inşa etdiyi İran nüvə infrastrukturu indi ona qarşı çevrilir

BAKI, AzerVoice

ABŞ İrana ilk nüvə reaktorunu 58 il əvvəl bağışlayıb.

AzerVoice xəbər verir ki, hazırda İranın nüvə proqramına qarşı çıxan ABŞ 58 il əvvəl bu ölkənin ilk nüvə reaktorunu hədiyyə edərək Tehran rejiminin nüvə infrastrukturunun təməlini qoyub.

Bu proses 1967-ci ildə 5 meqavatlıq nüvə reaktorunun verilməsi ilə başlayıb və sonradan İranın nüvə sahəsində kəskin irəliləyişlərinə zəmin yaradıb.

İsraillə İran arasında ballistik raketlərin atıldığı dövrdə, ABŞ-ın bir zamanlar nüvə sahəsində dəstəklədiyi İran indi ciddi təhlükə kimi dəyərləndirilir. ABŞ ictimaiyyəti isə iki yerə bölünüb: bir qisim İrana hərbi müdaxiləni dəstəkləyir, digərləri isə İraq və Əfqanıstandakı uğursuz müdaxilələri xatırladaraq ehtiyatlı olmağı tövsiyə edir.

Qeyd edək ki, ABŞ-İran nüvə əməkdaşlığının əsası 1950-ci illərdə Eyzenhauer administrasiyası dövründə qoyulub. “Sülh üçün atomlar” proqramı çərçivəsində Tehran Nüvə Araşdırmaları Mərkəzi təsis edilib. 1967-ci ildə ABŞ tərəfindən təqdim olunan ilk reaktorun məqsədi nüvə təbabətində istifadə edilən izotopların istehsalı olsa da, həmin reaktor 93%-ə qədər zənginləşdirilmiş uranla işləyirdi.

1979-cu ildə İran İslam İnqilabından sonra nüvə proqramına qısa müddətlik ara verilsə də, sonradan bu işlər bərpa olunub və İran Rusiya, Çin, Pakistan və Şimali Koreya ilə əməkdaşlıq edərək nüvə sahəsində ciddi addımlar atıb.

Hazırda isə ABŞ-İran münasibətləri kəskinləşib, və İsrailin də təzyiqləri ilə Vaşinqtondan İranın nüvə infrastrukturuna qarşı daha sərt mövqe gözlənilir.

Məqalədə: #İran #ABŞ #İranın nüvə proqramı #ABŞ-İran münasibətləri #İran nüvə razılaşmasının gələcəyi #İran ABŞ danışıqları #İran-ABŞ nüvə gərginliyi #Yaxın Şərq nüvə gərginliyi #ABŞ-İran gərginliyi #ABŞ İran gərginliyi #İranın nüvə obyektləri

Mövzu üzrə digər xəbərlər

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib

5 Sentyabr 22:09
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45
İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset
Digər Dövlətlər

İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset

5 Sentyabr 20:47
İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib
İran

İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib

5 Sentyabr 19:56

Son Xəbərlər

Tanıdığımız İranı müharibə sonrası zindanlar və qadağalar xilas edəcəkmi?
Tanıdığımız İranı müharibə sonrası zindanlar və qadağalar xilas edəcəkmi?
09:00
Osmanlı və Avropa İntibahı: Qarşılıqlı təsirlər, ortaq miras və elmi tənəzzülün kökləri
Osmanlı və Avropa İntibahı: Qarşılıqlı təsirlər, ortaq miras və elmi tənəzzülün kökləri
08:39
Ben-Qvir Qəzzanın boşaldılması planından geri çəkilməyəcəyini bəyan edib
Ben-Qvir Qəzzanın boşaldılması planından geri çəkilməyəcəyini bəyan edib
08:08
Qərbdə qadağan edildi, ərəb səhralarında həyat qurtarır - Yeni "Pajero"nun polad zirehi
Qərbdə qadağan edildi, ərəb səhralarında həyat qurtarır - Yeni "Pajero"nun polad zirehi
07:48
Londonda  səudiyyəli turistin bıçaqlanması ciddi narahatlığa səbəb olub
Londonda səudiyyəli turistin bıçaqlanması ciddi narahatlığa səbəb olub
07:22
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.