7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Alman siyasətçilər və mədəniyyət xadimləri Mersə qarşı prokurorluğa şikayət ərizəsi təqdim ediblər

Almaniyada təxminən 20 siyasətçi və mədəniyyət xadimi, kansler Fridrix Mersin İsrailin İrana qarşı hərbi əməliyyatları ilə bağlı verdiyi açıqlamalara görə ona qarşı prokurorluğa şikayət ərizəsi təqdim edib.

22 İyun 2025 01:59
Alman siyasətçilər və mədəniyyət xadimləri Mersə qarşı prokurorluğa şikayət ərizəsi təqdim ediblər

BAKI, AzerVoice

Almaniyada təxminən 20 siyasətçi və mədəniyyət xadimi, kansler Fridrix Mersin İsrailin İrana qarşı hərbi əməliyyatları ilə bağlı verdiyi açıqlamalara görə ona qarşı prokurorluğa şikayət ərizəsi təqdim edib.

AzerVoice xəbər verir ki, bu haqqda Almaniyanın “Berliner Zeitung” qəzeti məlumat verib.

Məlumata əsasən, şikayət ərizəsi Almaniya Baş Prokurorluğuna və Berlin Prokurorluğuna ünvanlanıb. Sənədi imzalayanlar arasında rəssamlar, musiqiçilər, o cümlədən publisist Patrik Baab (BSW – “Sara Vagenknext Birliyi – Ağıla və Ədalətə görə” hərəkatının üzvü) və Avropa Parlamentində BSW-ni təmsil edən Mixael fon der Şulenburq da var. Onlar kanslerin açıqlamalarına hüquqi qiymət verilməsini tələb edirlər.

Şikayətçilər qeyd edir ki, Fridrix Mers beynəlxalq anlaşma ideyasını və sülh prinsipini pozub. Hər iki prinsip Almaniya Konstitusiyasında təsbit olunub. Onlar kanslerin İsrailin baş naziri Benyamin Netanyahunun “İranın nüvə bombasının hazırlanmasının qarşısını aldıq” açıqlamasını sitat gətirdiyini, lakin ABŞ-ın kəşfiyyat orqanlarının bu iddianı təsdiqləmədiyini vurğulayıblar.

“Netanyahu 2002-ci ildən bəri, yəni 23 ildir ki, İranın nüvə silahına sahib olmağa yaxın olduğunu iddia edir” - deyə, ərizədə qeyd olunub.

Bundan başqa, ərizədə Mers nasist leksikasından istifadə etməkdə ittiham olunur. İctimaiyyət nümayəndələri onun sözlərini nasist SS zabiti Auqust Hefnerin Babiy Yar qırğınları zamanı dediklərinə bənzədirlər. Hefner həmin cinayətləri “çirkli iş” adlandırmışdı.

Xatırladaq ki, Mers 18 iyun tarixində “ZDF” kanalına, İsrailin İrana qarşı əməliyyatları ilə bağlı açıqlama vermişdi.

“Bu, İsrailin bizim hamımız üçün etdiyi çirkli bir işdir” - deyə, Mers bildirib. O, həmçinin İsrail ordusu və rəhbərliyinə hörmətlə yanaşdığını vurğulamışdı.

Həmçinin xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də İran ərazisinə hava zərbələri endiriblər. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb. İran BMT Təhlükəsizlik Şurasının hadisə ilə əlaqədar fövqəladə iclas keçirməsini istəyib.

Bu hücumlara cavab olaraq isə İran Ordusu İsrailə qarşı "Həqiqi vəd III" adlı əməliyyat keçirib. Təl-Əviv, Qüds və digər bölgələrə yüzlərlə ballistik raket buraxılıb.

Məqalədə: #İsrail #İran #Almaniya #İsrail ordusu #Fridrix Mers

Mövzu üzrə digər xəbərlər

BƏƏ və Almaniya strateji tərəfdaşlığı yeni sahələrə genişləndirir
BƏƏ

BƏƏ və Almaniya strateji tərəfdaşlığı yeni sahələrə genişləndirir

14:22
Səudiyyə Ərəbistanı və Almaniya strateji əməkdaşlığı genişləndirir
Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanı və Almaniya strateji əməkdaşlığı genişləndirir

09:21
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
Livan

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub

5 Sentyabr 22:32
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Texnologiya

Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb

5 Sentyabr 22:14

Son Xəbərlər

ABŞ İranın nüvə dosyesini BMT Təhlükəsizlik Şurasına daşımaq istəyir
ABŞ İranın nüvə dosyesini BMT Təhlükəsizlik Şurasına daşımaq istəyir
14:32
BƏƏ və Almaniya strateji tərəfdaşlığı yeni sahələrə genişləndirir
BƏƏ və Almaniya strateji tərəfdaşlığı yeni sahələrə genişləndirir
14:22
Suriya və Özbəkistan əlaqələri yeni mərhələyə keçir
Suriya və Özbəkistan əlaqələri yeni mərhələyə keçir
14:14
Qətər banklarının aktivləri 2,19 trilyon riyala çatdı
Qətər banklarının aktivləri 2,19 trilyon riyala çatdı
14:08
Ciddədə qadınlara qarşı zorakılıqla mübarizədə dini liderlərin rolu müzakirə olunub
Ciddədə qadınlara qarşı zorakılıqla mübarizədə dini liderlərin rolu müzakirə olunub
14:07
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.