8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

İsrailin İranın nüvə obyektlərinə hücumları sağlamlıq risklərini artırır

İsrailin İranın nüvə obyektlərinə endirdiyi hava zərbələri regionda nüvə çirklənməsi və sağlamlıq risklərinə dair narahatlıqları gücləndirib. İran və İsrail arasında gərginliyin artdığı bir vaxtda baş verən bu hücumların ciddi ekoloji və tibbi nəticələr doğura biləcəyi xəbərdarlığı edilir.

22 İyun 2025 19:25
İsrailin İranın nüvə obyektlərinə hücumları sağlamlıq risklərini artırır

BAKI, AzerVoice

İsrailin İranın nüvə obyektlərinə endirdiyi hava zərbələri regionda nüvə çirklənməsi və sağlamlıq risklərinə dair narahatlıqları gücləndirib. İran və İsrail arasında gərginliyin artdığı bir vaxtda baş verən bu hücumların ciddi ekoloji və tibbi nəticələr doğura biləcəyi xəbərdarlığı edilir.

AzerVoice xəbər verir ki, BMT-nin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi (MAQATE) hələlik radiasiya sızıntısına dair heç bir sübut qeydə almadığını bildirsə də, agentliyin rəhbəri Rafael Mariano Qrossi qeyd edib ki, İranın Natanz nüvə obyektində həm radioloji, həm də kimyəvi çirklənmə izləri müşahidə oluna bilər.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus da bu məsələ ilə bağlı narahatlığını ifadə edib.

"Nüvə obyektlərinin hədəfə alınması həm bölgənin ətraf mühitinə, həm də insanların sağlamlığına qısa və uzunmüddətli təsirlər göstərə bilər"- deyə o bildirib.

İsrailin hədəf aldığı əsas obyektlər – Natanz, İsfahan və Fordo – İranın nüvə proqramının əsas tərkib hissələri hesab olunur. Hücumlar nəticəsində Natanzdakı yerüstü obyektlərin tamamilə dağıdıldığı, yeraltı santrifüj qurğularının isə ciddi zərər gördüyü qeyd edilir. MAQATE bildirir ki, İsfahan obyektində də uran çevirmə qurğuları da daxil olmaqla dörd binaya ziyan dəyib, lakin radiasiya səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Fordo nüvə obyekt dağların dərinliyində yerləşməsi səbəbindən ətraf ərazilərə radiasiya yayılma riskinin aşağı olduğunu desələr də, yeraltı suların çirklənməsi təhlükəsini istisna etmirlər.

Ekspertlər İranın MAQATE ilə əməkdaşlıq etməsinin vacibliyini vurğulayırlar. Çernobılda olduğu kimi, radiasiyanın idarəsi üçün beynəlxalq dəstəyin kritik olduğu qeyd olunur.

Hazırda hücumların regionda və dünyada yaratdığı qeyri-müəyyənlik davam edir və sağlamlıqla bağlı fəsadların yaranmaması üçün vəziyyətin diqqətlə izlənildiyi bildirilir.

Məqalədə: #İsrail #İran #BMT #Tel-Əviv #Tehran #MAQATE #İsfahan #İran-İsrail gərginliyi #Nətənz nüvə obyekti #Fordo nüvə obyekti

Mövzu üzrə digər xəbərlər

Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
Suriya

Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT

7 Sentyabr 22:04
Küveyt və Pakistan XİN rəhbərləri Yaxın Şərqdə sülh səylərini müzakirə edib
Küveyt

Küveyt və Pakistan XİN rəhbərləri Yaxın Şərqdə sülh səylərini müzakirə edib

7 Sentyabr 21:38
Hörmüz boğazı tam açıqdır və ABŞ Hərbi Dəniz Qüvvələrinin nəzarətindədir - ABŞ
Digər Dövlətlər

Hörmüz boğazı tam açıqdır və ABŞ Hərbi Dəniz Qüvvələrinin nəzarətindədir - ABŞ

7 Sentyabr 21:32
Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib
Türkiyə

Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib

7 Sentyabr 21:27

Son Xəbərlər

Əbu-Dabi hotellərində yeni dövr - Avropa ənənələri yerinə, milli ənənələr 2027-ci ildən məcburi olur
Əbu-Dabi hotellərində yeni dövr - Avropa ənənələri yerinə, milli ənənələr 2027-ci ildən məcburi olur
07:47
Yəmən ordusu  husilərə qarşı yeni cəbhə açdı
Yəmən ordusu husilərə qarşı yeni cəbhə açdı
07:01
İsraildə seçkiqabağı gərginlik- Sabiq Baş Qərargah rəisi liderlik iddiasını irəli sürdü
İsraildə seçkiqabağı gərginlik- Sabiq Baş Qərargah rəisi liderlik iddiasını irəli sürdü
06:52
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
00:10
Tarixdə bu gün - 8 Sentyabr
Tarixdə bu gün - 8 Sentyabr
00:01
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.