8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

ABŞ-ın İranın nüvə obyektlərinə hücumu BMT-də müzakirə olunub

ABŞ ordusunun İranın nüvə obyektlərinə endirdiyi hava zərbələri beynəlxalq səviyyədə kəskin reaksiya doğurub.

23 İyun 2025 10:07
ABŞ-ın İranın nüvə obyektlərinə hücumu BMT-də müzakirə olunub

BAKI, AzerVoice

ABŞ ordusunun İranın nüvə obyektlərinə endirdiyi hava zərbələri beynəlxalq səviyyədə kəskin reaksiya doğurub.

AzerVoice xəbər verir ki, Vaşinqton və Təl-Əviv bu hücumları müdafiə etsə də, Rusiya, Çin və Pakistan kimi ölkələr onu qanunsuz və təhlükəli adlandıraraq BMT Təhlükəsizlik Şurasını fövqəladə iclasa çağırıblar.

BMT Təhlükəsizlik Şurasının bazar günü keçirilən fövqəladə iclasında çıxış edən ABŞ-ın nümayəndəsi Doroti Şea bəyan edib.

“ABŞ həm müttəfiqini, həm də öz vətəndaşlarını və maraqlarını qorumaq üçün qətiyyətli addım atdı. İran rejiminin nüvə silahına sahib olmasına icazə verilə bilməz”- deyə o bildirib.

İsrailin BMT-dəki nümayəndəsi Danni Danon da hücumları dəstəkləyərək bildirib ki, Fordo, Natanz və İsfahan nüvə obyektlərinə qarşı yönələn bu əməliyyatlar dünyanı daha böyük bir fəlakətdən xilas edib.

“Sakit dayanmaq ölüm hökmü olardı – təkcə bizim üçün yox, sizin üçün də” – deyə Danon xəbərdarlıq edib.

İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İravani ABŞ və İsraili diplomatik səyləri puça çıxarmaqda ittiham edib və bildirib ki, İranın cavabının vaxtı, miqyası və forması silahlı qüvvələr tərəfindən müəyyən ediləcək.

Rusiya, Çin və Pakistan ABŞ-ın hərbi əməliyyatlarını qətiyyətlə pisləyərək, Yaxın Şərqdə dərhal və qeyd-şərtsiz atəşkəs tələb edən qətnamənin qəbul olunması üçün Təhlükəsizlik Şurasına təklif irəli sürüblər.

Bu qətnamənin qəbul edilməsi üçün ən azı doqquz ölkənin lehinə səs verməsi və BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən – ABŞ, Fransa, Böyük Britaniya, Rusiya və Çin – heç birinin veto qoymaması tələb olunur.

BMT Baş katibi Antonio Quterreş sessiya zamanı münaqişəyə son qoymağa və nüvə proqramı ətrafında danışıqların bərpasına çağırıb.

“Sülh yolundan imtina edə bilmərik, etməməliyik” – deyən Quterreş, İranın nüvə proqramı ilə bağlı şəffaflıq və etimadın bərpasını təmin edən danışıqların başlanmasını zəruri sayıb.

Məqalədə: #İsrail #İran #BMT #ABŞ #Antonio Quterreş #Tel-Əviv #Tehran #Vaşinqton #İsrail və İran gərginliyi #İranın nüvə proqramı #İran-İsrail münaqişəsi #ABŞ-İran gərginliyi #ABŞ-İsrail-İran üçbucağı

Mövzu üzrə digər xəbərlər

Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
Suriya

Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT

7 Sentyabr 22:04
Tramp Nyu-Meksiko ştatının adının “Yeni Amerika” adlandırılmasını dəstəkləyib
Digər Dövlətlər

Tramp Nyu-Meksiko ştatının adının “Yeni Amerika” adlandırılmasını dəstəkləyib

7 Sentyabr 21:41
Küveyt və Pakistan XİN rəhbərləri Yaxın Şərqdə sülh səylərini müzakirə edib
Küveyt

Küveyt və Pakistan XİN rəhbərləri Yaxın Şərqdə sülh səylərini müzakirə edib

7 Sentyabr 21:38
Hörmüz boğazı tam açıqdır və ABŞ Hərbi Dəniz Qüvvələrinin nəzarətindədir - ABŞ
Digər Dövlətlər

Hörmüz boğazı tam açıqdır və ABŞ Hərbi Dəniz Qüvvələrinin nəzarətindədir - ABŞ

7 Sentyabr 21:32

Son Xəbərlər

İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
00:10
Tarixdə bu gün - 8 Sentyabr
Tarixdə bu gün - 8 Sentyabr
00:01
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
7 Sentyabr 22:28
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
7 Sentyabr 22:07
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
7 Sentyabr 22:04
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.