5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

İngiltərədə doğulan bütün körpələr DNT testindən keçəcək

İngiltərənin Milli Sağlamlıq Xidməti (NHS) ölkədə doğulan bütün körpələrin genetik xəritəsinin çıxarılacağı yeni proqram həyata keçirəcək.

29 İyun 2025 18:00
İngiltərədə doğulan bütün körpələr DNT testindən keçəcək

BAKI, AzerVoice

İngiltərədə doğulan bütün körpələr DNT testindən keçəcək.

AzerVoice xəbər verir ki, İngiltərənin Milli Sağlamlıq Xidməti (NHS) ölkədə doğulan bütün körpələrin genetik xəritəsinin çıxarılacağı yeni proqram həyata keçirəcək.

10 illik plana əsasən, körpələrin göbək bağından alınan qan nümunələri ilə onların DNT-si analiz olunacaq.

Bu üsulla 7000-dən çox genetik xəstəlikdən yüzlərlə üçün risk dəyərləndirməsi mümkün olacaq və erkən diaqnozla sağlamlıq sisteminə düşən yükün azaldılması nəzərdə tutulur.

İngiltərə hökuməti bu təşəbbüs üçün 650 milyon funt sterlinq (təxminən 34,6 milyard Türk lirəsi) həcmində sərmayə ayırıb. Səhiyyə naziri Wes Streeting bildirib ki, genetik texnologiyalardan istifadə etməklə məqsəd yalnız xəstəlikləri müalicə etmək deyil, onları başlamazdan əvvəl qarşısını almaqdır:

“Yeni texnologiya sayəsində xəstələrə fərdi tibbi yanaşmalar təklif ediləcək və biz xəstəliklərə cavab vermək əvəzinə, onların qarşısını alacağıq” -deyə o qeyd edib.

Layihə çərçivəsində Genomics England təşkilatı dünyanın ən böyük genetik məlumat bazalarından birini yaradacaq və süni intellekt vasitəsilə əldə olunan nəticələr profilaktik tibbdə inqilabi dəyişikliklərə yol açacaq.

Hazırda yalnız 9 genetik xəstəlik doğuşdan sonra daban qanı analizləri ilə müəyyən edilə bilir. Yeni proqram bu siyahını yüzlərlə xəstəliyə qədər genişləndirməyi və bu yolla milyonlarla insanın həyatını daha erkən mərhələdə xilas etməyi hədəfləyir.

Qeyd edək ki, planın bütün təfərrüatları yaxın həftələrdə ictimaiyyətə açıqlanacaq və pilot proqramlarla ilk tətbiqlər 2025-ci ildə başlayacaq.

Məqalədə: #İngiltərə #körpələrin inkişafı #DNT testi #körpələrin genetik xəritəsi #genetik xəstəliklər #səhiyyə texnologiyası #genetik diaqnostika

Mövzu üzrə digər xəbərlər

İngiltərə və Uelsdə məhkəmələrə “Meta” eynəkləri ilə giriş qadağan edildi
Texnologiya

İngiltərə və Uelsdə məhkəmələrə “Meta” eynəkləri ilə giriş qadağan edildi

12 Avqust 16:33
"Liverpul" Qakponu satmaq niyyətində deyil
ArabSport

"Liverpul" Qakponu satmaq niyyətində deyil

3 Avqust 16:03
ChatGPT psixoz riski yaradır - həkimlər nə deyir ?
Maraqlı faktlar

ChatGPT psixoz riski yaradır - həkimlər nə deyir ?

2 Avqust 03:00
Türk pilotlar Eurofighter təlimləri üçün avqustda Böyük Britaniyaya gedir
Türkiyə

Türk pilotlar Eurofighter təlimləri üçün avqustda Böyük Britaniyaya gedir

23 İyul 14:50

Son Xəbərlər

İranın Xark adası yaxınlığında partlayış səsləri eşidilib
İranın Xark adası yaxınlığında partlayış səsləri eşidilib
11:52
İsrailin Livana zərbələri nəticəsində 3 nəfər ölüb, 23 nəfər yaralanıb
İsrailin Livana zərbələri nəticəsində 3 nəfər ölüb, 23 nəfər yaralanıb
11:51
Səudiyyə Ərəbistanında 2030-cu ilədək 350 min hektar otlaq sahəsi bərpa ediləcək
Səudiyyə Ərəbistanında 2030-cu ilədək 350 min hektar otlaq sahəsi bərpa ediləcək
11:44
BMT xəritəni dəyişir Afrika daha böyük ABŞ və Avropa daha kiçik görünəcək
BMT xəritəni dəyişir Afrika daha böyük ABŞ və Avropa daha kiçik görünəcək
11:23
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.