6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Almaniya və İtaliya ABŞ-da saxlanılan qızıl ehtiyatlarının Avropaya qaytarılmasını istəyir

Almaniya və İtaliyanın siyasi xadimləri, ABŞ-da saxlanılan və ümumi bazar dəyəri 245 milyard dollardan artıq olan qızıl ehtiyatlarının bir hissəsinin Avropaya qaytarılması üçün öz hökumətlərinə tövsiyə veriblər.

23 İyun 2025 18:48
Almaniya və İtaliya ABŞ-da saxlanılan qızıl ehtiyatlarının Avropaya qaytarılmasını istəyir

BAKI, AzerVoice

Almaniya və İtaliyanın siyasi xadimləri, ABŞ-da saxlanılan və ümumi bazar dəyəri 245 milyard dollardan artıq olan qızıl ehtiyatlarının bir hissəsinin Avropaya qaytarılması üçün öz hökumətlərinə tövsiyə veriblər.

AzerVoice-un məlumatına görə, bu barədə “Financial Times” qəzeti məlumat yayıb.

Bu çağırışlar artan geosiyasi qeyri-sabitlik və ABŞ prezidenti Donald Trampın Federal Ehtiyat Sistemi (FES) ilə əsas faiz dərəcəsinin azaldılmasından imtina ilə bağlı münaqişəsi fonunda səsləndirilib. Avropa Parlamentinin keçmiş deputatı, Almaniyanın "Sara Vaqenknext İttifaqı – Ağıl və Ədalət Naminə" partiyasının üzvü Fabio De Masi bildirib ki, bu gərgin dövrdə qızıl ehtiyatlarının Avropaya qaytarılması üçün "əsaslı arqumentlər" mövcuddur.

Ümumdünya Qızıl Şurasının məlumatına görə, Almaniya və İtaliya ABŞ-dan sonra dünyada ən böyük qızıl ehtiyatlarına malik ölkələrdir (müvafiq olaraq 3,3 min ton və 2,4 min ton). Bu ehtiyatların əhəmiyyətli hissəsi – təxminən üçdə biri Nyu-Yorkdakı Federal Ehtiyat Bankında saxlanılır.

Almaniyanın mühafizəkar Xristian-Sosial İttifaqından olan sabiq Bundestaq deputatı Peter Qauvayler qəzetə verdiyi müsahibəsində bildirib ki, Almaniya Federal Bankı (Bundesbank) ölkənin qızıl ehtiyatlarının təhlükəsizliyindən güzəştə getməməlidir. Onun fikrincə, Almaniya hakimiyyəti son on ildə xaricdə qızıl saxlanmasının daha təhlükəsiz olub-olmadığı sualını yenidən gündəmə gətirməlidir. "Bu suala cavab isə aydındır" – deyə, siyasətçi vurğulayıb.

Avropa Vergiödəyiciləri Assosiasiyasının prezidenti Mixael Yeger isə qəzetə açıqlamasında bildirib: “Biz çox narahatıq ki, Tramp Federal Ehtiyat Sistemi müstəqilliyini sarsıdır.”

O, Almaniya və İtaliyanın qızıl ehtiyatlarının "vətənə qaytarılmasını" tövsiyə edib ki, Avropa ölkələrinin mərkəzi bankları bu aktivlər üzərində istənilən anda tam nəzarətə sahib ola bilsin. Yeger əlavə edib ki, assosiasiya artıq Almaniya və İtaliyanın maliyyə nazirliklərinə və mərkəzi banklarına ABŞ-ın Federal Ehtiyat Sistemindən asılılığın yenidən nəzərdən keçirilməsi ilə bağlı rəsmi müraciət göndərib.

Məqalədə: #Almaniya #ABŞ #İtaliya #qızıl #Federal Ehtiyat Sistemi (FED)

Mövzu üzrə digər xəbərlər

Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Texnologiya

Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb

5 Sentyabr 22:14
İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib

5 Sentyabr 22:09
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45
İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset
Digər Dövlətlər

İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset

5 Sentyabr 20:47

Son Xəbərlər

İslamofobiya nədir və nə üçün bu qədər yayğındır?
İslamofobiya nədir və nə üçün bu qədər yayğındır?
12:40
Niyə az qazananlar hazır yeməyə daha çox pul xərcləyir? – "BMJ"dən maraqlı hesabat
Niyə az qazananlar hazır yeməyə daha çox pul xərcləyir? – "BMJ"dən maraqlı hesabat
12:01
İslam alimlərinin riyaziyyat, astronomiya və coğrafiya sahəsində töhfələri
İslam alimlərinin riyaziyyat, astronomiya və coğrafiya sahəsində töhfələri
12:00
Hizbullah İranın tələbi ilə Əli ət-Tahir yüksəkliklərini ölkə ordusuna yox, İsrailə təhvil verib
Hizbullah İranın tələbi ilə Əli ət-Tahir yüksəkliklərini ölkə ordusuna yox, İsrailə təhvil verib
11:52
BƏƏ-nin axtarış-xilasetmə qrupu Nepalda fəaliyyətə başlayıb
BƏƏ-nin axtarış-xilasetmə qrupu Nepalda fəaliyyətə başlayıb
11:40
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.