5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

İsraildə Qəzza üçün atəşkəs çağırışı güclənir

Trampın elan etdiyi atəşkəsdən sonra İsrail daxilində “Qəzzanı da əhatə etməlidir” çağırışları səslənib.

24 İyun 2025 11:46
İsraildə Qəzza üçün atəşkəs çağırışı güclənir

BAKI, AzerVoice

Trampın elan etdiyi atəşkəsdən sonra İsrail daxilində “Qəzzanı da əhatə etməlidir” çağırışları səslənib.

AzerVoice xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə elan edilən və İsrailin də təsdiqlədiyi İsrail-İran atəşkəsindən sonra Qəzzada da hərbi əməliyyatların dayandırılması ilə bağlı ictimai təzyiqlər artmaqdadır.

İsrailin ana müxalifət partiyası “Gələcək Buradadır” (Yesh Atid) lideri Yair Lapid sosial media hesabında “İndi növbə Qəzzadadır. Burada işləri bitirmək, əsirləri geri gətirmək, müharibəni sona çatdırmaq vaxtıdır. İsrail yenidən qurulmalıdır” - deyə yazıb.

Qəzza zolağında saxlanılan israilli məhbusların ailələrinin bir araya gəldiyi platformada yayılan bəyanatda da Trampın İranla əldə edilən atəşkəs təşəbbüsünün Qəzzanı da əhatə etməli olduğu bildirilib. “İrana görə 12 gecə yuxusuz qalan İsrail xalqı, Qəzzada əsir olanlar üçün də eyni həssaslığı göstərməlidir” - deyə Açıqlamada qeyd olunub.

Qeyd olunur ki, hazırda Qəzzada təxminən 50 israilli məhbusun olduğu güman edilir, onlardan 20-nin öldüyü ehtimal olunur.

Digər tərəfdən, İsrailin İrana qarşı hücumlarını dayandırması fonunda Qəzza zolağında davam edən hərbi əməliyyatların artıq 627 gündür fasiləsiz şəkildə davam etdiyi vurğulanır. Beynəlxalq təşkilatlar bölgədəki intensiv bombardman, aclıq, məcburi köçkünlük və infrastrukturun dağılması səbəbilə ciddi humanitar fəlakət yaşandığını bildirir.

Qeyd edək ki, İsrailin Qəzzadakı hərbi əməliyyatlarına görə Beynəlxalq Ədalət Məhkəməsində “soyqırım” ittihamı ilə iş aparılır. Eyni zamanda, Beynəlxalq Cinayət Məhkəməsi İsrailin Baş naziri Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yaov Gallant barəsində “müharibə cinayətləri və insanlığa qarşı cinayətlər” ittihamları ilə həbs qərarı çıxarıb.

ABŞ Prezidenti Tramp isə səhər saatlarında sosial şəbəkədə paylaşdığı mesajında, “Atəşkəs qüvvəyə minib, xahiş edirəm onu pozmayın” deyə çağırış edib.

Məqalədə: #İsrail #Benyamin Netanyahu #Fələstin #Qəzza zolağı #ABŞ #Donald Tramp #Beynəlxalq Ədalət Məhkəməsi #atəşkəs razılaşması #İran-ABŞ münasibətləri #Atəşkəs çağırışı #İran İsrail münasibətləri #İsrail və Qəzza münaqişəsi #Qəzza atəşkəsi çağırışı

Mövzu üzrə digər xəbərlər

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib

4 Sentyabr 22:24
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
Texnologiya

ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır

4 Sentyabr 21:42
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
Livan

İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır

4 Sentyabr 21:32
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
Digər Dövlətlər

Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib

4 Sentyabr 21:23

Son Xəbərlər

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.