13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Trampdan Tehrana gizli mesaj - Nüvə enerjisinə 30 milyard dollarlıq təklif

ABŞ Prezidenti Donald Tramp administrasiyası İranın mülki nüvə proqramına dəstək məqsədilə 30 milyard dollarlıq paket üzərində işləyir.

27 İyun 2025 10:53
Trampdan Tehrana gizli mesaj - Nüvə enerjisinə 30 milyard dollarlıq təklif

BAKI, AzerVoice

Tramp administrasiyası 30 milyard dollarlıq nüvə razılaşmasına çalışır.

AzerVoice xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp administrasiyası İranın mülki nüvə proqramına dəstək məqsədilə 30 milyard dollarlıq paket üzərində işləyir.

CNN International-ın dörd mənbəyə istinadən yaydığı məlumata görə, bu təşəbbüs Vaşinqtonun İrana uranın zənginləşdirilməsini dayandırmaq şərtilə yeni nüvə sazişi təklif etməsinə yönəlib.

Plan çərçivəsində ABŞ-ın Körfəz müttəfiqlərinin maliyyələşdirəcəyi proqram yalnız mülki nüvə enerjisi sahəsini əhatə edəcək. İddialara görə, Fordo nüvə obyektində zənginləşdirməni əhatə etməyən yeni reaktorun qurulması təklif edilir və bu, Birləşmiş Ərəb Əmirliklərinin nüvə modelinə bənzəyəcək.

Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff ötən həftə Ağ Evdə Körfəz ölkələrinin diplomatları ilə bu məsələni müzakirə edib. Təklifin Tehranın qəbul edib-etməyəcəyi hələlik bəlli olmasa da, ABŞ tərəfi danışıqlarda hələ də ümidli olduğunu bildirir.

Qeyd edək ki, İran tərəfi əvvəllər uranın zənginləşdirilməsindən imtina etməyəcəyini bəyan edib. Hətta bu həftənin əvvəlində İran parlamenti BMT-nin nüvə müfəttişləri ilə əməkdaşlığa son qoyan qanunu qəbul edib.

Tramp NATO Sammitində çıxışında “nüvə silahı istəmirik” mesajı versə də, danışıqlarda ehtiyatlı mövqe sərgiləyib. Onun sözlərinə görə, “yalnız nüvə silahından imtinanı təsdiqləyən bir bəyanatla kifayətlənmək də mümkün ola bilər.”

Milli Təhlükəsizlik Müşaviri Marko Rubio isə daha sərt mövqe nümayiş etdirərək ABŞ-ın birbaşa danışıqlar tərəfdarı olduğunu bildirib.

Məqalədə: #İran #ABŞ #Donald Tramp #Ağ Ev #NATO sammiti #İran-ABŞ münasibətləri #İranın nüvə proqramı #ABŞ-İran münasibətləri #Körfəz ölkələrinin hərbi inkişafı #İran ABŞ danışıqları

Mövzu üzrə digər xəbərlər

İraq PUA hücumundan sonra İranla sərhəd keçidlərini yenidən açır
İraq

İraq PUA hücumundan sonra İranla sərhəd keçidlərini yenidən açır

13:16
İran nüvə proqramı ilə bağlı ABŞ-yə ittiham irəli sürüb
İran

İran nüvə proqramı ilə bağlı ABŞ-yə ittiham irəli sürüb

12 Sentyabr 21:03
İran və Oman Hörmüz məsləhətləşmələrinin nəticələrini Körfəz ölkələrinə təqdim edəcək
İran

İran və Oman Hörmüz məsləhətləşmələrinin nəticələrini Körfəz ölkələrinə təqdim edəcək

12 Sentyabr 21:00
ABŞ-nin hərbi təcavüzü davam edir - İsmayıl Bəqai
İran

ABŞ-nin hərbi təcavüzü davam edir - İsmayıl Bəqai

12 Sentyabr 20:52

Son Xəbərlər

Hakan Fidan Suriyaya səfərə gedib
Hakan Fidan Suriyaya səfərə gedib
14:59
Konstantinadan Dohaya- Vahibə Buhaleys kimdir?
Konstantinadan Dohaya- Vahibə Buhaleys kimdir?
14:57
Əbu-Dabi “Bayer”lə səhra kənd təsərrüfatında yeni sınaqlara hazırlaşır
Əbu-Dabi “Bayer”lə səhra kənd təsərrüfatında yeni sınaqlara hazırlaşır
14:40
İraq PUA hücumundan sonra İranla sərhəd keçidlərini yenidən açır
İraq PUA hücumundan sonra İranla sərhəd keçidlərini yenidən açır
13:16
İordaniya sərhədində narkotik daşıyan şarlar ələ keçirilib
İordaniya sərhədində narkotik daşıyan şarlar ələ keçirilib
13:02
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.