12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Tramp, ticarət danışıqlarında irəliləyiş olmasa, aprel ayında elan etdiyi rüsumları bərpa edəcək

ABŞ Prezidenti Donald Tramp, əgər ticarət danışıqlarında nəzərəçarpacaq irəliləyiş əldə olunmasa, avqustun 1-dən etibarən 2 aprel tarixində elan edilmiş gömrük rüsumlarını bərpa edəcək.

6 İyul 2025 18:40
Tramp, ticarət danışıqlarında irəliləyiş olmasa, aprel ayında elan etdiyi rüsumları bərpa edəcək

BAKI, AzerVoice

ABŞ Prezidenti Donald Tramp, əgər ticarət danışıqlarında nəzərəçarpacaq irəliləyiş əldə olunmasa, avqustun 1-dən etibarən 2 aprel tarixində elan edilmiş gömrük rüsumlarını bərpa edəcək.

AzerVoice xəbər verir ki, bu barədə ABŞ maliyyə naziri Skott Bessent CNN kanalına müsahibəsində bildirib.

“Prezident Tramp bəzi ticarət tərəfdaşlarımıza məktub göndərmək niyyətindədir. Bu məktublarda deyiləcək ki, əgər bu məsələni irəlilətməsəniz, avqustun 1-dən etibarən 2 aprel tarixində elan edilmiş rüsumlar qüvvəyə minəcək” - deyə, o qeyd edib.

Bessent əlavə edib ki, bu cür məktublar təxminən 100 ölkənin rəhbərliyinə göndəriləcək. Bu ölkələrlə ABŞ-ın genişmiqyaslı ticarət əlaqələri yoxdur.

Nazir həmçinin bildirib ki, yaxın günlərdə ABŞ ilə ticarət sazişlərinin bağlanmasına dair “bir neçə böyük elan” da verilə bilər.

Xatırladaq ki, 2 aprel tarixində Tramp 185 ölkə və əraziyə aid məhsullara gömrük rüsumları tətbiq edəcəyini açıqlamışdı. Ümumi tariflər 10 faiz səviyyəsində təyin olunaraq aprelin 5-də, fərdi tariflər isə aprelin 9-da qüvvəyə minib. Elə həmin gün Tramp bəyan etmişdi ki, bəzi cavab rüsumlarının tətbiqi 90 gün müddətinə dayandırılır. Ağ Ev bu qərarın ticarət danışıqları aparıldığı üçün verildiyini izah etmişdi.

Bu müddət ərzində vahid tarif olaraq 10 faizlik rüsum tətbiq olunur. 27 iyun tarixində Tramp qeyd etmişdi ki, ABŞ təxminən 1,5 həftə ərzində bir sıra ölkələri ayrı-ayrı sazişlər imzalanmayacağı təqdirdə iki tərəfli ticarətə dair yeni şərtlərlə, o cümlədən ABŞ bazarına gətirilən məhsullara tətbiq ediləcək tariflərlə bağlı məlumatlandıracaq.

Məqalədə: #ABŞ #Donald Tramp #ticarət #rüsumlar #Gömrük rüsumları

Mövzu üzrə digər xəbərlər

ABŞ-nin hərbi təcavüzü davam edir - İsmayıl Bəqai
İran

ABŞ-nin hərbi təcavüzü davam edir - İsmayıl Bəqai

20:52
İran limanlarına gedən 100 gəminin istiqaməti dəyişdirilib - CENTCOM
İran

İran limanlarına gedən 100 gəminin istiqaməti dəyişdirilib - CENTCOM

20:43
BRICS liderləri münaqişələrin diplomatiya yolu ilə həllinə çağırıblar
Digər Dövlətlər

BRICS liderləri münaqişələrin diplomatiya yolu ilə həllinə çağırıblar

20:40
İrlandiya Prezidenti Trampa müharibə ilə bağlı çağırış edib
Digər Dövlətlər

İrlandiya Prezidenti Trampa müharibə ilə bağlı çağırış edib

20:16

Son Xəbərlər

ABŞ-nin hərbi təcavüzü davam edir - İsmayıl Bəqai
ABŞ-nin hərbi təcavüzü davam edir - İsmayıl Bəqai
20:52
Böyük Britaniya Səudiyyənin özünü müdafiə hüququnu dəstəkləyib
Böyük Britaniya Səudiyyənin özünü müdafiə hüququnu dəstəkləyib
20:47
İran limanlarına gedən 100 gəminin istiqaməti dəyişdirilib - CENTCOM
İran limanlarına gedən 100 gəminin istiqaməti dəyişdirilib - CENTCOM
20:43
BRICS liderləri münaqişələrin diplomatiya yolu ilə həllinə çağırıblar
BRICS liderləri münaqişələrin diplomatiya yolu ilə həllinə çağırıblar
20:40
Qətərdə müəllim və tələbələr üçün yeni tədqiqat imkanları yaradılıb
Qətərdə müəllim və tələbələr üçün yeni tədqiqat imkanları yaradılıb
20:37
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.