7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Səudiyyə 2026-cı ildən əcnəbilərə əmlak almağa imkan verəcək

Səudiyyə Ərəbistanı Nazirlər Şurası, vəliəhd şahzadə Məhəmməd bin Salmanın sədrliyi ilə Ciddə şəhərində keçirilən iclasında, qeyri-səudiyyəlilərin daşınmaz əmlak əldə etməsinə dair yenilənmiş qanunu təsdiqləyib.

9 İyul 2025 09:35
Səudiyyə 2026-cı ildən əcnəbilərə əmlak almağa imkan verəcək

BAKI,AzerVoice

Səudiyyə Ərəbistanı Nazirlər Şurası, vəliəhd şahzadə Məhəmməd bin Salmanın sədrliyi ilə Ciddə şəhərində keçirilən iclasında, qeyri-səudiyyəlilərin daşınmaz əmlak əldə etməsinə dair yenilənmiş qanunu təsdiqləyib. Yeni sistem 2026-cı ilin yanvarından qüvvəyə minəcək.

AzerVoice xəbər verir ki, bunu ölkənin bələdiyyə və mənzil naziri Macid əl-Huqayl açıqlayıb. Onun sözlərinə görə, bu qərar daşınmaz əmlak sektorunu inkişaf etdirməyə və birbaşa xarici investisiyaları təşviq etməyə yönəlib. Yeni qanun, eyni zamanda, investorları və daşınmaz əmlak inkişafı ilə məşğul olan şirkətləri Səudiyyə bazarına cəlb etməklə əmlak təklifini artırmağı hədəfləyir.

Nazir əlavə edib ki, sistem səudiyyəlilərin maraqlarını qorumağa yönəlmiş mexanizmlərlə təmin olunub və bazarın tarazlığını saxlamaq məqsədilə xüsusi prosedurlar müəyyən edilib. Yeni qanun iqtisadi və investisiya aspektlərini də nəzərə alır.
Əcnəbilərə mülkiyyət hüququ yalnız müəyyən coğrafi bölgələrdə, xüsusilə Ər-Riyad və Ciddə şəhərlərində veriləcək. Məkkə və Mədinə üçün isə ayrıca şərtlər tətbiq olunacaq.

Yenilənmiş sistemə əsasən, Əmlak üzrə Baş İdarə qeyri-səudiyyəlilərin daşınmaz əmlak əldə edə biləcəyi bölgələrin təyin olunması üçün məsul qurum olacaq. Qurum 180 gün ərzində icra mexanizmlərini və tətbiq qaydalarını əks etdirən icra mexanizmini “İstişarə” platformasında dərc edəcək.

Yeni sistem “Xüsusi İqamə” (Yaşama izni) qanunu, Körfəz Əməkdaşlıq Şurası vətəndaşlarının daşınmaz əmlak sahibi olmasına dair qaydalar və digər müvafiq qanunvericiliklə uzlaşır. Bu çərçivədə əcnəbilərə mülkiyyət və digər əmlak hüquqları əldə etməyə imkan verən hüquqi mexanizmlər təqdim olunacaq.

Məqalədə: #Səudiyyə Ərəbistanı #Məhəmməd bin Salman #Məkkə #Ər-Riyad #Məkkə və Mədinə #Ciddə

Mövzu üzrə digər xəbərlər

Səudiyyə Ərəbistanı Əl-Xəfci şəhərində yeni sahil layihəsi həyata keçirəcək
Ərəb turizmi

Səudiyyə Ərəbistanı Əl-Xəfci şəhərində yeni sahil layihəsi həyata keçirəcək

15:34
Səudiyyə Ərəbistanı Keniyada din xadimləri üçün təlim kursu keçirib
Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanı Keniyada din xadimləri üçün təlim kursu keçirib

15:27
Ciddədə qadınlara qarşı zorakılıqla mübarizədə dini liderlərin rolu müzakirə olunub
Səudiyyə Ərəbistanı

Ciddədə qadınlara qarşı zorakılıqla mübarizədə dini liderlərin rolu müzakirə olunub

14:07
Ər-Riyadda Səudiyyə Ərəbistanının 300 illik təhlükəsizlik tarixi müzakirə olunur
Səudiyyə Ərəbistanı

Ər-Riyadda Səudiyyə Ərəbistanının 300 illik təhlükəsizlik tarixi müzakirə olunur

14:00

Son Xəbərlər

Səudiyyə Ərəbistanı Əl-Xəfci şəhərində yeni sahil layihəsi həyata keçirəcək
Səudiyyə Ərəbistanı Əl-Xəfci şəhərində yeni sahil layihəsi həyata keçirəcək
15:34
Səudiyyə Ərəbistanı Keniyada din xadimləri üçün təlim kursu keçirib
Səudiyyə Ərəbistanı Keniyada din xadimləri üçün təlim kursu keçirib
15:27
Məhəmməd Əl-Murr Əbu-Dabi Kitab Sərgisinin ilk fəxri qonağı seçilib
Məhəmməd Əl-Murr Əbu-Dabi Kitab Sərgisinin ilk fəxri qonağı seçilib
15:05
Misir liderindən təcili çağırış - Silahlar sussun, danışıqlar masasına qayıdın
Misir liderindən təcili çağırış - Silahlar sussun, danışıqlar masasına qayıdın
14:52
Əbu-Dabidə peşə bacarıqlarını blokçeynlə təsdiqləyən ilk rəqəmsal kart təqdim edilib
Əbu-Dabidə peşə bacarıqlarını blokçeynlə təsdiqləyən ilk rəqəmsal kart təqdim edilib
14:46
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.