13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

HƏMAS israilli məhbusların azad edilməsi şərtlərini açıqlayıb

HƏMAS israilli məhbusların yalnız müqavimətin irəli sürdüyü şərtlərlə azad ediləcəyini bəyan edib.

9 İyul 2025 10:40
HƏMAS israilli məhbusların azad edilməsi şərtlərini açıqlayıb

BAKI, AzerVoice

İsrailli məhbuslar yalnız müqavimətin şərtləri ilə azad olunacaq.

AzerVoice xəbər verir ki, HƏMAS israilli məhbusların yalnız müqavimətin irəli sürdüyü şərtlərlə azad ediləcəyini bəyan edib.

HƏMAS Siyasi Bürosunun üzvü İzzət ər-Rişk Telegram hesabında paylaşdığı açıqlamada bildirib ki, "Netanyahunun əsirlərin geri qaytarılması və HƏMAS-ın təslim olması çağırışları reallıqdan uzaqdır və İsrailin psixoloji məğlubiyyətini ört-basdır etmək məqsədi daşıyır".

Rişk qeyd edib ki, İsrail rəsmiləri hərbi vasitələrlə məhbusları azad edə bilmədiklərini qəbul etdikdən sonra onların yalnız ciddi bir razılaşma qarşılığında azad edilə biləcəyi aydın olub. "Qəzza təslim olmayacaq. Şərtləri müqavimət müəyyən edəcək" -deyə o bildirib.

İsrailin baş naziri Benyamin Netanyahu X platformasında verdiyi açıqlamada Qəzzadakı hərbi kampaniyanın əsas məqsədlərinin HƏMAS-ın hərbi və inzibati imkanlarını tamamilə məhv etmək, israilli məhbusları azad etdirmək və Qəzzanı İsrail üçün təhlükə mənbəyindən çıxarmaq olduğunu bildirib. O qeyd edib ki, “HƏMAS artıq mövcud olmamalıdır”.

Digər tərəfdən, Fələstin Səhiyyə Nazirliyindən verilən məlumata görə, İordan çayının qərb sahilində yerləşən Nablus şəhərindəki Əskər əl-Cədid Qaçqınlar Düşərgəsində İsrail əsgərlərinin atəşi nəticəsində 12 yaşlı fələstinli uşaq – İyad Abdulmuti Şelahti həyatını itirib.

Qeyd olunur ki, İsrailin 2023-cü il oktyabrın 7-dən etibarən Qəzzaya başladığı hücumlar fonunda İordan çayının qərb sahili və Şərqi Qüdsdə də reydlər, həbslər və zorakılıq hallarında ciddi artım müşahidə olunur. Həlak olan fələstinlilərin ümumi sayı 993 nəfərə çatıb.

Məqalədə: #İsrail #Qəzza zolağı #HƏMAS #Yaxın Şərq münaqişəsi #Məhbus mübadiləsi #İsrail və HƏMAS müharibəsi #İsrail-HƏMAS atəşkəsi #İsrail Fələstin münaqişəsi #HƏMAS və İsrail müharibəsi

Mövzu üzrə digər xəbərlər

Ombudsman Aparatının nümayəndələri Lahor şəhərində təcrübə mübadiləsi proqramında iştirak ediblər
Pakistan

Ombudsman Aparatının nümayəndələri Lahor şəhərində təcrübə mübadiləsi proqramında iştirak ediblər

15:22
İraq PUA hücumundan sonra İranla sərhəd keçidlərini yenidən açır
İraq

İraq PUA hücumundan sonra İranla sərhəd keçidlərini yenidən açır

13:16
İran nüvə proqramı ilə bağlı ABŞ-yə ittiham irəli sürüb
İran

İran nüvə proqramı ilə bağlı ABŞ-yə ittiham irəli sürüb

12 Sentyabr 21:03
İran və Oman Hörmüz məsləhətləşmələrinin nəticələrini Körfəz ölkələrinə təqdim edəcək
İran

İran və Oman Hörmüz məsləhətləşmələrinin nəticələrini Körfəz ölkələrinə təqdim edəcək

12 Sentyabr 21:00

Son Xəbərlər

Piri Rəis kimdir?
Piri Rəis kimdir?
16:23
Dubayda “Məhəmməd bin Raşid Liderlik Medalı”nın ilk qalibi müəyyənləşib
Dubayda “Məhəmməd bin Raşid Liderlik Medalı”nın ilk qalibi müəyyənləşib
15:55
Ombudsman Aparatının nümayəndələri Lahor şəhərində təcrübə mübadiləsi proqramında iştirak ediblər
Ombudsman Aparatının nümayəndələri Lahor şəhərində təcrübə mübadiləsi proqramında iştirak ediblər
15:22
Hakan Fidan Suriyaya səfərə gedib
Hakan Fidan Suriyaya səfərə gedib
14:59
Konstantinadan Dohaya- Vahibə Buhaleys kimdir?
Konstantinadan Dohaya- Vahibə Buhaleys kimdir?
14:57
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.