7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Husilər Qırmızı dənizdə yük gəmisini batırıb

Yəməndəki husilər İsraillə əlaqəsi olduğunu iddia etdikləri "Magic Seas" yük gəmisini Qırmızı dənizdə hədəfə alaraq batırıblar.

9 İyul 2025 11:50
Husilər Qırmızı dənizdə yük gəmisini batırıb

BAKI, AzerVoice
Husilər Qırmızı dənizdə "Magic Seas" gəmisini batırıb– 3 pilotsuz təyyarə və 5 ballistik raketlə hücum edilib.

AzerVoice xəbər verir ki, Yəməndəki husilər İsraillə əlaqəsi olduğunu iddia etdikləri "Magic Seas" yük gəmisini Qırmızı dənizdə hədəfə alaraq batırıblar.

Hücumun 3 pilotsuz təyyarə və 5 ballistik raketlə həyata keçirildiyi bildirilib.

Husilərin hərbi sözçüsü Yəhya Seri hücumla bağlı verdiyi açıqlamada, gəminin Hudeyda sahillərində çoxsaylı xəbərdarlığa baxmayaraq dayanmadığını və buna görə hədəf alındığını bildirib. X sosial media platformasında yayımlanan videoda gəminin əvvəlcə dronlarla, daha sonra isə silahlı hücumla vurulduğu və sonda Qırmızı dənizdə tamamilə batdığı əks olunub.

Seri gəminin İsrail limanlarına getdiyi üçün hədəf alındığını deyib. O, ekipajın əvvəlcədən xəbərdarlıq edilərək gəmini tərk etməsinə şərait yaradıldığını da qeyd edib.

Qeyd edək ki, Birləşmiş Ərəb Əmirlikləri hücumdan sonra gəmi heyətinin xilas edildiyini açıqlayıb. Digər tərəfdən, ABŞ Dövlət Departamenti Magic Seas və digər yük gəmilərinə qarşı hücumları qətiyyətlə pisləyib. ABŞ bəyan edib ki, hücumlar dənizdə naviqasiya azadlığına və regional sabitliyə ciddi təhdiddir.

2023-cü ilin oktyabrından bəri husilər İsrailin Qəzzaya hücumlarına cavab olaraq, Yəmən sahillərində İsraillə əlaqəli gəmiçiliyi hədəfə alır. ABŞ isə regionda dəniz təhlükəsizliyini təmin etmək üçün tədbirlər görməyə davam edəcəyini bildirib.

Məqalədə: #ABŞ #Qırmızı dəniz #Husilər #gəmi qəzası #Husilərin ideologiyası #Husilər və ABŞ münasibətləri #Husilərin Qırmızı dənizdə fəaliyyəti #Husilərin hücum cəhdi

Mövzu üzrə digər xəbərlər

Yəməndə toqquşmalar nəticəsində ölənlərin sayı 300-ü ötüb
Yəmən

Yəməndə toqquşmalar nəticəsində ölənlərin sayı 300-ü ötüb

09:30
İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib

5 Sentyabr 22:09
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45
İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset
Digər Dövlətlər

İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset

5 Sentyabr 20:47

Son Xəbərlər

Səudiyyə Ərəbistanında daşınmaz əmlak bazarında yeni investisiya imkanları yaranır
Səudiyyə Ərəbistanında daşınmaz əmlak bazarında yeni investisiya imkanları yaranır
16:38
BƏƏ komandası İtaliyada ilk beynəlxalq avtonom avtomobil yarışını qazanıb
BƏƏ komandası İtaliyada ilk beynəlxalq avtonom avtomobil yarışını qazanıb
16:09
Ford İraqda yeni rəsmi distribyutor təyin edib
Ford İraqda yeni rəsmi distribyutor təyin edib
16:04
İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək
İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək
15:58
Səudiyyə Ərəbistanı Yəməndə 863 mina və partlayıcı qurğunu zərərsizləşdirib
Səudiyyə Ərəbistanı Yəməndə 863 mina və partlayıcı qurğunu zərərsizləşdirib
15:55
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.