9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Yaponiya və Çin hərbi təyyarələri arasında təhlükəli yaxınlaşma

Şərqi Çin dənizində təhlükəli gərginlik yaşanıb- Çin və Yaponiya qırıcıları arasında toqquşma riski yaranıb.

11 İyul 2025 12:56
Yaponiya və Çin hərbi təyyarələri arasında təhlükəli yaxınlaşma

BAKI, AzerVoice

Şərqi Çin dənizində təhlükəli gərginlik yaşanıb- Çin və Yaponiya qırıcıları arasında toqquşma riski yaranıb.

AzerVoice xəbər verir ki, bu barədə Yaponiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Çin qırıcılarının Şərqi Çin dənizində beynəlxalq sular üzərində fəaliyyət göstərən Yapon hərbi təyyarəsinə 30 metr məsafədə iki dəfə yaxınlaşaraq toqquşma riski yaradıb.

Yaponiya Müdafiə Nazirliyindən verilən açıqlamaya görə, çərşənbə günü ilk manevr zamanı Çinin JH-7 qırıcı-bombardmançı təyyarəsi Yaponiya Özünümüdafiə Qüvvələrinə (SDF) aid YS-11EB elektron kəşfiyyat təyyarəsinin 30 metrinə yaxınlaşıb.

Cümə axşamı səhər isə JH-7 eyni təyyarəyə bu dəfə şaquli trayektoriya ilə eyni məsafədən yaxınlaşıb.

Açıqlamada, bu manevrlərin qəza riski yaratdığı vurğulanıb. "Çin hərbi təyyarələrinin bu cür qeyri-adi yanaşmaları potensial toqquşma riski yaradır və ciddi narahatlıqlar yaradır. Bu cür hadisələrin bir daha təkrarlanmamasına çağırırıq."- deyə qeyd olunub.

Qeyd edək ki, daha öncə də İyunun 7 və 8-də Çinin Şandunq təyyarədaşıyan gəmisindən havaya qalxan J-15 qırıcıları Sakit Okean üzərində seyr edən SDF P-3C patrul təyyarəsinin 45 metrinə yaxınlaşaraq təhlükəli manevrlər həyata keçirib. Təhlükəsizliklə bağlı narahatlıqları artıran hadisələrin ardınca Tokio Pekini oxşar hadisələrin təkrarlanmaması üçün çağırıb.

Məqalədə: #Çin #Yaponiya #təyyarə qəzası #TOkio #təyyarə #Sakit okean #Pekin

Mövzu üzrə digər xəbərlər

BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
İran

BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi

22:13
BAEA İdarə Heyəti İranın nüvə məsələsinin BMT TŞ-yə çıxarılmasına dair qətnaməni təsdiqləyib
Digər Xəbərlər

BAEA İdarə Heyəti İranın nüvə məsələsinin BMT TŞ-yə çıxarılmasına dair qətnaməni təsdiqləyib

21:24
İran ABŞ-ın dəniz blokadasına qarşı hərbi reaksiyanı genişləndirir
İran

İran ABŞ-ın dəniz blokadasına qarşı hərbi reaksiyanı genişləndirir

21:09
Avropada qazın qiyməti 2023-cü ildən bəri ən yüksək səviyyəyə yüksəlib
Digər Xəbərlər

Avropada qazın qiyməti 2023-cü ildən bəri ən yüksək səviyyəyə yüksəlib

20:51

Son Xəbərlər

İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
23:03
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
22:13
İsrailin Livanın cənubuna yeni hava zərbələri endirdiyi bildirilib
İsrailin Livanın cənubuna yeni hava zərbələri endirdiyi bildirilib
21:44
BAEA İdarə Heyəti İranın nüvə məsələsinin BMT TŞ-yə çıxarılmasına dair qətnaməni təsdiqləyib
BAEA İdarə Heyəti İranın nüvə məsələsinin BMT TŞ-yə çıxarılmasına dair qətnaməni təsdiqləyib
21:24
OpenAI agentləri 10-dan çox saytdan icazəsiz istifadə edib
OpenAI agentləri 10-dan çox saytdan icazəsiz istifadə edib
21:19
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.