13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Macarıstan Aİ-nin İsrailə qarşı sanksiya tətbiq etməsi təşəbbüsünü dəstəkləməyəcək - Nazir

Macarıstan, Aİ-nin Qəzza zolağındakı hərbi əməliyyatlara görə İsrailə qarşı sanksiyalar tətbiq etməsi təşəbbüsünü dəstəkləməyəcək.

13 İyul 2025 00:38
Macarıstan Aİ-nin İsrailə qarşı sanksiya tətbiq etməsi təşəbbüsünü dəstəkləməyəcək - Nazir

BAKI, AzerVoice

Macarıstan, Aİ-nin Qəzza zolağındakı hərbi əməliyyatlara görə İsrailə qarşı sanksiyalar tətbiq etməsi təşəbbüsünü dəstəkləməyəcək.

AzerVoice xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto israilli həmkarı Gideon Saar ilə telefon danışığından sonra bəyanat verib.

Siyarto bildirib ki, Macarıstan İsraillə HƏMAS arasında atəşkəs və girovların - o cümlədən bir macar vətəndaşının azad olunması barədə razılığa ümid edir. Onun fikrincə, mövcud vəziyyətdə dialoqa ehtiyac daha da artıb.

Nazir qeyd edib ki, iyulun 15-də Brüsseldə keçiriləcək Aİ ölkələrinin xarici işlər nazirlərinin görüşündə Aİ–İsrail Assosiasiya Şurasının fəaliyyətinin aktivləşdirilməsinə çağırış edəcək. “Bu baxımdan Macarıstan hələ də Avropa İttifaqının israilli vətəndaşları sanksiya siyahısına salmasına qarşıdır” – deyə, Siyarto "Facebook" sosial şəbəkəsində yazıb.

Qeyd edək ki, daha əvvəl "Euractiv" portalı, diplomatik mənbələrə istinadən, Avropa diplomatiyasının rəhbəri Kaya Kallasın 15 iyul tarixli toplantıda İsrailə qarşı məhdudlaşdırıcı tədbirlərin variantlarını təqdim edəcəyini bildirmişdi. Brüsseldə müzakirə olunan ssenarilər arasında Aİ–İsrail Assosiasiya Sazişinin tam və ya qismən dayandırılması, israilli məmurlara, hərbçilərə və köçkünlərə qarşı sanksiyalar, ticarət məhdudiyyətləri, İsrailə silah embarqosu və elmi-texniki əməkdaşlığın dayandırılması da var.

Assosiasiya Sazişinin dayandırılması yalnız Aİ ölkələrinin yekdil qərarı ilə mümkündür. Mənbələrin fikrincə, ən real ssenari İsrailə qarşı fərdi şəxslərə yönəlik sanksiyalar olacaq – bu yolu daha əvvəl Avstraliya, Böyük Britaniya, Kanada, Yeni Zelandiya və Norveç seçmişdi.

Məqalədə: #İsrail #Qəzza zolağı #Avropa İttifaqı (Aİ) #Macarıstan #HƏMAS #Brüssel #sanksiya #Peter Siyarto #Telefon danışığı #Kaya Kallas #Gideon Saar

Mövzu üzrə digər xəbərlər

İran nüvə proqramı ilə bağlı ABŞ-yə ittiham irəli sürüb
İran

İran nüvə proqramı ilə bağlı ABŞ-yə ittiham irəli sürüb

12 Sentyabr 21:03
İran və Oman Hörmüz məsləhətləşmələrinin nəticələrini Körfəz ölkələrinə təqdim edəcək
İran

İran və Oman Hörmüz məsləhətləşmələrinin nəticələrini Körfəz ölkələrinə təqdim edəcək

12 Sentyabr 21:00
ABŞ-nin hərbi təcavüzü davam edir - İsmayıl Bəqai
İran

ABŞ-nin hərbi təcavüzü davam edir - İsmayıl Bəqai

12 Sentyabr 20:52
İran limanlarına gedən 100 gəminin istiqaməti dəyişdirilib - CENTCOM
İran

İran limanlarına gedən 100 gəminin istiqaməti dəyişdirilib - CENTCOM

12 Sentyabr 20:43

Son Xəbərlər

Bu gün İtaliya Misirə hücum etdi - Mussolininin "Roma imperiyası" xülyası və səhrada başlayan fəlakət
Bu gün İtaliya Misirə hücum etdi - Mussolininin "Roma imperiyası" xülyası və səhrada başlayan fəlakət
03:00
Tarixdə bu gün – 13 sentyabr
Tarixdə bu gün – 13 sentyabr
00:01
Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu
Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu
12 Sentyabr 22:47
Səudiyyə Ərəbistanında fövqəladə təhlükə xəbərdarlığı elan edilib
Səudiyyə Ərəbistanında fövqəladə təhlükə xəbərdarlığı elan edilib
12 Sentyabr 22:31
Əbu-Dabi vəliəhdi Pezeşkianla regional gərginliyin azaldılmasını müzakirə edib
Əbu-Dabi vəliəhdi Pezeşkianla regional gərginliyin azaldılmasını müzakirə edib
12 Sentyabr 22:27
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.