9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Mask Trampı Epşteyn işi ilə bağlı sənədləri dərc etməyə çağırıb

İlon Mask ABŞ prezidenti Donald Trampı maliyyəçi Ceffri Epşteyn işi ilə bağlı sənədləri dərc etməyə çağırıb.

13 İyul 2025 15:01
Mask Trampı Epşteyn işi ilə bağlı sənədləri dərc etməyə çağırıb

BAKI, AzerVoice

İlon Mask ABŞ prezidenti Donald Trampı maliyyəçi Ceffri Epşteyn işi ilə bağlı sənədləri dərc etməyə çağırıb.

AzerVoice xəbər verir ki, bu barədə Mask "X" sosial şəbəkəsində yazıb.

“O (Tramp – red.) Epşteynin adını bir neçə dəfə çəkdi, halbuki əvvəllər çağırış etmişdi ki, artıq bu mövzuda danışılmasın. Sadəcə sənədləri paylaşın – necə ki, söz vermişdiniz” - deyə, Mask bildirib.

Bu, Maskın Epşteyn işi ilə bağlı məlumatların açıqlanmasını tələb etməsi ilə bağlı ilk çağırışı deyil. O, bildirib ki, əgər Ağ Ev bu sənədləri dərc etməsə, ABŞ prezidentinə inanmaq çətin olacaq.

Qeyd edək ki, iyulun 6-da “Axios” portalı ABŞ Ədliyyə Nazirliyi və Federal Təhqiqatlar Bürosunun (FTB) Epşteynin nüfuzlu şəxsləri şantaj etməsi, onun müştərilərinin siyahısının mövcudluğu və ya onun qətl edilməsi ilə bağlı ehtimalları təsdiqləyəcək sübutlar tapmadığını bildirmişdi. Ağ Evin mətbuat katibi Kerolayn Livitt isə brifinq zamanı bildirib ki, Ədliyyə naziri tərəfindən daha əvvəl qeyd olunan “müştərilər siyahısı” əslində mövcud deyil.

Bununla belə, Donald Tramp və onun komandası seçki kampaniyası çərçivəsində dəfələrlə Epşteyn işi üzrə istintaq sənədlərini məxfi statusdan çıxaracaqlarına və bu məsələdə maksimum şəffaflıq təmin edəcəklərinə söz veriblər.

Xatırladaq ki, Ceffri Epşteyn 2019-cu il iyulun 6-da Nyu-York ştatının hüquq-mühafizə orqanları tərəfindən saxlanılmışdı. Prokurorluq bəyan etmişdi ki, 2002–2005-ci illərdə o, Manhettendəki evində ən azı 14 yaşında olan onlarla yeniyetmə qızı qəbul edərək istismar edib. Epşteynin dostları və tanışları arasında yalnız ABŞ-dan deyil, bir sıra başqa ölkələrdən də fəaliyyətdə olan və istefada olan siyasətçilər, keçmiş dövlət başçıları, sahibkarlar və şou-biznes ulduzları olub.

Epşteynə qarşı cinayət işi onun 2019-cu il 10 avqust tarixində həbsxana kamerasında intihar etməsindən sonra dayandırılıb.

Məqalədə: #ABŞ #Donald Tramp #İlon Mask #Ağ Ev #Ceffri Epşteyn #istintaq

Mövzu üzrə digər xəbərlər

İqlim dəyişikliyi beynəlxalq təhlükəsizlik gündəminə daxil edilməlidir-Əmr Musa
Digər Xəbərlər

İqlim dəyişikliyi beynəlxalq təhlükəsizlik gündəminə daxil edilməlidir-Əmr Musa

11:20
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
İran

ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək

8 Sentyabr 21:54
Əfqanıstan Səudiyyə şirkəti ilə 200 milyon dollarlıq neft-qaz müqaviləsi imzalayıb
Əfqanıstan

Əfqanıstan Səudiyyə şirkəti ilə 200 milyon dollarlıq neft-qaz müqaviləsi imzalayıb

8 Sentyabr 21:32
Neft qiymətlərinin artması Kanada dollarına necə təsir edib?
Digər Xəbərlər

Neft qiymətlərinin artması Kanada dollarına necə təsir edib?

8 Sentyabr 21:25

Son Xəbərlər

Sərhədsiz dünyanın iqtisadi, mədəni və geosiyasi anatomiyası-Qloballaşma nədir?
Sərhədsiz dünyanın iqtisadi, mədəni və geosiyasi anatomiyası-Qloballaşma nədir?
15:21
Yəmən ordusundan genişmiqyaslı hücum - Qərbi Taiz və Qərb sahilində ağır toqquşmalar
Yəmən ordusundan genişmiqyaslı hücum - Qərbi Taiz və Qərb sahilində ağır toqquşmalar
14:45
Dubayda yaradılan Peekabox tətbiqi restoranların artıq qida məhsullarını endirimlə satır
Dubayda yaradılan Peekabox tətbiqi restoranların artıq qida məhsullarını endirimlə satır
14:33
Fars və Oman körfəzlərində bir neçə ticarət gəmisi ilə bağlı insident baş verib
Fars və Oman körfəzlərində bir neçə ticarət gəmisi ilə bağlı insident baş verib
14:24
Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
13:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.