7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

“Rəfahda humanitar şəhər” fələstinlilər üçün konslager rolunu oynayacaq – Olmert

İsrailin sabiq baş naziri Ehud Olmert müdafiə naziri İsrael Kats tərəfindən təklif olunan və Qəzza zolağında 600 min nəfərlik xüsusi “humanitar şəhər” yaradılması planını kəskin şəkildə tənqid edib.

14 İyul 2025 11:28
“Rəfahda humanitar şəhər” fələstinlilər üçün konslager rolunu oynayacaq – Olmert

BAKI, AzerVoice

İsrailin sabiq baş naziri Ehud Olmert bəyan edib ki, müdafiə naziri Yisrael Katz tərəfindən Rəfah şəhərinin yerində salınması təklif edilən “humanitar şəhər” əslində fələstinlilər üçün “konslager” olacaq və sakinlərin oraya zorla köçürülməsi “etnik təmizləmə”yə bərabər olacaqdır.

AzerVoice xəbər verir ki, Olmert bu barədə Britaniyanın “The Guardian” qəzetinə müsahibəsində deyib.

O vurğulayıb ki, İsrail artıq Qəzza və İordan çayının qərb sahilində müharibə cinayətləri törədir. Onun fikrincə, belə bir şəhərin salınması müharibənin təhlükəli şəkildə dərinləşməsi demək olacaq.
Xatırladaq ki, Yisrael Katz ötən bazar ertəsi bəyan etmişdi ki, o, orduya Rəfahda “humanitar şəhər” salmaq üçün plan hazırlamağı tapşırıb. Bu şəhər, nəticə etibarilə, Qəzza zolağının bütün əhalisinin yerləşdiriləcəyi yer kimi nəzərdə tutulur.

İsrailin “Haaretz” qəzeti yazır ki, Katz bu şəhərin Rəfahın dağıdılmış ərazisində salınacağını, əvvəlcə isə təxminən 600 min fələstinlinin oraya təhlükəsizlik yoxlamasından sonra köçürüləcəyini bildirib. Bundan sonra həmin şəxslərin ərazidən çıxmasına icazə verilməyəcək.

Olmert İsrailin hazırkı hərbi kampaniyasını hələlik “etnik təmizləmə” adlandırmasa da, bildirib ki, “döyüş bölgələrindən mülki əhalinin təhlükəsizlik məqsədilə təxliyə edilməsi beynəlxalq hüquqa görə qanunidir” və “hərbi əməliyyatlar başa çatdıqdan sonra fələstinlilər həmin ərazilərə qayıdıblar.”

Lakin o əlavə edib ki, İsrail rəsmilərinin aylar boyu səsləndirdiyi sərt və zorakı bəyanatlar, o cümlədən bəzi nazirlərin Qəzzanın “təmizlənməsi” və orada yeni yəhudi yaşayış məntəqələrinin salınması çağırışlarından sonra, hökumətin bu “humanitar şəhər”in fələstinliləri qorumaq məqsədi ilə salınacağına dair iddiaları artıq inandırıcı deyil.

Olmert deyib: “Əgər kimsə düşərgə salır və Qəzzanın yarıdan çoxunu ‘təmizləmək’ planlarını həyata keçirirsə, bu strategiyanın yeganə izahı budur: məqsəd fələstinliləri xilas etmək yox, onları köçürmək, sürgün etmək, uzaqlaşdırmaqdır. Mənim bununla bağlı başqa izahım yoxdur.”

Qeyd edək ki, “humanitar şəhər” layihəsi İsrailin baş naziri Benyamin Netanyahunun dəstəyini qazanıb. İsrail mediasının məlumatına görə, Katzın müəyyən etdiyi ərazidə bu düşərgənin qurulması ilə bağlı İsrailin geri çəkilməkdən imtina etməsi, atəşkəs razılaşması üzrə gedən danışıqlarda əsas mübahisə nöqtələrindən birinə çevrilib.

İsrailli hüquqşünaslar və insan haqları tədqiqatçıları bu planı insanlığa qarşı cinayətlərin nümunəsi kimi dəyərləndiriblər. Bəziləri isə xəbərdarlıq ediblər ki, əgər bu layihə həyata keçirilərsə və müəyyən şərtlər yerinə yetirilərsə, soyqırım cinayəti kimi də qiymətləndirilə bilər.

Digər tərəfdən, İsrail ordusunun Baş Qərargah rəisi Eyəl Zamir də hökumət iclası zamanı bu təklifi tənqid edərək, onun ordu üçün əsas iki hədəfdən – HƏMAS-ı məğlub etmək və israilli girovların geri qaytarılmasını təmin etmək məqsədlərindən yayınma riski yaratdığını bildirib.

Bundan başqa, planın təxmin edilən maliyyə yükü – təqribən 10–20 milyard şekel (yəni 3–6 milyard ABŞ dolları) – artıq iki ilə yaxın davam edən müharibənin artan iqtisadi xərcləri fonunda İsrail daxilində ictimai qəzəbi daha da artırıb.

Məqalədə: #İsrail #Benyamin Netanyahu #Qəzza zolağı #HƏMAS #İsrael Katz #Ehud Olmert

Mövzu üzrə digər xəbərlər

Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
Fələstin

Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib

6 Sentyabr 20:41
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
Livan

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub

5 Sentyabr 22:32
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45
İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib
Livan

İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib

5 Sentyabr 21:43

Son Xəbərlər

Qətər banklarının aktivləri 2,19 trilyon riyala çatdı
Qətər banklarının aktivləri 2,19 trilyon riyala çatdı
14:08
Ər-Riyadda Səudiyyə Ərəbistanının 300 illik təhlükəsizlik tarixi müzakirə olunur
Ər-Riyadda Səudiyyə Ərəbistanının 300 illik təhlükəsizlik tarixi müzakirə olunur
14:00
QFZ rəhbəri və Qazaxıstan səfiri investisiyaların cəlb edilməsi üzrə əməkdaşlığı müzakirə ediblər
QFZ rəhbəri və Qazaxıstan səfiri investisiyaların cəlb edilməsi üzrə əməkdaşlığı müzakirə ediblər
13:52
İraq kütləvi məzarlıqlardakı qurbanların taleyinin araşdırılmasını sürətləndirir
İraq kütləvi məzarlıqlardakı qurbanların taleyinin araşdırılmasını sürətləndirir
13:51
Ərbil və Bağdad münasibətlərinin inkişafı müzakirə olunub
Ərbil və Bağdad münasibətlərinin inkişafı müzakirə olunub
13:46
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.