5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Malayziya Trampın ölkəyə təyin etmək istədiyi səfirin namizədliyinə qarşı çıxıb

Malayziyada siyasətçilər ABŞ prezidenti Donald Trampın ölkəyə səfir təyin etmək istədiyi Nik Adamsın namizədliyinə qarşı çıxıblar.

14 İyul 2025 13:18
Malayziya Trampın ölkəyə təyin etmək istədiyi səfirin namizədliyinə qarşı çıxıb

BAKI, AzerVoice

Malayziyada siyasətçilər ABŞ prezidenti Donald Trampın ölkəyə səfir təyin etmək istədiyi Nik Adamsın namizədliyinə qarşı çıxıblar.

AzerVoice xəbər verir ki, bu barədə "The Star" qəzeti məlumat yayıb.

Məlumata görə, bu etirazlara səbəb Adamsın siyasi baxışları və keçmiş çıxışlarında sərgilədiyi radikal ritorika olub.

Panmalayziya İslam Partiyasının gənclər qanadının regional rəhbəri Məhəmməd Sukri Ömər bildirib ki, Adams “ekstremist və sionist baxışlara malikdir”. Onun fikrincə, bu cür bir şəxsin səfir kimi təyin olunması Malayziya xalqına qarşı hörmətsizlik olmaqla yanaşı, ölkənin Fələstin məsələsində tutduğu mövqeyə də ziddir.

Adamsın namizədliyinə qarşı çıxan digər şəxs – Xalq Ədalət Partiyasının gənclər qanadının nümayəndəsi Arif İzuaddin qeyd edib ki, Malayziyanın Vyana Konvensiyasına əsasən belə bir namizədliyi rədd etmək hüququ var.

“Bu addımı düşmənçilik jesti kimi yox, ikitərəfli münasibətlərin sağlam əsasda qorunması üçün vacib tədbir kimi dəyərləndirmək lazımdır” - deyə, o bildirib. Arif İzuaddin ABŞ səfirliyinə rəsmi etiraz notası göndərməyə hazırlaşdığını da bildirib.

Qeyd edək ki, ötən gün Amanah (Milli Etimad Partiyası) partiyasının gənclər bürosunun rəhbəri də bəyanatla çıxış edərək Adamsın təyinatını Malayziyanın xarici siyasət prinsiplərinə zidd və ölkənin ləyaqətinə xələl gətirən bir addım kimi qiymətləndirib.

Xatırladaq ki, 9 iyul tarixində Donald Tramp Nik Adamsı ABŞ-ın Malayziyadakı fövqəladə və səlahiyyətli səfiri postuna rəsmi olaraq namizəd kimi təqdim edib. Adams ABŞ vətəndaşlığı almış Avstraliya əsilli Sidneyin sabiq bələdiyyə şurası üzvüdür. O, MAGA (Make America Great Again – “Amerikanı yenidən möhtəşəm edək”) hərəkatının tərəfdarı, mühafizəkar "Liberty and American Greatness" fondunun qurucusu və bir neçə kitabın müəllifidir. Lakin onun diplomatik təcrübəsinin olmaması və aqressiv çıxışları cəmiyyətdə ciddi narahatlıq yaradıb.

Məqalədə: #ABŞ #Donald Tramp #Malayziya

Mövzu üzrə digər xəbərlər

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib

4 Sentyabr 22:24
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
Texnologiya

ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır

4 Sentyabr 21:42
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
Digər Dövlətlər

Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib

4 Sentyabr 21:23
Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib
Livan

Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib

4 Sentyabr 21:20

Son Xəbərlər

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.