6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

İran 12 günlük müharibə zamanı görünməmiş təhdidə məruz qalıb - Baş Qərargah rəisi

İsraillə 12 günlük müharibə zamanı İraınn varlığı və ərazi bütövlüyü görünməmiş bir təhdidə məruz qalıb.

14 İyul 2025 22:25
İran 12 günlük müharibə zamanı görünməmiş təhdidə məruz qalıb - Baş Qərargah rəisi

BAKI, AzerVoice

İsraillə 12 günlük müharibə zamanı İraınn varlığı və ərazi bütövlüyü görünməmiş bir təhdidə məruz qalıb.

AzerVoice xəbər verir ki, bunu İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Əbdürrəhim Musəvi deyib.

O qeyd edib ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) raket bölməsinin göstərdiyi performans, İran-İraq müharibəsi də daxil olmaqla, ölkənin hərbi tarixindəki bütün uğurları geridə qoyub. Onun sözlərinə görə, bu, ölkənin mövcudluğuna və ərazi bütövlüyünə qarşı görünməmiş bir təhlükə idi.

“Silahlı qüvvələr düşmənin hər hansı təxribatı qarşısında güclü və qətiyyətli cavab verməyə tam hazırdır”, - Baş Qərargah rəisi əlavə edib.

Digər tərəfdən, bölmənin yeni komandiri general Məcidd Musəvi bildirib ki, raket qüvvələri “barmaq tətikdə olmaqla” tam döyüş hazırlığı vəziyyətindədir. O, Baş Qərargah və Mərkəzi Əməliyyatlar Qərargahı ilə daimi koordinasiyanın aparıldığını vurğulayıb.

Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də İran ərazisinə hava zərbələri endiriblər. Zərbələr nəticəsində çoxlu sayda yüksək rütbəli hərbçi, o cümlədən İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər həlak olub. İran BMT Təhlükəsizlik Şurasının hadisə ilə əlaqədar fövqəladə iclas çağırılmasını istəyib.

Bu hücumlara cavab olaraq isə İran Ordusu İsrailə qarşı "Doğru vəd III" adlı əməliyyat keçirib. Təl-Əviv, Qüds və digər bölgələrə yüzlərlə ballistik raket buraxılıb.

ABŞ isə münaqişənin gərginləşməsindən doqquz gün sonra – 22 iyun gecəsi İrandakı üç nüvə obyektinə hücum etməklə münaqişəyə qoşulub. 23 iyun axşamı İran ABŞ-ın Qətərdə yerləşən və Yaxın Şərqin ən böyük Amerika bazası olan Əl-Udeyd bazasına raket zərbəsi endirib. ABŞ hakimiyyət orqanlarının verdiyi məlumata görə, hücum nəticəsində itki və ya ciddi dağıntı qeydə alınmayıb.

İyunun 24-də ABŞ prezidenti Donald Tramp İsrail və İranın tam atəşkəsin qüvvəyə mindiyini bəyan edib. İsrail tərəfi də ABŞ-ın atəşkəs təklifini qəbul etdiyini və qarşıya qoyulan bütün məqsədlərə nail olunduğunu bildirib.

Məqalədə: #İsrail #İran #SEPAH #İsrail-İran münaqişəsi #İran Silahlı Qüvvələri #İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi #Əbdürrəhim Musəvi

Mövzu üzrə digər xəbərlər

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
Livan

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub

5 Sentyabr 22:32
İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib

5 Sentyabr 22:09
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45
İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib
Livan

İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib

5 Sentyabr 21:43

Son Xəbərlər

Niyə az qazananlar hazır yeməyə daha çox pul xərcləyir? – "BMJ"dən maraqlı hesabat
Niyə az qazananlar hazır yeməyə daha çox pul xərcləyir? – "BMJ"dən maraqlı hesabat
12:01
İslam Alimlərinin Riyaziyyat, Astronomiya və Coğrafiya Sahəsində Töhfələri
İslam Alimlərinin Riyaziyyat, Astronomiya və Coğrafiya Sahəsində Töhfələri
12:00
Hizbullah İranın tələbi ilə Əli ət-Tahir yüksəkliklərini  ölkə ordusuna yox İsrailə təhvil verib
Hizbullah İranın tələbi ilə Əli ət-Tahir yüksəkliklərini ölkə ordusuna yox İsrailə təhvil verib
11:52
BƏƏ-nin axtarış-xilasetmə qrupu Nepalda fəaliyyətə başlayıb
BƏƏ-nin axtarış-xilasetmə qrupu Nepalda fəaliyyətə başlayıb
11:40
Məclis ənənəsi Körfəz xalqlarının həyatında niyə bu qədər vacibdir?
Məclis ənənəsi Körfəz xalqlarının həyatında niyə bu qədər vacibdir?
11:31
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.