4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Macarıstan İsrailə qarşı sansksiyaların tətbiq edilməsini dəstəkləməyəcək - XİN

Macarıstan, Avropa İttifaqının (Aİ) Qəzza zolağındakı hərbi əməliyyatlara görə İsrailə qarşı sanksiya tətbiq etməsi təşəbbüsünü dəstəkləməyəcək.

15 İyul 2025 14:17
Macarıstan İsrailə qarşı sansksiyaların tətbiq edilməsini dəstəkləməyəcək - XİN

BAKI, AzerVoice

Macarıstan, Avropa İttifaqının (Aİ) Qəzza zolağındakı hərbi əməliyyatlara görə İsrailə qarşı sanksiya tətbiq etməsi təşəbbüsünü dəstəkləməyəcək.

AzerVoice xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto Brüsseldə Aİ ölkələrinin xarici işlər nazirlərinin görüşündə iştirak edərkən bildirib.

Siyarto vurğulayıb ki, Macarıstanın maraqlarına cavab verən ən vacib məsələ atəşkəsin tezliklə təmin olunması və HƏMAS tərəfindən saxlanılan macar vətəndaşının azad edilməsinə yönəlik razılaşmanın əldə edilməsidir:

“Bu gün Brüsseldə bizə ciddi təzyiq göstəriləcək ki, İsrailə qarşı sanksiyalara qoşulaq. Amma bu, yanlış addım olardı. İndi sanksiya yox, diplomatiya zamanıdır.”

Nazir bu mövqeyini iyulun 13-də İsrailin Xarici İşlər Naziri Gideon Saar ilə telefon danışığında da ifadə edib. O qeyd edib ki, Macarıstan, İsraillə HƏMAS arasında atəşkəsin təmin olunması və girovların azad olunması ilə nəticələnəcək razılaşmanın əldə olunmasına ümid edir. Siyarto əlavə edib ki, hazırkı şəraitdə “dialoqa olan ehtiyac daha da artıb”.

Nazir həmçinin Aİ–İsrail Assosiasiya Şurasının işinin gücləndirilməsi çağırışı ilə çıxış edəcəyini də vurğulayıb:

“Bu baxımdan Macarıstan Avropa İttifaqının israilli vətəndaşları sanksiya siyahısına salmasına qarşı çıxmaqda davam edir.”

Xatırladaq ki, daha əvvəl “Euractiv” nəşri diplomatik mənbələrə istinadla bildirmişdi ki, Aİ-nin xarici siyasət rəhbəri Kaja Kallas iyulun 15-də keçiriləcək iclasda Qəzza zolağındakı vəziyyətlə əlaqədar İsrailə qarşı müxtəlif məhdudlaşdırıcı tədbirlər təklif edəcək. Bu ssenarilər sırasında Aİ–İsrail Assosiasiya Sazişinin qismən və ya tam dayandırılması, israilli rəsmi şəxslərə, hərbçilərə və məskunlaşanlara qarşı sanksiyalar, habelə ticarət və elmi-texniki əməkdaşlığın məhdudlaşdırılması kimi addımlar yer alır.

Qeyd edək ki, Assosiasiya Sazişinin dayandırılması yalnız bütün Aİ ölkələrinin birgə razılığı ilə mümkündür. Mənbələrin fikrincə, Aİ-nin yalnız fərdi şəxslərə qarşı sanksiyalarla kifayətlənməsi daha real görünür. Belə addımları artıq Avstraliya, Böyük Britaniya, Kanada, Yeni Zelandiya və Norveç də atıb.

Məqalədə: #İsrail #Avropa İttifaqı (Aİ) #Macarıstan #sanksiya #Peter Siyarto

Mövzu üzrə digər xəbərlər

Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib
Fələstin

Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib

20:26
Avropa İttifaqı Qəzzadan fələstinlilərin çıxarılması planlarına qarşı çıxıb
Fələstin

Avropa İttifaqı Qəzzadan fələstinlilərin çıxarılması planlarına qarşı çıxıb

20:23
İtamar Ben-Qvir Qəzza əhalisinin köçürülməsi üçün 20 milyard dollarlıq plan açıqlayıb
Yaxın Şərq

İtamar Ben-Qvir Qəzza əhalisinin köçürülməsi üçün 20 milyard dollarlıq plan açıqlayıb

20:19
Qəzzadan fələstinlilərin çıxarılması beynəlxalq hüquqa uyğundurmu?
Fələstin

Qəzzadan fələstinlilərin çıxarılması beynəlxalq hüquqa uyğundurmu?

18:51

Son Xəbərlər

ABŞ-də dizel yanacağının qiyməti rekord həddə çatıb
ABŞ-də dizel yanacağının qiyməti rekord həddə çatıb
20:43
Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib
Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib
20:41
ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb
ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb
20:30
Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib
Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib
20:26
Avropa İttifaqı Qəzzadan fələstinlilərin çıxarılması planlarına qarşı çıxıb
Avropa İttifaqı Qəzzadan fələstinlilərin çıxarılması planlarına qarşı çıxıb
20:23
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.