10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Trampın bəyanatları birbaşa Putinə yönəlib - Kreml

Kreml sözçüsü Dmitri Peskov ABŞ Prezidenti Donald Trampın Rusiyaya qarşı səsləndirdiyi fikirləri “çox ciddi” adlandıraraq, bu bəyanatların birbaşa Prezident Vladimir Putinə yönəldiyini bildirib.

15 İyul 2025 15:24
Trampın bəyanatları birbaşa Putinə yönəlib - Kreml

BAKI, AzerVoice

Trampın bəyanatları ciddidir, təhlil üçün zamana ehtiyac var.

AzerVoice xəbər verir ki, Kreml sözçüsü Dmitri Peskov ABŞ Prezidenti Donald Trampın Rusiyaya qarşı səsləndirdiyi fikirləri “çox ciddi” adlandıraraq, bu bəyanatların birbaşa Prezident Vladimir Putinə yönəldiyini bildirib.

Peskov bu açıqlamaların təhlili üçün zaman tələb olunduğunu vurğulayıb.

Moskvada jurnalistlərin suallarını cavablandıran Peskov, Qərb ölkələrinin Ukraynaya əlavə silah göndərməsini kəskin tənqid edərək, bu addımın sülh deyil, müharibənin davamına dair siqnal kimi qiymətləndirildiyini bildirib.

“Vaşinqtonda deyilənləri analiz etmək üçün zamana ehtiyacımız var. Trampın bəyanatları həm ciddi, həm də şəxsən Prezidentimizə yönəlikdir. Putin lazım bildiyi təqdirdə münasib cavab verəcək”, – deyə Peskov qeyd edib.

ABŞ mediasında Trampın Ukrayna Prezidenti Volodimir Zelenski ilə Moskvaya və Sankt-Peterburqa mümkün hücum ssenarilərini müzakirə etdiyi barədə xəbərlərə isə Peskov “Belə ritorika bizim üçün yeni deyil” cavabını verib.

Qeyd edək ki, Tramp bir neçə gün öncə Ukrayna ilə 50 gün ərzində razılıq əldə olunmasa, Rusiyaya qarşı tariflərin 100 faiz artırılacağını və Ukraynaya əlavə “Patriot” hava hücumundan müdafiə sistemlərinin göndəriləcəyini açıqlayıb.

Peskov eyni zamanda bildirib ki, Rusiya Ukrayna ilə danışıqların üçüncü mərhələsinə başlamağa hazırdır və Kiyevdən vaxt təklifi gözləyir.

Məqalədə: #Rusiya #ABŞ #Donald Tramp #Dmitri Peskov #Kremlin #ABŞ-Rusiya münasibətləri

Mövzu üzrə digər xəbərlər

BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
İran

BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi

9 Sentyabr 22:13
BAEA İdarə Heyəti İranın nüvə məsələsinin BMT TŞ-yə çıxarılmasına dair qətnaməni təsdiqləyib
Digər Xəbərlər

BAEA İdarə Heyəti İranın nüvə məsələsinin BMT TŞ-yə çıxarılmasına dair qətnaməni təsdiqləyib

9 Sentyabr 21:24
İran ABŞ-ın dəniz blokadasına qarşı hərbi reaksiyanı genişləndirir
İran

İran ABŞ-ın dəniz blokadasına qarşı hərbi reaksiyanı genişləndirir

9 Sentyabr 21:09
Avropada qazın qiyməti 2023-cü ildən bəri ən yüksək səviyyəyə yüksəlib
Digər Xəbərlər

Avropada qazın qiyməti 2023-cü ildən bəri ən yüksək səviyyəyə yüksəlib

9 Sentyabr 20:51

Son Xəbərlər

Səudiyyə Ərəbistanında əcnəbi turist axını 2030-cu ilə qədər 93 faiz artacaq
Səudiyyə Ərəbistanında əcnəbi turist axını 2030-cu ilə qədər 93 faiz artacaq
08:03
Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
00:21
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
00:03
Tarixdə bu gün – 10 Sentyabr
Tarixdə bu gün – 10 Sentyabr
00:01
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
9 Sentyabr 23:03
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.