12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Ukraynaya danışıqlara qayıtmaq üçün təzyiq edilməlidir - Kreml

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrini Ukraynaya birbaşa danışıqların bərpası üçün təzyiq göstərməyə çağırıb.

16 İyul 2025 16:38
Ukraynaya danışıqlara qayıtmaq üçün təzyiq edilməlidir - Kreml

BAKI, AzerVoice

Ukraynaya birbaşa danışıqlar üçün təzyiq göstərilməlidir.

AzerVoice xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrini Ukraynaya birbaşa danışıqların bərpası üçün təzyiq göstərməyə çağırıb.

O, Ukraynaya silah tədarükü ilə bağlı bəzi Avropa ölkələri arasında fikir ayrılıqlarının olduğunu bildirib.

Moskvada jurnalistlərin suallarını cavablandıran Peskov, ABŞ-ın Avropa vasitəsilə Ukraynaya silah satışına dair qərarını şərh edərək, “Bu, sadəcə ticarətdir. Silahlar artıq daşınır. Məsələ onların pulunu kimin ödəyəcəyidir. İndi bəzi avropalılar ödəyəcək” - deyə bildirib. O, Fransa və Çexiya kimi ölkələrin ödəniş məsələsində tərəddüd etdiklərini də qeyd edib.

Peskov, Avropanın müharibənin davamına “militarist mövqel ilə” yaxınlaşdığını vurğulayaraq, bu tendensiyanın regionda sülhə mane olduğunu bildirib.

Almaniyanın Ukraynaya uzaqmənzilli “Toros” raketləri tədarük edə biləcəyi ehtimalına da münasibət bildirən Kremlin rəsmisi, ABŞ prezidenti Donald Trampın bu tip silahların göndərilməsinə qarşı olduğunu, Almaniyadan isə ziddiyyətli siqnallar gəldiyini deyib. “Bəzi sağlam düşüncə izlərini görmək mümkündür”, – deyə o qeyd edib.

Peskov əlavə edib ki, Rusiya prezidenti Vladimir Putin ilə ABŞ prezidenti Tramp arasında telefon danışığı hələ planlaşdırılmayıb, lakin belə bir görüş qısa müddətdə təşkil oluna bilər.

Ukraynanın birbaşa danışıqlara çağırılıb-çağırılmadığı ilə bağlı sualı cavablandıran Peskov, “Biz bu çağırışı bütün tərəflərə ünvanlayırıq. Tramp və komandası vasitəçiliyin əsas aktyorlarıdır. Bir çox bəyanat və məyusluq var. Ümid edirik ki, Ukrayna tərəfinə də paralel təzyiqlər göstərilir.” - deyə bildirib.

Məqalədə: #Avropa #Rusiya #ABŞ #Donald Tramp #Ukrayna #Dmitri Peskov #Kremlin #Rusiya-Ukrayna münaqişəsi #Ukrayna-Rusiya müharibəsi

Mövzu üzrə digər xəbərlər

İran nüvə proqramı ilə bağlı ABŞ-yə ittiham irəli sürüb
İran

İran nüvə proqramı ilə bağlı ABŞ-yə ittiham irəli sürüb

21:03
İran və Oman Hörmüz məsləhətləşmələrinin nəticələrini Körfəz ölkələrinə təqdim edəcək
İran

İran və Oman Hörmüz məsləhətləşmələrinin nəticələrini Körfəz ölkələrinə təqdim edəcək

21:00
ABŞ-nin hərbi təcavüzü davam edir - İsmayıl Bəqai
İran

ABŞ-nin hərbi təcavüzü davam edir - İsmayıl Bəqai

20:52
İran limanlarına gedən 100 gəminin istiqaməti dəyişdirilib - CENTCOM
İran

İran limanlarına gedən 100 gəminin istiqaməti dəyişdirilib - CENTCOM

20:43

Son Xəbərlər

İran və Oman XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
İran və Oman XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
21:42
Yəməndə döyüşlər güclənib, 76 mindən çox insan didərgin düşüb
Yəməndə döyüşlər güclənib, 76 mindən çox insan didərgin düşüb
21:05
İran nüvə proqramı ilə bağlı ABŞ-yə ittiham irəli sürüb
İran nüvə proqramı ilə bağlı ABŞ-yə ittiham irəli sürüb
21:03
İran və Oman Hörmüz məsləhətləşmələrinin nəticələrini Körfəz ölkələrinə təqdim edəcək
İran və Oman Hörmüz məsləhətləşmələrinin nəticələrini Körfəz ölkələrinə təqdim edəcək
21:00
Omanın bank sektorunun aktivləri 48,7 milyard riala çatıb
Omanın bank sektorunun aktivləri 48,7 milyard riala çatıb
20:57
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.