10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

ABŞ Rusiya ilə nüvə silahlarının azaldılmasını müzakirə etməyi planlaşdırır

ABŞ yaxın zamanda Rusiya ilə nüvə silahlarının azaldılması perspektivlərini müzakirə etməyi planlaşdırır.

25 İyul 2025 18:38
ABŞ Rusiya ilə nüvə silahlarının azaldılmasını müzakirə etməyi planlaşdırır

BAKI, AzerVoice

ABŞ yaxın zamanda Rusiya ilə nüvə silahlarının azaldılması perspektivlərini müzakirə etməyi planlaşdırır.

AzerVoice xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp jurnalistlərin Vaşinqtonla Moskva arasında Strateji Hücum Silahlarının Azaldılması üzrə Müqaviləyə (START) alternativ yeni saziş bağlanması ilə bağlı sualını cavablandırarkən bildirib.

“Biz bu istiqamətdə işə başlayacağıq” – deyə o qeyd edib.

Tramp, həmçinin, START müqaviləsinin müddətinin başa çatmasının “dünya üçün problem” olduğunu vurğulayıb.

Qeyd edək ki, sənədin 10 il müddətinə qüvvədə qalması nəzərdə tutulurdu və bu müddət 5 fevral 2021-ci ildə bitirdi. Lakin sənəd qarşılıqlı razılıq əsasında uzadıla bilərdi. 2021-ci ilin fevralında Moskva və Vaşinqton bu sazişi maksimum müddət olan 5 il müddətinə (2026-cı ilin əvvəlinə qədər) uzatdılar.

ABŞ Prezidenti Donald Tramp, bu il yanvarın 20-də keçirilən inauqurasiyasından sonra Rusiya və Çin rəhbərliyi ilə yaxın zamanda nüvə silahlarının daha da məhdudlaşdırılması və azaldılması ilə bağlı danışıqlar aparmaq istədiyini dəfələrlə bəyan edib. Lakin hələlik bu istiqamətdə konkret təşəbbüs irəli sürülməyib.

Moskva və Vaşinqtonun, 2026-cı ilin əvvəlində müddəti bitəcək START müqaviləsinin əvəzində yeni sazişin hazırlanıb-hazırlanmayacağına dair qərar vermələri gözlənilir.

Məqalədə: #Rusiya #ABŞ #Moskva #Donald Tramp #Çin #Vaşinqton #nüvə silahı #ABŞ-Rusiya münasibətləri #Rusiya-ABŞ görüşü #ABŞ-Rusiya danışıqları 2025 #ABŞ Rusiyaya yanaşması #Rusiya ABŞ diplomatik münasibətləri #ABŞ–Rusiya raket balansı #Nüvə silahlarının yayılmaması #ABŞ nüvə silahları

Mövzu üzrə digər xəbərlər

BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
İran

BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi

9 Sentyabr 22:13
BAEA İdarə Heyəti İranın nüvə məsələsinin BMT TŞ-yə çıxarılmasına dair qətnaməni təsdiqləyib
Digər Xəbərlər

BAEA İdarə Heyəti İranın nüvə məsələsinin BMT TŞ-yə çıxarılmasına dair qətnaməni təsdiqləyib

9 Sentyabr 21:24
İran ABŞ-ın dəniz blokadasına qarşı hərbi reaksiyanı genişləndirir
İran

İran ABŞ-ın dəniz blokadasına qarşı hərbi reaksiyanı genişləndirir

9 Sentyabr 21:09
Avropada qazın qiyməti 2023-cü ildən bəri ən yüksək səviyyəyə yüksəlib
Digər Xəbərlər

Avropada qazın qiyməti 2023-cü ildən bəri ən yüksək səviyyəyə yüksəlib

9 Sentyabr 20:51

Son Xəbərlər

Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
00:21
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
00:03
Tarixdə bu gün – 10 Sentyabr
Tarixdə bu gün – 10 Sentyabr
00:01
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
9 Sentyabr 23:03
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
9 Sentyabr 22:13
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.