7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Tarixdə baş vermiş ən güclü 10 zəlzələ

Rusiyanın şərqində yerləşən Kamçatka bölgəsində baş verən güclü zəlzələ, müasir dövrdə qeydə alınmış ən böyük təbii fəlakətlərdən biri kimi tarixə düşdü. 8,8 bal gücündə olan zəlzələ, dünyada baş vermiş ən güclü 10 zəlzələ siyahısına daxil edilib.

2 Avqust 2025 13:28
Baku
Tarixdə baş vermiş ən güclü 10 zəlzələ

BAKI, AzerVoice

30 İyul tarixində Rusiyanın şərqində yerləşən Kamçatka bölgəsində baş verən güclü zəlzələ, müasir dövrdə qeydə alınmış ən böyük təbii fəlakətlərdən biri kimi tarixə düşdü. 8,8 bal gücündə olan zəlzələ, dünyada baş vermiş ən güclü 10 zəlzələ siyahısına daxil edilib.

AzerVoice xəbər verir ki, Kamçatka yarımadası yaxınlığında qeydə alınan zəlzələ 1952-ci ildən bəri bölgədə baş verən ən dağıdıcı təbii hadisə kimi qiymətləndirilir. Zəlzələ səbəbilə bölgədə fövqəladə vəziyyət elan edilib, ABŞ və Yaponiya kimi yaxın ölkələrdə isə sunami təhlükəsi ilə bağlı xəbərdarlıq verilib.

Kamçatkada baş verən bu zəlzələ, insan yaddaşında dərin iz buraxan digər dağıdıcı zəlzələləri də yada saldı. Bunlar arasında ən güclü olanlar aşağıdakılardır:

1. Valdivia Zəlzələsi (Çili, 1960) – 9,5 bal
Dünyada qeydə alınmış ən güclü zəlzələdir. Güclü sunami dalğalarına səbəb olan bu zəlzələdə 1600-dən çox insan həlak olub.

2. Alyaska Zəlzələsi (ABŞ, 1964) – 9,2 bal
Təxminən 5 dəqiqə davam edən zəlzələ sunami ilə birlikdə 130 nəfərin ölümünə səbəb olub.

3. Sumatra-Andaman Zəlzələsi (İndoneziya, 2004) – 9,1 bal
230 min insanın ölümünə səbəb olan bu zəlzələ Asiya və Afrika sahillərində böyük dağıntılara yol açıb.

4. Tohoku Zəlzələsi (Yaponiya, 2011) – 9,1 bal
Fukusima Atom Elektrik Stansiyasında qəza ilə nəticələnən zəlzələ və sunami 18 minə yaxın insanın ölümünə səbəb olub.

5. Kamçatka Zəlzələsi (Rusiya, 1952) – 9,0 bal
İnsan itkisi olmasa da, 9,1 metrlik sunami Havay sahillərinə qədər çatmışdı.

6. Biobio Zəlzələsi (Çili, 2010) – 8,8 bal
1,5 dəqiqə davam edən zəlzələdə 500-dən çox insan həyatını itirib. Zəlzələnin təsiri Latın Amerikası ölkələrində də hiss olunub.

7. Ekvador Zəlzələsi (1906) – 8,8 bal
Sunami nəticəsində 1500 nəfər həlak olub.

8. Alyaska Zəlzələsi (1965) – 8,7 bal
11 metrlik sunami dalğaları qeydə alınsa da, insan tələfatı baş verməyib.

9. Assam Zəlzələsi (Tibet, 1950) – 8,6 bal
750-1500 nəfərin ölümünə və kəndlərin məhv olmasına səbəb olub.

10. Sumatra Zəlzələsi (İndoneziya, 2012) – 8,6 bal
Güclü olmasına baxmayaraq, ciddi insan itkisi qeydə alınmayıb

Məqalədə: #Rusiya #zəlzələ #Təbii Fəlakət #Zəlzələ Xəbərləri #Təbii fəlakətlərin idarə edilməsi #Zəlzələnin təsiri və nəticələri #Təbii fəlakətə reaksiya planı

Mövzu üzrə digər xəbərlər

Rusiya hərbi bazasının Ermənistanda mövcudluğunu həyati əhəmiyyətli hesab etmirik - Paşinyan
Siyasət

Rusiya hərbi bazasının Ermənistanda mövcudluğunu həyati əhəmiyyətli hesab etmirik - Paşinyan

3 Sentyabr 13:34
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə dizel yanacağı göndərilib
Neft və qaz

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə dizel yanacağı göndərilib

3 Sentyabr 11:32
Rusiya Aİ-yə üzvlük məsələsində Ermənistanla danışıqlar aparmır - Overçuk
Siyasət

Rusiya Aİ-yə üzvlük məsələsində Ermənistanla danışıqlar aparmır - Overçuk

3 Sentyabr 11:17
Ermənistan Aİ-yə üzv olmaq həvəsini itirəcək - Lavrov
Siyasət

Ermənistan Aİ-yə üzv olmaq həvəsini itirəcək - Lavrov

3 Sentyabr 10:07

Son Xəbərlər

Bu gün ABŞ-ın məşhur ləqəbi “Uncle Sam” yarandı
Bu gün ABŞ-ın məşhur ləqəbi “Uncle Sam” yarandı
06:00
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
00:15
Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün – 7 Sentyabr
00:01
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
6 Sentyabr 23:00
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
6 Sentyabr 21:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.