9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

BMT İsrailin Qəzzaya qarşı həyata keçirdiyi hücumları pisləyib

BMT-nin “Fələstin məsələsinin sülh yolu ilə həlli və iki dövlətli həllin reallaşdırılması” mövzusunda təşkil etdiyi Yüksək Səviyyəli Beynəlxalq Konfransın yekun bəyanatı dərc olunub. Bəyanata Türkiyə ilə yanaşı Fransa, Səudiyyə Ərəbistanı, Braziliya, Kanada, Misir, İndoneziya, İrlandiya, İtaliya, Yaponiya, İordaniya, Meksika, Norveç, Qətər, Seneqal, İspaniya, Böyük Britaniya, Avropa İttifaqı və Ərəb Liqası da qoşulub.

30 İyul 2025 18:14
BMT İsrailin Qəzzaya qarşı həyata keçirdiyi hücumları pisləyib

BAKI, AzerVoice

BMT-nin “Fələstin məsələsinin sülh yolu ilə həlli və iki dövlətli həllin reallaşdırılması” mövzusunda təşkil etdiyi Yüksək Səviyyəli Beynəlxalq Konfransın yekun bəyanatı dərc olunub.

AzerVoice xəbər verir ki, bəyanata Türkiyə, Fransa, Səudiyyə Ərəbistanı, Braziliya, Kanada, Misir, İndoneziya, İrlandiya, İtaliya, Yaponiya, İordaniya, Meksika, Norveç, Qətər, Seneqal, İspaniya, Böyük Britaniya, Avropa İttifaqı və Ərəb Liqası da qoşulub.

Bəyanatda İsrailin Qəzzadakı mülki şəxslərə və infrastruktur obyektlərinə hücumları sərt şəkildə pislənib və bu hücumların dağıdıcı humanitar fəlakətə səbəb olduğu vurğulanıb.

Bəyanatda həmçinin, Qəzzadakı mülki əhalinin zorla köçürülməsi də daxil olmaqla, hər cür ərazi və ya demoqrafik dəyişikliklərə səbəb olan tədbirlər rədd edilib. İsrail-Fələstin münaqişəsinin həll yolu və iki dövlətli həllin tətbiqi, hər iki xalqın beynəlxalq hüquqa uyğun legitim tələblərinin yerinə yetirilməsinin yeganə yoludur. Bəyanatda zorakılığın, qeyri-dövlət aktorlarının sabitliyi pozan fəaliyyətlərinin və terrorun qarşısının alınması, həmçinin iki xalqın təhlükəsizliyi və dövlətlərinin suverenliyinin qorunması vurğulanıb. Bütün bunların regionda sülhün, rifahın və inteqrasiyanın təşviqi üçün ən uyğun yol olduğu qeyd edilib.

Bəyanatda Qəzzada müharibənin dərhal dayandırılması və İsrail qüvvələrinin tam şəkildə geri çəkilməsi tələb olunub. 1967-ci il sərhədləri əsasında, o cümlədən Qüds daxil olmaqla, Fələstin və İsrailin yanaşı, demokratik və suveren dövlətlər kimi sülh və təhlükəsizlik içində yaşaması prinsipinə tam dəstək ifadə olunub. Fələstin xalqının öz müqəddəratını təyin etmə hüququnun dəstəkləndiyi və Fələstin dövlətinin BMT-yə tam üzvlüyünün münaqişənin siyasi həllinin ayrılmaz tərkib hissəsi olduğu vurğulanıb.

İclasda Türkiyə rəsmiləri tərəfindən verilən şərhdə bildirilib ki, onilliklərdir davam edən İsrail təcrübələri nəzərə alındıqda, Fələstinli silahlı qrupların silahı buraxması yalnız müstəqil və suveren Fələstin dövlətinin 1967-ci il sərhədləri əsasında və paytaxtı Şərqi Qüds olmaqla qurulması ilə mümkündür. Həmçinin bu, Fələstinli qruplar arasında razılaşma ilə də formalaşa bilər.

Bundan əlavə, Qəzzada müvəqqəti fəaliyyət göstərəcək Keçid Dövrü İdarə Komitəsinin yaradılması, BMT-nin himayəsi altında və Təhlükəsizlik Şurasının mandatı ilə, mülki əhalinin qorunması, atəşkəsin təmin edilməsi, Fələstin idarəçiliyinin yenidən bərpası və Fələstin təhlükəsizlik qüvvələrinə dəstəyin verilməsi məqsədilə beynəlxalq sabitlik missiyasının yerləşdirilməsi təklif edilib.

Qeyd edək ki, Fələstin BMT-nin 148 üzv dövləti tərəfindən tanınıb. 95 ölkədə Fələstinin səfirlikləri və daimi nümayəndəlikləri fəaliyyət göstərir. “İki dövlət – iki xalq üçün” prinsipi 1967-ci il sərhədləri daxilində, paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövlətinin yaradılmasını nəzərdə tutur.

Məqalədə: #Türkiyə #Qəzza #İsrail #Fələstin #Qəzza zolağı #BMT #Səudiyyə Ərəbistanı #Kanada #Meksika #Fransa #Böyük Britaniya #Avropa İttifaqı #Misir #Qətər #İtaliya #İspaniya #Ərəb Liqası #Yaponiya #Braziliya #Norveç #İndoneziya #İordaniya #Seneqal #Qəzza hücumu #Qəzza böhranı və ərəb mövqeyi #Qəzza münaqişəsi #Trampın Qəzza planı #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Uşaq ölümü Qəzza #Misirin Qəzza siyasəti #Ərəb dövlətləri və Qəzza #İki dövlətli həll planı #İki dövlətli həll #Fələstin-İsrail iki dövlətli həll #HƏMAS və iki dövlətli həll #İki dövlətli həll təklifi #İki dövlətli həll təşəbbüsü #Ərdoğanın iki dövlətli həll təklifi və davamlı sülh çağırışı #İki dövlətli həll ideyasının beynəlxalq səviyyədə dəstəklənməsi

Mövzu üzrə digər xəbərlər

Kanada dolları ABŞ ilə ticarət müharibəsinin dərinləşməsi fonunda ucuzlaşıb
Digər Dövlətlər

Kanada dolları ABŞ ilə ticarət müharibəsinin dərinləşməsi fonunda ucuzlaşıb

20:44
Çin, İran və Rusiya İran məsələsinin BMT TŞ-yə çıxarılmasına qarşı çıxıb
Digər Dövlətlər

Çin, İran və Rusiya İran məsələsinin BMT TŞ-yə çıxarılmasına qarşı çıxıb

20:28
İran rejimi süquta “çox yaxındır” - Netanyahu
İran

İran rejimi süquta “çox yaxındır” - Netanyahu

19:50
ABŞ Ekvadorla təhlükəsizlik əməkdaşlığını gücləndirir
Digər Dövlətlər

ABŞ Ekvadorla təhlükəsizlik əməkdaşlığını gücləndirir

19:45

Son Xəbərlər

Kanada dolları ABŞ ilə ticarət müharibəsinin dərinləşməsi fonunda ucuzlaşıb
Kanada dolları ABŞ ilə ticarət müharibəsinin dərinləşməsi fonunda ucuzlaşıb
20:44
İsrail iyun razılaşmasını 7 700 dəfə pozub - Livan
İsrail iyun razılaşmasını 7 700 dəfə pozub - Livan
20:39
Çin, İran və Rusiya İran məsələsinin BMT TŞ-yə çıxarılmasına qarşı çıxıb
Çin, İran və Rusiya İran məsələsinin BMT TŞ-yə çıxarılmasına qarşı çıxıb
20:28
Təhlükəsizlik boşluğu İsrailə hücumlar üçün bəhanə verir - Cozef Aun
Təhlükəsizlik boşluğu İsrailə hücumlar üçün bəhanə verir - Cozef Aun
20:23
Qəzzadakı bütün fələstinlilərin çıxarılması planlaşdırılmır - Gideon Saar
Qəzzadakı bütün fələstinlilərin çıxarılması planlaşdırılmır - Gideon Saar
20:02
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.