4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Netanyahu Qəzzanın işğal planını təhlükəsizlik kabinetinə təqdim edəcək

Plan, İsrail qüvvələrinin hələ nəzarət etmədiyi, xüsusən də Qəzza şəhərinin xarabalıqları ətrafındakı sıx məskunlaşmış bölgələrə irəliləməsini və orada yaşayan fələstinli mülki şəxslərin cənub sahilindəki artıq dolu olan çadır düşərgələrinə məcburi köçürülməsini nəzərdə tutur. Analitiklər bu hərəkətin bölgədə humanitar vəziyyəti daha da ağırlaşdıracağı barədə xəbərdarlıq edirlər.

7 Avqust 2025 15:32
Netanyahu Qəzzanın işğal planını təhlükəsizlik kabinetinə təqdim edəcək

BAKI, Azervoice, Nərmin Ağayeva

Netanyahu Qəzzanın tam işğalı planını bu axşam təhlükəsizlik kabinetinə təqdim edəcək.

Azervoice xəbər verir ki, İsrailin Baş naziri Benyamin Netanyahu Qəzza zolağının tam işğalını nəzərdə tutan planı avqustun 7-si axşamı təhlükəsizlik kabinetinə təqdim etməyi planlaşdırır. İsrail mətbuatına görə, bu təkliflə Netanyahu hökumətdəki ifrat sağçı nazirləri sakitləşdirməyə çalışır.

Plan, İsrail qüvvələrinin hələ nəzarət etmədiyi, xüsusən də Qəzza şəhərinin xarabalıqları ətrafındakı sıx məskunlaşmış bölgələrə irəliləməsini və orada yaşayan fələstinli mülki şəxslərin cənub sahilindəki artıq dolu olan çadır düşərgələrinə məcburi köçürülməsini nəzərdə tutur. Analitiklər bu hərəkətin bölgədə humanitar vəziyyəti daha da ağırlaşdıracağı barədə xəbərdarlıq edirlər.

Qeyd edək ki, “Financial Times” qəzetinin təhlilinə görə, plan qəbul edilərsə, bu, İsrailin 1967-ci ildən bəri ikinci dəfə fələstinli ərazisini tam şəkildə işğal etməsi ilə nəticələnə bilər.

Böyük Britaniyanın İsraildəki səfiri Saymon Volters isə planla bağlı açıqlamasında, “Bu, böyük bir səhv olar”, – deyə bildirib. O, İsrailin yalnız hərbi yolla HƏMAS-ı məğlub edə bilməyəcəyini, siyasi və diplomatik yolların da vacib olduğunu vurğulayıb.

Məqalədə: #İsrail #Benyamin Netanyahu #Fələstin #Qəzza zolağı #Fələstin-İsrail münaqişəsi #Fələstin-İsrail iki dövlətli həll

Mövzu üzrə digər xəbərlər

İsrail Livanın cənubunda hücumları davam etdirir
Livan

İsrail Livanın cənubunda hücumları davam etdirir

3 Sentyabr 22:29
İran hakimiyyətinin devrilməsi İsrailin növbəti əsas vəzifəsidir - Netanyahu
Digər Dövlətlər

İran hakimiyyətinin devrilməsi İsrailin növbəti əsas vəzifəsidir - Netanyahu

3 Sentyabr 22:01
Fransa və Böyük Britaniya Hörmüz boğazında gərginliyin azaldılmasına çağırıb
Digər Xəbərlər

Fransa və Böyük Britaniya Hörmüz boğazında gərginliyin azaldılmasına çağırıb

3 Sentyabr 21:03
İtamar Ben-Qvir Qəzzadan fələstinlilərin məcburi çıxarılması planını açıqlayıb
Fələstin

İtamar Ben-Qvir Qəzzadan fələstinlilərin məcburi çıxarılması planını açıqlayıb

3 Sentyabr 20:59

Son Xəbərlər

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
16:38
Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
16:30
Fatih Sultan Mehmed xristianlığa meyil edibmi? - Tarixi faktlar nə deyir?
Fatih Sultan Mehmed xristianlığa meyil edibmi? - Tarixi faktlar nə deyir?
16:17
Misir funtu 1 dollar üçün 51 funt səviyyəsinə düşüb
Misir funtu 1 dollar üçün 51 funt səviyyəsinə düşüb
15:57
Səudiyyə Ərəbistanında istehlak xərcləri 11,5 faiz artıb
Səudiyyə Ərəbistanında istehlak xərcləri 11,5 faiz artıb
15:44
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.