6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

İsrailin Qəzza ilə bağlı planları bölgədəki vəziyyəti gərginləşdirəcək - Rusiya XİN

İsrailin Qəzza zolağı ilə bağlı planları qınama ilə qarşılanır, onların həyata keçirilməsi bölgədəki vəziyyəti daha da gərginləşdirə bilər. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub.

9 Avqust 2025 18:40
İsrailin Qəzza ilə bağlı planları bölgədəki vəziyyəti gərginləşdirəcək - Rusiya XİN

BAKI, AzerVoice, Səməd Əyyubov

İsrailin Qəzza zolağı ilə bağlı planları qınama ilə qarşılanır, onların həyata keçirilməsi bölgədəki vəziyyəti daha da gərginləşdirə bilər.

AzerVoice xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub.

“Gözlənilir ki, yaxın vaxtlarda Qəzzada bir nəfər də olsun dinc sakin qalmayacaq. Onların hamısı zorla köçürüləcək. İsrail tərəfi işğal niyyətini gizlətmir” - deyə, Nazirlik vurğulayıb.

“Belə planların həyata keçirilməsi, qınama ilə qarşılanmaqla yanaşı, Qəzzadakı son dərəcə ağır vəziyyəti daha da pisləşdirə bilər” - deyə, bəyanatda bildirilib.

Rusiya, fələstin məsələsinin beynəlxalq hüquqa əsaslanan və mərkəzində iki dövlət prinsipinin dayandığı həll yolunun alternativsiz olduğunu vurğulayıb. Bu prinsip müstəqil Fələstin dövlətinin yaradılmasını nəzərdə tutur.

“Rusiya Qəzza zolağında dərhal atəşkəsin təmin edilməsi, bütün girovların azad olunması, eləcə də humanitar yardımın maneəsiz çatdırılmasının bərpası ilə bağlı mövqeyini dəyişmir. Moskva fələstin məsələsinin, 1967-ci il sərhədləri daxilində paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövlətinin yaradılmasını nəzərdə tutan, beynəlxalq hüquqa əsaslanan iki dövlət prinsipindən başqa alternativi olmadığına əmindir” - deyə, bəyanatda qeyd edilib.

Bəyanatda həmçinin vurğulanıb ki, İsrailin Qəzza zolağını işğal planı regionda gərginliyin azaldılması istiqamətində bütün səyləri çətinləşdirəcək və bu, bütün Yaxın Şərq üçün mənfi nəticələrə səbəb olacaq.

Qeyd edək ki, İsrail Təhlükəsizlik Kabineti Qəzza şəhərinin işğalı ilə bağlı yeni planı təsdiqləyib. Bu qərar bölgədə gərginliyi daha da artırıb və beynəlxalq aləmdə, o cümlədən Türkiyə və Almaniyada kəskin reaksiyalara səbəb olub.

Məqalədə: #Qəzza #İsrail #Fələstin #Rusiya #Qəzza zolağı #Rusiya XIN #bəyanat #Qəzza hücumu #Qəzza münaqişəsi #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Uşaq ölümü Qəzza #İki dövlətli həll planı #İki dövlətli həll #Fələstin-İsrail iki dövlətli həll #İki dövlətli həll təklifi #İki dövlətli həll təşəbbüsü #İki dövlətli həll ideyasının beynəlxalq səviyyədə dəstəklənməsi

Mövzu üzrə digər xəbərlər

Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
Fələstin

Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib

20:41
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
Livan

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub

5 Sentyabr 22:32
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45
İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib
Livan

İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib

5 Sentyabr 21:43

Son Xəbərlər

Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
21:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
20:56
Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
20:41
Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
19:34
Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib
Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib
19:02
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.