12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Putinlə ikitərəfli görüşə hazıram - Zelenski

Zelenski əsas məsələlərin yalnız liderlər səviyyəsində həll oluna biləcəyini vurğulayaraq, Putinlə birbaşa danışıqlara hazır olduğunu təsdiqləyib. O, bu istiqamətdə Avropa liderlərinin də dəstəyini aldığını qeyd edib. Zelenski, həmçinin, bu danışıqların baş tutması üçün ABŞ-ın təzyiqinin mühüm rol oynaya biləcəyini bildirib. Prezident qeyd edib ki, potensial görüşün tarixi hələ müəyyən edilməyib, lakin əsas müzakirə mövzularının təhlükəsizlik zəmanətləri və ərazi məsələləri olacağını gözləyir. Onun sözlərinə görə, ABŞ ilə danışıqlar zamanı Ukrayna xəritələri üzərində real vəziyyət ilk dəfə müzakirə edilib.

19 Avqust 2025 09:00
Putinlə ikitərəfli görüşə hazıram - Zelenski

BAKI, AzerVoice, Nərmin Ağayeva

Ukrayna prezidenti Vladimir Zelenski Rusiya prezidenti Vladimir Putinlə ikitərəfli görüşə hazır olduğunu açıqlayıb.

AzerVoice xəbər verir ki, Zelenski bu fikri ABŞ prezidenti Donald Trampın Ağ Evdə ev sahibliyi etdiyi görüşdən sonra jurnalistlərə bildirib.

Zelenski əsas məsələlərin yalnız liderlər səviyyəsində həll oluna biləcəyini vurğulayaraq, Putinlə birbaşa danışıqlara hazır olduğunu təsdiqləyib. O, bu istiqamətdə Avropa liderlərinin də dəstəyini aldığını qeyd edib. Zelenski, həmçinin, bu danışıqların baş tutması üçün ABŞ-ın təzyiqinin mühüm rol oynaya biləcəyini bildirib.

Prezident qeyd edib ki, potensial görüşün tarixi hələ müəyyən edilməyib, lakin əsas müzakirə mövzularının təhlükəsizlik zəmanətləri və ərazi məsələləri olacağını gözləyir. Onun sözlərinə görə, ABŞ ilə danışıqlar zamanı Ukrayna xəritələri üzərində real vəziyyət ilk dəfə müzakirə edilib.

Zelenski əlavə edib ki, ölkəsinin təhlükəsizlik zəmanətlərinin yaxın 7-10 gün ərzində rəsmiləşdirilməsi nəzərdə tutulur. Bu paketə ABŞ-dan 90 milyard dollarlıq silah alışının da daxil olduğu bildirilir.

Qeyd edək ki, Ağ Evdə keçirilən görüşdə ABŞ prezidenti Donald Tramp, NATO-nun baş katibi Mark Rutte, Avropa Komissiyasının sədri Ursula fon der Leyen, Fransa prezidenti Emmanuel Makron, Böyük Britaniyanın baş naziri Key Starmer, Finlandiya prezidenti Aleksander Stubb, İtaliyanın baş naziri Giorgia Meloni və Almaniya kansleri Fridrix Merz iştirak ediblər. Tramp avqustun 15-də Alyaskada Putinlə görüşsə də, yekun razılaşma əldə olunmadığını açıqlamışdı.

Məqalədə: #Rusiya #ABŞ #Vladimir Putin #Donald Tramp #Ukrayna #Zelenski #Rusiya-Ukrayna münaqişəsi #ABŞ-Ukrayna münasibətləri #Rusiya-Ukrayna müharibəsinin sonu

Mövzu üzrə digər xəbərlər

Tramp 11 sentyabr hücumlarının 25-ci ildönümü mərasiminə qatılıb
Digər Dövlətlər

Tramp 11 sentyabr hücumlarının 25-ci ildönümü mərasiminə qatılıb

11 Sentyabr 21:39
ABŞ-nin müharibə siyasəti Tehranın mövqeyini gücləndirib - İran
İran

ABŞ-nin müharibə siyasəti Tehranın mövqeyini gücləndirib - İran

11 Sentyabr 21:31
Modi Pezeşkianla görüşdə dəniz yollarının təhlükəsizliyini gündəmə gətirib
İran

Modi Pezeşkianla görüşdə dəniz yollarının təhlükəsizliyini gündəmə gətirib

11 Sentyabr 20:45
ABŞ İranla mübarizəni sona çatdıracaq - Pit Heqset
Digər Dövlətlər

ABŞ İranla mübarizəni sona çatdıracaq - Pit Heqset

11 Sentyabr 20:41

Son Xəbərlər

Küveyt nefti ucuzlaşdı, qlobal bazarlarda isə kəskin bahalaşma qeydə alınır
Küveyt nefti ucuzlaşdı, qlobal bazarlarda isə kəskin bahalaşma qeydə alınır
10:18
701 at güclü "Porsche 911 Turbo S Cabriolet" sınaqdan çıxdı
701 at güclü "Porsche 911 Turbo S Cabriolet" sınaqdan çıxdı
10:11
Türkiyədə qlobal diaspor məsələləri müzakirə olunub
Türkiyədə qlobal diaspor məsələləri müzakirə olunub
09:47
Qətərdən Səudiyyəyə tam dəstək - "Şərq-Qərb" kəmərinə edilən PUA hücumu sərt pisləndi
Qətərdən Səudiyyəyə tam dəstək - "Şərq-Qərb" kəmərinə edilən PUA hücumu sərt pisləndi
09:45
Fil hadisəsi və Əbrəhənin məğlubiyyəti: Kəbəyə hücumun tarixi və dini mahiyyəti
Fil hadisəsi və Əbrəhənin məğlubiyyəti: Kəbəyə hücumun tarixi və dini mahiyyəti
09:27
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.